Məhkəmə qərarları › İş №2(014)-514/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-514/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-514/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürməyən 3cü şəxs X1 qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən İddiaçı adına olan abunə koduna "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1523.81 manat borcun silinməsinə dair qətnamə çıxarllmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 25 aprel 2024-cü il tarixə saat 10:40-a təyin edilmişdir. İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaq, iddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266- 269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürməyən 3cü şəxs X1 qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar