Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-537/2020 23.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək X3 adına verilmiş JN –1082 A saylı (kod 90315005) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, torpaq islahatı zamanı Ağdaş rayon ərazisində 0,25 hektar torpaq sahəsi Ağdaş rayon X2 xx xxxxxx 1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ərizəçi mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN –1082 A saylı (kod 90315005) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin aktda texniki səhvə yol verilmişdir, belə ki, Ərizəçi adı səhvən X1 qeyd olunmuşdur. Halbuki, ailə üzvləri arasında qeyd edilən həmin adda şəxs yoxdur. Belə ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktı maraqlı orqandan əvvəl başqa təşkilat tərəfindən tərtib edildiyindən onlar tərəfindən Dövlət aktında buraxılmış yanlışlıqların düzəldilərək ada qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bu barədə aidiyyati məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Həbib Mirzəyev məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi Aqrar islahat zamanı torpaq sahəsi verilmişdir. Lakin torpaq sənədində ərizəçinin adında yanlışlığa yol verilmişdir. Həmçinin qeyd etmək istəyir ki,ərizəçinin ailə üzvləri arasında Elşad adlı şəxs yoxdur. İş üzrə şahid Ulvan Yunusov məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi Aqrar islahat zamanı torpaq sahəsi verilmişdir. Lakin torpaq sənədində ərizəçinin adında yanlışlığa yol verilmişdir. Həmçinin qeyd etmək istəyir ki,ərizəçinin ailə üzvləri arasında Elşad adlı şəxs yoxdur. İş materialları ilə müəyyən edilir ki, torpaq islahatı zamanı Ağdaş rayon ərazisində 0,25 hektar torpaq sahəsi Ağdaş rayon X2 xx xxxxxx 1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ərizəçi mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN –1082 A saylı (kod 90315005) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin aktda texniki səhvə yol verilmişdir, belə ki, Ərizəçi adı səhvən X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 adına verilmiş JN –1082 A saylı (kod 90315005) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-537/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-537/2020
23.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver