Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-571/2022 07.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi Maraqlı orqan Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Ağdaş şəhərində anadan olub. 2002-ci ildə X4 ilə evlənib ailə qurmuşlar. X1 xx.xx.2003-cü il tarixdə X2 anadan olmuşdur. X6 anadangəlmə nitq pozğunluğu və əqil zəifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. O, uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Anadangəlmə xəstəlik qüsurları ilə doğulmuş övladı ümumiyyətlə məktəbə getməmiş, hər hansı formada oxumaq və öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış (İİİ qrup) əlillik müəyyən edilmişdir. X2 anadangəlmə xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Uşaqlıqdan faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir. Hazırda övladı üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, xx.xx.2003-cü ildə Ağdaş şəhərində doğulmuş X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və X5 üzərində qəyyum təyin edilməyinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı orqan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X11 Filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, **********6 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X11 Filialından İİİ qrup əlil kimi müddətsiz 120 manat sosial müavinat alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Koxlear nevrit. Eşitmə sinirinin xəstəlikləri, Neryosensor ağıreşitmə İV dərəcə dioqnozu qoyulmuşdur. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 31 may 2022-ci il tarixli 101 saylı rəyindən görünür ki, X6 uşaqlıqdan yüngül dərəcəli kəmağıllılıq, (ifadə olunmuş debillik səviyyəsində) davranış pozuntuları və ağıreşitmə ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, X6 uşaqlıqdan yüngül dərəcəli kəmağıllılıq, (ifadə olunmuş debillik səviyyəsində) davranış pozuntuları və ağıreşitmə ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı müəyyən olunduğu üçün ərizə qismən təmin edilməli və Ərizəçi izah edilməlidir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu X5 üzərində qəyyum təyin edilməsi üçün hazırki qətnamə ilə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01 fevral 2003-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-571/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-571/2022
07.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver