Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-581/2023 08.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızının maraqlı şəxslər Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızı maraqlı şəxslər Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə ailələrinə Ağdaş rayon Orta Ləki kəndindən JN- 879, kod 90315005 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1,93 ha və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə ailələrinə Ağdaş rayon Orta Ləki kəndindən JN-029A, kod 90315005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ad siyahısında Ərizəçi1 adı səhvın X2, Sabirli (Xəlilova) Nərmin Kamal qızının soy adı və adı səhvən X8 və 13 mart 2021-ci il tarixdə vəfat etmiş X4 ata adı səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə JN-879, kod 90315005 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və JN-029A, kod 90315005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə düzəliş edilməsi üçün müraciət etsə də, bundan imtina edilmişdir. Dövlət Aktında və Şəhadətnamədə qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızı izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızının izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, ərizəçilər onunqohumudular. Ərizəçilərin və ailələrinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adı, soyadı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçilər onunqohumudular. Ərizəçilərin və ailələrinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adı, soyadı və ata adı səhv yazılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3- 21-3-35/2-X-003-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-029A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2, X9, X14, X8 və Maraqlı şəxs1 Ağdaş rayonu, Orta Ləki kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-879 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, X2, X9, X14, X8 və Maraqlı şəxs1 Ağdaş rayonu, Orta Ləki kəndindən 1,93 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Orta Ləki kənd icra hakimiyyəti nümayəndəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı, № 404571 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxx 1992-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, atası Ərizəçi1, anası isə X5r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 26 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X10 13 mart 2021-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963cü ildə Ağdaş rayonunun, Ləki qəsəbəsində anadan olmaqla, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş 16 oktyabr 1991-ci il tarixli, V-JQ seriyalı, № 422534 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 ilə X11 16 oktyabr 1991-ci il tarixdə 86 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Orta Ləki kənd icra hakimiyyəti nümayəndəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XİX-JQ seriyalı, № 381902 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxxxx 1995-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, atası Ərizəçi1, anası isə X5r. İşin materiallarında olan Ağdaş RİHB-nın Ləki qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2018-ci il tarixli, AZ seriyalı, № 254409 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 oöıu ilə X12 27 fevral 2018-ci il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Sabirli soyadı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Orta Ləki kənd icra hakimiyyəti nümayəndəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı, № 393483 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 28 yanvar 199ü-cü il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, atası Ərizəçi1, anası isə X5r. İşin materiallarında olan Ağdaş RİHB-nın Xosrov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2018-ci il tarixli, AZ-İİ seriyalı, № 290421 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 ilə X14 20 sentyabr 2018-ci il tarixdə 07 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Böyükbəyli soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızının izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi1, Sabirli (Xəlilova) Nərmin Kamal qızı və 13 mart 2021-ci il tarixdə vəfat etmiş X4 adı, soyadı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 14 dekabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-029A saylı (kod ********) şəhadətnamədə və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 14 dekabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-879 saylı (kod ********) dövlət Aktında texniki səhv olaraq “Ərizəçi1” əvəzinə “X2” kimi, “X12” əvəzinə “X8” kimi və “X10” əvəzinə “X9” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı və soyadı onların şəxsiyyətini təsdiq edən sənəddəki adları və soyadları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN – 029A saylı (kod ********) şəhadətnamənin və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN – 879 saylı (kod ********) dövlət aktının Ərizəçi1, Sabirli(Xəlilova) Nərmin Kamal qızı, Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Sabirli (Xəlilova) Nərmin Kamal qızının maraqlı şəxslər Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN – 029A saylı (kod ********) şəhadətnamənin və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN – 879 saylı (kod ********) dövlət aktının Ərizəçi1, Sabirli (Xəlilova) Nərmin Kamal qızı, Maraqlı şəxs1, Böyükbəyli (Xəlilova) Aysel Kamal qızı və X6 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-581/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-581/2023
08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver