Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-582/2023 06.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs3 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs2 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyriləri maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs2 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə ailələrinə Ağdaş rayonu Qaradağlı kəndində J№- 191, KOD 90307018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,96 ha torpaq sahəsi verilmişdir. Bundan başqa Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə ailələrinə Ağdaş rayonu Qaradağlı kəndində J№-160A, KOD 90307018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,21 ha torpaq sahəsi verilmişdir. Ağdaş notariat ofisində əməliyyat aparmaq istəyən zaman məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin adlı siyahılarında Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 İsrayıl qızı əvəzinə səhvən X2, X4 və X1 qeyd edilmişdir. Bunu araşdırarkən məlum olmuşdur ki, həmin dövlət aktında və şəhadətnamədə yanlışlığa yol verilmiş qeyd edilən torpaq sahələri onlara məxsus olduğu halda səhvən həmkəndlilərinin adları yazılmışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək J№- 191, KOD 90307018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və J№-160A, KOD 90307018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə düzəliş edilməsini tələb etsələr də, bundan imtina edilmişdir. “Dövlət Aktı”nda və “Şəhadətnamə”də qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs3 izahat verərək ərizənin təmin olunmasına etiraz etmədi və bildirdi ki, onların adı səhvən qonşuya verilmiş torpağın sənədində qeyd olunmuşdur. Əslində onların özlərinə ayrıca başqa torpaq sahəsi verilmişdir. Maraqlı şəxslər Maraqlı şəxs4 qızı və Rəfiyeva (Əsədova) Gülnar Bəlalı qızı məhkəməyə ərizə ünvanlayaraq, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Ərizəçi3, digər maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5 (Əsədova),Ə.Səmədov və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər Ərizəçi3, digər maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5 (Əsədova),Ə.Səmədov və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumudur. Ərizəçi və onun ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin adı, soyadı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 da özündən əvvəl ifadə vermiş şahid X12 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 191 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Maraqlı şəxs2, X2, X9 və X3 Ağdaş rayonunun Qaradağlı kəndindən 0,96 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 160 A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2, X2, X9 və X3 Ağdaş rayonunun Qaradağlı kəndindən 0,21 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3- 35/2-S-0020-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd XDS-nın İK-sı tərəfindən verilmiş 06 iyul 1989-cu il tarixli, XİV-JQ № 390411 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1989-cu il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi2 İsrayıl qızıdır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd XDS-si tərəfindən verilmiş 04 mart 1988-ci il tarixli, Xİİ-JQ № 484330 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1988-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi2 İsrayıl qızıdır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd XDS-si tərəfindən verilmiş 28 avqust 1986-cı il tarixli, İV-JQ № 254086 saylı nikahın haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki Maraqlı şəxs2 ilə X11 28 avqust 1986-cı il tarixdə 10 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, № 345 saylı arayışdan görünür ki, Ərizəçi3 Ağdaş rayonunun Qaradağlı kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı - Ərizəçi2 İsrayıl qızı (xx.xx.1965-ci il təvəllüdlü), oğlu - X5 (xx.xx.1988-ci il təvəllüdlü), oğlu - Ərizəçi3 (xx.xx.1989-cu il təvəllüdlü), gəlini – X13 (xx.xx.1992-ci il təvəllüdlü), nəvəsi - X14 (xx.xx.2013-cü il təvəllüdlü) və nəvəsi - X17 (xx.xx.2018-ci il təvəllüdlü). İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, № 351 saylı arayışdan görünür ki, AR DT və XK-si tərəfindən Ərizəçi3 verilmiş JN-191 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət aktının adlı siyahısında texniki səhv olaraq “Ərizəçi2 İsrayıl qızı” əvəzinə “ X2” kimi, “X5” əvəzinə “X7” kimi, “Ərizəçi3” əvəzinə “X4” kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1961-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci il tarixdə Ağdaş rayonunun Hacılı kəndində anadan olmaqla, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1988-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adı, soyadı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25 noyabr 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair JN-191 nömrəli (kod ********) Dövlət aktında və Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25 noyabr 1999-cu il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-160 A nömrəli (kod ********) olan Şəhadətnamədə texniki səhv olaraq “Ərizəçi2” əvəzinə “ X2” kimi, “Ərizəçi1” əvəzinə “X7” kimi, “Ərizəçi3” əvəzinə “X4” kimi kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 15 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı, soyadı və ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999cu il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-191 nömrəli (kod ********) Dövlət aktının və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-160 A nömrəli (kod ********) Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs2 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-191 nömrəli (kod ********) Dövlət aktının və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-160A nömrəli (kod ********) Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-582/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-582/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver