Məhkəmə qərarları › İş №2(014)-584/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-584/2023

17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-584/2023 17.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı6 (eyni zamanda İddiaçı1 nümayəndəsi), Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı və X8 (eyni zamanda Həsənova (Niftalıyeva) Turanə Fariz qızının nümayəndəsi) və İddiaçı4, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı miras əmlakının bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı miras əmlakının bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası Musayeva Şəhər İsmayıl qızı xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum Musayeva Şəhər İsmayıl qızı vəfat etdikdən sonra ona məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi miras olaraq qalmışdır. Həmin əmlaklar ünvan 1ində yerləşən və reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla anası Musayeva Şəhər İsmayıl qızının mülkiyyətinə verilmişdir. Həmin əmlakın içərisində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 54,60 kv.m olan fərdi yaşayış evi vardır. Anası vəfat etməmişdən əvvəl həmin əmlakları vəsiyyətnamə əsasında ona miras qoymuşdur. Lakin iş üzrə Cavabdeh payçılar arasında bölünməsinə müxtəlif bəhanələrlə maneələr törədilir. Hazırda xx.xx.2022-ci ildə vəfat etmiş Musayeva Şəhər İsmayıl qızından miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Bununla bağlı Ağdaş rayon notariat ofisinə müraciət etmişlər. Ancaq cavabdeh tərəfindən mərhum Musayeva Şəhər İsmayıl qızından miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası paya dair razılıq verilmədiyindən və maneə törədildiyindən bununla bağlı Ağdaş rayon notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 853 saylı məktubu ilə onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda cavabdehin əməlləri ucbatından şəxsi mülkiyyətlərindən və yaşayış evlərindən istifadə edə bilmirlər. Bununla da mülkiyyətçi kimi mülkiyyət və yaşayış evlərinin üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Bununla o, istifadə hüquqlarını kobud surətdə pozur. İddiaçılar İddiaçı1 və qeyriləri məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Musayeva Şəhər İsmayıl qızının xx.xx.2022-ci ildə ölümündən sonra miras qalmış, reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2022ci il qeydiyyat tarixi olan çıxarışla onun mülkiyyətinə verilmiş, Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən 0,39 ha torpaq sahəsi və onun üzərində ucaldılan 1 mərtəbəli, 2 otaqlı, 54,6 kvadratmetr yaşayış evindən miras qoyana çatacaq paydan İddiaçı1 4/7 hissədə, İddiaçı2 Salih qızına 1/14 hissədə, İddiaçı4 1/14 hissədə, İddiaçı5 1/14 hissədə, İddiaçı6 1/14 hissədə, Həsənova (Niftalıyeva) Turanə Fariz qızına 1/42 hissədə, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızına 1/42 hissədə, X11 1/42 hissədə və Cavabdeh 1/14 hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı5 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə mərhum bacısı X1 övladları Həsənova (Niftalıyeva) Turanə Fariz qızının, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızının və X8 işə idddiaçı qismində cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 və İddiaçı4 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı6 (eyni zamanda İddiaçı1 nümayəndəsi), Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı və X19 (eyni zamanda Həsənova (Niftalıyeva) Turanə Fariz qızının nümayəndəsi) onlara aid payı İddiaçı5 bağışladıqlarını bildirərək, eyni zamanda iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında İddiaçı6 (eyni zamanda İddiaçı1 nümayəndəsi) təmsil etdiyi İddiaçı1 payının özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı2 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını və iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramnan görünür ki, İddiaçı2 ona düşən vərəsəlik payını bacısı İddiaçı5 verilməsinə etiraz etmir. İşin materiallarında olan İddiaçı3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı3 ona düşən vərəsəlik payını bacısı İddiaçı5 bağışlayır. İşin materiallarında olan İddiaçı6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı6 ona düşən vərəsəlik payını bacısı İddiaçı5 bağışlayır. İşin materiallarında olan X19 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X19 ona düşən vərəsəlik payını xalası İddiaçı5 bağışlayır. İşin materiallarında olan Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı ona düşən vərəsəlik payını xalası İddiaçı5 bağışlayır. İşin materiallarında olan Həsənova (Niftalıyeva) Turanə Fariz qızının etibarnamə üzrə nümayəndəsi X19 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Həsənova (Niftalıyeva) Turanə Fariz qızı ona düşən vərəsəlik payını xalası İddiaçı5 bağışlayır. İşin materiallarında olan İddiaçı5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı6, İddiaçı3, İddiaçı2, X19, Həsənova (Niftalıyeva) Turanə Fariz qızı və Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı tərəfindən ona bağışlanmış vərəsəlik paylarını qəbul edir. İşin materiallarında olan İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı1 ona düşən vərəsəlik payının özünə aid olması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, AR-İİ seriyalı, № 924008 saylı etibarnamədən görünür ki, İddiaçı1 vərəsəlik işi ilə əlaqədar bütün təşkilatlarda onun adından müraciət etmək, sərəncam vermək və s. İddiaçı6 etibar etmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, AR-İİ seriyalı, № 967884 saylı etibarnamədən görünür ki, X3 vərəsəlik işi ilə əlaqədar bütün təşkilatlarda onun adından müraciət etmək, sərəncam vermək və s. X11 etibar etmişdir. İşin materiallarında olan Ağdaş rayon Şəkili kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İ-İE № 882759 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 01 fevral 1960-cı il tarixdə Ağdaş rayonunun Qumlaq kəndində anadan olmuş, atası X4, anası isə Əliyeva Şəhər İsmayıl qızıdır. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-JQ № 483815 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş sürətindən görünür ki, X24 ilə X9 xx.xx.1982-ci il tarixdə 44 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Şirinova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qaradeyin icra nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 408474 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş sürətindən görünür ki, X12 28 may 2010-cu il tarixdə Ağdaş rayonunda ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 1866 saylı ölüm haqqında arayışdan görünür ki, X25 21 may 1990-cı il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 1866/1 saylı ölüm haqqında arayışdan görünür ki, Musayev Şəhər İsmayıl qızı 23 may 2022-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 1876 saylı ölüm haqqında arayışdan görünür ki, X20 22 sentyabr 1988ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 yanvar 2012-ci il tarixdə verilmiş MA seriyalı, № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Musayeva Şəhər İsmayıl qızının xüsusi mülkiyyətinə Ağdaş rayonunun Dəhnəxəlil kəndindən 0,39 ha torpaq sahəsi verilmiş və üzərində ümumi sahəsi 54,6 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. İşin materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, Musayeva Şəhər İsmayıl qızı ölən günədək ona məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını İddiaçı1 vəsiyyət etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 yanvar 2012-ci il tarixdə verilmiş fərdi yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 54,6 kv.m. olan fərdi yaşayış evinin hüquq subyekti Musayeva Şəhər İsmayıl qızıdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş İ-AZ, № 160026 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2000-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X26, anası isə X5r. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ, № 215981 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2002-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X26, anası isə X5r. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XX-JQ, № 460841 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1997-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X26, anası isə X5r. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, № 853 saylı məktubdan görünür ki, mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Qeyd olunana əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 1249 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1937-ci il tarixdə Ağdaş rayonu Qumlax kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayonu Dəhnə kəndi qeyd olunmuş mərhum Musayeva Şəhər İsmayıl qızının ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. qızı - İddiaçı3, qızı - X10, qızı - İddiaçı2, qızı - X16, oğlu - Cavabdeh, qızı - X12vəfat edib, qızı - X20-vəfat edib, qızı - X17. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 258 saylı arayışdan görünür ki, mərhum Musayeva Şəhər İsmayıl qızı xx.xx.2022-ci ildə vəfat etmiş və mərhum ölən günə kimi Ağdaş rayonu Dəhnəxəlil kəndində aşağıdakı adları qeyd olunan şəxslərlə birlikdə yaşamışdır. Cavabdeh - məhhumun oğlu, X6 – mərhumun gəlini, X13 – mərhumun nəvəsi, X18 – mərhumun nəvəsi, X27 – mərhumun nəvəsi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Musayeva Şəhər İsmayıl qızı 23 may 2022-ci il tarixdə vəfat etmişlər. Onun ölümündən sonra 9 (doqquz) nəfər birinci dərəcəli vərəsələri İddiaçı3, X10, İddiaçı2, İddiaçı1, Cavabdeh, X17 və ondan daha əvvəl vəfat etmiş qızı X2 övladları Həsənova (Niftalıyeva) Turanə Fariz qızı, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı və X19 qalmışdır. Musayeva Şəhər İsmayıl qızının vəfatından sonra onun ərinin vəfatından sonra əldə etdiyi əmlaka dair payların müəyyən olunması ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Onlardan altı nəfəri İddiaçı2, İddiaçı3, İddiaçı6, X19, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı, Həsənova (Niftalıyeva) Turanə Fariz qızı miras paylarını İddiaçı5 vermişlər. Eyni zamanda, Musayeva Şəhər İsmayıl qızı vəfatından əvvəl öz əmlaklarını İddiaçı1 Saleh qızına vəsiyyət etmişdir. Həmçinin, Cavabdeh valideynlərinin vəfatından sonra onlara məxsus evdə yaşamış və hazırda da yaşamağa davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə vərəsələr arasında payların bölünməsi aşağıdakı qaydada həll edir. Musayeva Şəhər İsmayıl qızı vəfatından əvvəl öz əmlaklarını İddiaçı1 Saleh qızına vəsiyyət etdiyindən, həmin əmlakın ½ hissəsi üzərində onun payı tanınır və qalan hissə vərəsələr arasında bölünməlidir. İddiaçı1 Saleh qızına miras əmlakdan vəsiyyət üzrə ½ və qanun üzrə vərəsəlik qaydasında 1/7 hissə olmaqla, ümumilikdə 4/7 pay çatmalıdır. Musayeva Şəhər İsmayıl qızının ondan daha əvvəl vəfat etmiş qızı X7 aid edilməli olan 1/14 hissədə pay onun övladları Həsənova (Niftalıyeva) Turanə Fariz qızı, Həsənova (Niftalıyeva) Nuranə Fariz qızı və X11 hər birinə aid hissədə 1/42 olmaqla, onlar öz paylarını İddiaçı5 bağışladıqlarını bildirmişlər. İddiaçı3, İddiaçı6 və İddiaçı2 hər birinin miras əmlakda 1/14 hissədə payları vardır və onlar özlərinə aid payı İddiaçı5 bağışladıqlarını bildirmişlər. İddiaçı5 özünün miras əmlakdan 1/14 hissədə payı vardır və ona bağışlanmış digər vərəsələrin payları ilə birlikdə İddiaçı5 ümumi payı 5/14 hissədə müəyyən edilməlidir. Cavabdeh miras əmlakdan 1/14 hissədə payı tanınmalıdır. Musayeva Şəhər İsmayıl qızı miras əmlakı əri Saleh vəfat etdikdən sonra əldə etdiyindən, həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilmir və Salehin birinci nikahdan olan övladı İddiaçı4 həmin əmlakdan miras pay tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Musayeva Şəhər İsmayıl qızının 23 may 2022-ci il tarixdə ölümündən sonra miras qalmış Ağdaş rayonunun Dəhnəxəlil kəndində 0,39 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 54,6 kv.m fərdi yaşayış evindən İddiaçı5 5/14 hissədə, İddiaçı1 4/7 hissədə və Cavabdeh 1/14 hissədə payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Musayeva Şəhər İsmayıl qızının 23 may 2022-ci il tarixdə ölümündən sonra miras qalmış Ağdaş rayonunun Dəhnəxəlil kəndində 0,39 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 54,6 kv.m fərdi yaşayış evindən İddiaçı5 5/14 hissədə, İddiaçı1 4/7 hissədə və Cavabdeh 1/14 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar