Məhkəmə qərarları › İş №2(014)-607/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-607/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-607/2022 31.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan AR ƏMDK yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı orqan AR ƏMDK yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, dövlət aktlarının qeydiyyat kitabında 05.07.1999-cu ildə 10264 nömrəli qeydiyyata alınmış, ona və digər ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktının (JN:254, KOD ********) 3-cü sıra sayında X8 qeyd olunmuş şəxsin o olduğuna, orada onun doğru olaraq Ərizəçi kimi deyil, səhvən bu qaydada qeyd edildiyinə və aktdakı şəxsin o olduğuna dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24.11.1998-ci il tarixli 20 nömrəli qərarı ilə X3, X9, X20, X21, X10, X11, X4 adına verilmiş 2.48 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN:254, KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X14, Ərizəçi, X23, X15, X16, X7 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuşdur. 01.03.1981-ci ildə verilmiş doğum haqqında şəhadətnaməsində, həmçinin də şəxsiyyət vəsiqəsində o Ərizəçi kimi qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN:254, KOD ********) ilə ona və digər ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə çıxarış verilməsi və onun rəsmiləşdirilməsi üçün tərəflərindən AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət olunmuşdur. Məlum olmuşdur ki, Dövlət Aktında o Ərizəçi kimi deyil, tamamilə səhvən X8 qeyd olunmuşdur. AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi 10.02.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, təqdim etdiyiniz sənədlər yoxlanılarkən məlum olmuşdur ki, dövlət aktında göstərilən subyektləri siyahısında “X20” adı ilə, şəxsiyyət vəsiqəsindəki, “Ərizəçi” adı arasında uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanlarla əlaqədar, reyestr xidməti orqanı tərəfindən həmin şəxslərin eyni şəxs olması barədə sübutedici sənədlər təqdim edilmədiyi üçün rəsmiləşdirmə aparılmasının mümkün hesab edilmədiyi və bu faktın müəyyən edilməsi səlahiyyətinin məhkəmə orqanlarına məxsus olduğu onlara bildirilmişdir. Odur ki həmin şəxslərin eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırki ərizə ilə müraciət etmişdir. Həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi ona pay torpaqlarının çıxarışla rəsmiləşdirilməsi ilə əlaqədar lazımdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı orqanın nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızıdır. X13 adında qaynı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx.xx.1981-ci ildə Ağdaş rayonu Abad kəndində anadan olmuşdur. X2 adında qardaşı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx.xx.1981-ci ildə Ağdaş rayonu Abad kəndində anadan olmuşdur. X2 adında qardaşı olmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 01 mart 1981-ci il tarixli Vİİİ-ЖГ 274632 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1981-ci ildə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X1, anası X18r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:254 saylı (kod ********) dövlət aktına əsasən X17, X25, X30, X32, X26, X24 və X7 Ağdaş rayonun Abad kəndi ərazisində 2.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Abad Kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 429 saylı arayışından məlum olur ki, Ərizəçi Ağdaş rayon Abad kəndində anadan olub, hal-hazırda həmin kənddə yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 10 fevral-ci il tarixli **********77 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Abad kəndində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-254 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda texniki səhvin düzəldilərək dövlət reyestindən çıxarışın verilməsinə köməklik edilməsi barədə ərizə ilə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Təqdim ediyiniz sənədlər, idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, JN- 254 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən subyektlər siyahısında “X20” adı ilə şəxsiyyət vəsiqənizdəki “Ərizəçi” adı ilə arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səladiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 23.1ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 22 yanvar 1983-cü il tarixli İX-ЖГ 258745 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X32 14.01.1983-cü ildə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X1, anası X18r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 02 noyabr 1988-ci il tarixli Xİİİ-ЖГ 326148 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 01.10.1988-ci ildə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X1, anası X18r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 04 noyabr 1986-cı il tarixli Xİ-ЖГ 475315 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X24 26 avqust 1986-cı ildə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X1, anası X18r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 12 oktyabr 1984-cü il tarixli X-ЖГ 254850 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X27 28.10.1984-cü ildə Ağdaş rayon Abad kəndində anadan olmuşdur. X1, anası X18r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Abad Kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 162 saylı arayışdan məlum olur ki, Ərizəçi Ağdaş rayon Abad kəndində anadan olub, hal-hazırda həmin kənddə yaşayır və aşağıdakı ailə tərkibi vardır. əri- X12, oğlu-X22, qızı-X5r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 1046 saylı arayışdan məlum olur ki, 29.04.1954-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayonu Abad kəndi qeyd olunmuş mərhum X17 oğlunun ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 25.05.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı- X25, oğlu-X32, oğlu-X24, qızı-Ərizəçi, qızı-X27, qızı-X19, oğlu X33-vəfat edib. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 24 saylı qərarı ilə Ağdaş rayonu, Abad kənd ərazisində yerləşən 2.48 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X17, X25, X30, X32, X26, X24 və X4 birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 254 KOD 90300028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək ərizəçinin adı Ərizəçi əvəzinə səhvən X8 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X17, X25, X30, X32, X26, X24 və X4 birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Abad kəndi ərazisində yerləşən 2.48 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 254 KOD 90300028 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar