Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-610/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyun 1967-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X6 27 iyun 1967-ci il tarixdə anadan olmuşdur. O paranoit şizofreniya halyisinator xəstəsi kimi Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ikici dərəcəli əlil kimi qeydiyyatdadır. Qardaşı xəstə olduğu üçün dövlətdən müdətsiz sosial müavinət alır. O, xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq ona o baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilər. Lakin maraqlı şəxs Ağdaş rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də, məhkəmdə 27 iyun 1967-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qardaşı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Onun təqaüdünün alınması üçün qəyyum təyin olunmasını istəyir. Ona görə də ərizənin təmin edilməsini, qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27 iyun 1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 31 avqust 1974-cü il tarixli 060591 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məhiyəddin qızı 18 avqust 1971-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X1, anası X5r. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11 iyul 1967-ci il tarixli 202644 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 iyun 1967-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X1, anası X5r. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X3 şizofreniya paranoid forma halyisinator diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarətetmə birliyi” publik hüquqi şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli 18-1-22/2-458/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan xx.xx.1967-ci il təvəllüdlü X6 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Ploklinika şöbəsində “Şizofreniyanın paranoid forması” diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan X12 Şöbəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli 265 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X2 “Şizofreniyanın paranoid forması” xəstəliyi qüsur vəziyyətində olması səbəbindən o, halhazırda öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyun 1967-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-610/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-610/2025
05.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver