Məhkəmə qərarları › İş №2(014)-612/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-612/2022

21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-612/2022 21.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Ağdaş rayon Notariat Ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Ağdaş rayon Notariat Ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi mərhum valideynləri X15, X5 onun yəni, Ərizəçi və onun keçmiş arvadı X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu barədə adlarına 20 may 2006-cı ildə 3/1693 nömrə ilə kitabda qeydə alınmış JN-2391A, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilərək mərhum anası X5 adı “Validə”, keçmiş arvadı X1 isə “Məmmədova” kimi qeyd edilmişdir. Halbuki, mərhum anasın adı “Valya”, Gülnarənin soyadı isə “Xəlilova” olmuşdur. Bunlar ərizəyə əlavə etdiyi nikahın pozulması və ölüm haqqında şəhadətnamələrlə tam təsdiq olunur. Keçmiş arvadı X10 ilə aralarında qeyd edilmiş nikahları 05 sentyabr 2005-ci ildə ləğv edilmişdir. Onlar boşandıqdan sonra X10 onların evindən birdəfəlik getmiş və hazırda harada və hansı ünvanda yaşamağı ona məlum deyil. X8 29 dekabr 2012-ci il tarixdə, anası X13 isə 07 sentyabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Mərhum valideynlərinin ölümündən sonra vərəsələyin açılması ilə əlaqədar tələb olunan sənədləri maraqlı orqan Ağdaş rayon Notariat Ofisinə təqdim edən zaman 0.06 hektar həyətyanı torpaq sahəsinə dair adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum anasının adı “Validə”, Gülnarənin soyadı isə “Xəlilova” kimi yazıldığından vərəsəlik işi açdıra bilməmişdir. Düzəlişin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə etdikdə oradan bildirmişlər ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə başqa icra orqanı tərəfindən verildiyindən şəhadətnamədə düzəlişin aparılması İdarənin səlahiyyətlərinə aid deyildir. Bütün bunlar məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur və eləcə də məhkəməyə dəvət edəcəyi şahid ifadələri ilə təsdiq oluna bilər. Ağdaş şəhəri ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsinin X19, X11, Ərizəçi Mais oğlu və X2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-2391A, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X13, Ərizəçi Mais oğlu və X6 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt ona valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaka vərəsəlik işinin açılması üçün lazımdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Ağdaş şəhəri ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsinin X19, X11, Ərizəçi Mais oğlu və X2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-2391A, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X13, Ərizəçi Mais oğlu və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Ağdaş rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçi anasın adı Valyadır və ona Valya xala kimi müraciət etmişlər, onların ailəsində Validə adlı şəxs yoxdur. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə qohumdur. Ərizəçi anasın adı Valyadır və onların ailəsində Validə adlı şəxs yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-İ 042801 seriyalı Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X10 nikahları 05 sentyabr 2005-ci il tarixdə pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-İİ 121268 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 08.09.2020-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-İ 593730 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 29.12.2012-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə maraqlı şəxs Ərizəçi ünvanlanmış 12 yanvar 2022-ci il tarixli **********64 №-li məktubdan görünür ki, JN-2391A nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası X17, anası X4r. İşdə olan və məhkəmə iclasında tədqiq olunan JN-2391A KOD 90301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi X12 və ailə üzvləri olan X11, Ərizəçi, X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş şəhəri ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsinin X19, X11, Ərizəçi Mais oğlu və X2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-2391A, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X13, Ərizəçi Mais oğlu və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar