Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-612/2025 29.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclаs kаtibi X7, İddiaçı nümayəndəsi Nümayəndə, Cаvаbdеh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh, 3-cü şəxs X30 Xidmət Mərkəzinin Notariat Ofisi və X20 qarşı "daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə 18 dekabr 2024-cü il tarixdə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, 3-cü şəxs X30 Xidmət Mərkəzinin Notariat Ofisi və X20 qarşı "daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun razılıq ərizəsi əsasında Cavabdeh ilə X28 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilmləsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 iyul 1997-ci il tarixində ailə həyatı qurmuşlar. 11 iyul 1997-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində nikahlarını 19 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.1998-ci ildə X13 05 mart 2001-ci ildə də X16 anadan olmuşdur. Birgə yaşadıqdları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub., aralarında heç bir problem olmamışdır. Otuz ilə yaxın bir müddətdə birlikdə əl-ələ verərək çalışıb, min bir zəhmətlə birlikdə işləyib evlərini tikib qurmaqla övladlarını böyüdüb boya-başa çatdırmışlar. Övladlarını da birlikdə evləndirmişlər, nəvə sahibidirlər. Qeyd edir ki, xx.xx.1998-ci ildə JN-007 nömrəli dövlət aktı ilə ünvan 3ində yerləşən 1.2976 ha torpaq sahəsi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Ağdaş rayon, Qolqəti kəndində yerləşən 1.2468 ha olan torpaq sahəsi əri Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. 2024-cü ilin avqust ayında Cavabdeh, ona yaşlandıqları və artıq torpaq sahələrində kənd təsərrüfatı ilə məşğul ola bilmədikləri üçün torpaq sahələrini satmağı, onun və qızlarının paylarını verməyi tıklif etdi. Hətta torpaq sahəsinə müştəri belə tapdığını dedi. Bu minvalla cavbadeh və birlikdə qızları ilə də birlikdə məsləhətləşmiş, hər kəsin payını verməklə torpaq torpaq sahələrini satmaq qərarına gəlmişlər. xx.xx.2024-cü ildə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə əri Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Ağdaş rayon, Qolqəti kəndində yerləşən 1.2468 ha olan torpaq sahəsini onun razılıq ərizəsi əsasında satdımışlar Cavabdeh ona torpaq sahəsinin pulunu hələ almadığını, digər torpaq sahəsini də satdıqda hər ikisini birlikdə alacağını və onun payını da həmin vaxt verəcəyini dedi. xx.xx.2024-cü ildə xx.xx.1998-ci ildə JN-007 nömrəli dövlət aktı ilə əri Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 1ində yerləşən 1.2976 ha torpaq sahəsini də onun razılıq ərisəi əsasında satmışlar. Cavabdeh bu dəfə də torpağın pulunu hələ almadığını, tezliklə alacağını və onun ilə birlikdə qızlarının paylarını da verəcəyini dedi. Bundan bir neçə gün sonra da cavabdeh səbəbsiz olaraq onun ilə mübahisə yaradaraq onu evdən qovdu. Bir müddət sonra da o Cavabdeh torpaq sahələrinin pulunu tam olaraq aldığını, onun payına düşən məbləği isə ona və ailəsi əvəzinə qardaşına və onun ailəsinə xərclədiyini öyrənmişdir. Hazırda Cavabdeh tərəfindən ona olan etibarından sui-istofadə edilərək aldadılmaqla ümumi birgə mülkiyyət hüququ ilə onun payına düşən torpaq payl satılmış və mənimsənilmişdir. Əfsuslar olsun ki, o bunu çox gec anlamışdır. Nəticə etibarı ilə də Cavabdeh tərəfindən mülkiyyət payının mənimsənilməklə 30 ilə yaxın yaşadığı, qeydiyyatda olduğu, əllərinin zəhməti ilə tikib qurduğu yaşayış evindən də qovularaq məhrum olmuşdur. Cavabdehə dəfələrlə haqqı olan əmlakının pulunu könüllü şəkildə qaytarmasını bildirsə də buna məhəl qoymamış, üstəlik onu qeyd etdiyi kimi evdən qovmuşdur. Hesab edir ki, birgə nikah dövründə əldə olunmuş əmlakını xilas etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin surətini tərəf olmadığı üçün X30 xidmət mərkəzi, notariat ofisi tərəfindən ona təqdim edilməmişdir. Hətta alğı-satqı zamanı belə razılıq ərizələri belə ondan gizlədilərək ona təqdim edilməmişdir. Dəfələrlə X30 xidməti mərkəzi, notariat ofisindən ərizənin və alğı-satqı müqaviləsinin surə\tini istəsə də ona verilməyib. Hazırda X30 xidmət mərkəzi notariat ofisinə şəxsən rəsmi olaraq müraciət etmiş, ancaq müqavilənin surətini ala bilməmişdir. Buna görə də birgə nikah dövründə əldə olunmuş mülkiyyətinin müdafiəsinin məhkəmə tərəfindən təmin edilməsi məcburiyyətində qalmışdır. İddiaçı 13 mart 2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Həmin torpaqlar nikah dövründə alınmışdır. Əri onu aldadıb notariusa apardı ki, torpaqları sataq sonra puluna evi düzəltdirək, o, da razılaşaraq notariusa getmiş və torpaqların satılması üçün imza çəkmişdir. Sonra əri həmin pulu birinci nikahdan olan qızı və qardaşına vermişdir. Lakin bugünə qədər də onun, nə də qızlarının payları verilməmişdir. hazırda həmin müqavilənin etibarsız sayılmasını xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, anasını aldadaraq notariusa aparmışlar. Atası onlara torpağı satdıqdan sonra onların və analarının payını verəcəyini bildirsə də, heç kimin payın verməmişdir. O, anasını çölə atmış, anası hazırda 10 gün bacısı gildə 10 gün onların evində qalır. Atasının torpağı neçəyə satdığını bilmir. Əmisi anasının həmin evdə yaşamasına imkan vermir. Cаvаbdеh Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, o, iki torpaq sahəsinə dair alğı-satqı etmişdir. Həmin torpaqlardan biri onun valideynlərindən ona və qardaşına miras qalmış, biri isə birinci nikahdan olan qızı və ona məxsusdur. Heç bir torpaq sahəsi Ruhəngizlə nikah dövründə alınmamışdır, sadəcə ASAN xidmət mərkəzində onun imzası tələb olunduğundan özü könüllü gedib imza etmişdir. Onu buna heç kim məcbur etməmiş, hətta o, torpağı satmaq üçün imza çəkdiyini bilirdi. Torpaq sahələri satılan vaxtı ASAN xidmət mərkəzində yoldaşı, qardaşı və alıcı olmuşlar. O iddiaçını evdən qovmamışdır. İddiaçı getdikdən sonra zəng edərək evə qayıtmasını istədikdə, ona gəldiyi vaxt evi bölüb özünə düşən hissəsini götürəcəyini bildirmişdir. Torpaq sahələrini 29000 manata satılmışdır. İddia tələbini qəbul etmir, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddia tələbi əsassızdır. Aqrar İslahat Komissiyası hər bir ailəyə pay torpaq verilməsi barəsində qərarın qəbul olunması hazırlıq mərhələsində olan vaxt Qəribin yoldaşı sağ idi və həmin sənəd də Qəribin və onun birinci həyat yoldaşına aid idi. Həyat yoldaşı rəhmətə getdiyindən sənəddə onun yox qızının adı qeyd edilmişdir. Mübahisə olunan digər torpaq sahəsi isə Qəribin anası və atasına məxsusdur. Ona görə də Qərib həmin torpaq sahələrində hüquq sahibi olduğundan torpaq sahələrini satmağa haqqı var. Nümayəndəsi və vəkili olduğu şəxs dəfələrlə iddiaçıya evə qayıtmasını və alınan pulu birlikdə xərcləməklərini bildirsə də, iddiaçı evə qayıtmağı deyil ona özünə düşən payın verilməsini istəyir, lakin onun əmlakla bağlılığı olmadığından belə bir hüququ da yoxdur. Cavabdeh övladlarının hər bir halda ehtiyaclarını ödəyəcəkdir. Buna görə də iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, müvəkkili Cavabdeh Əlibala oğluna qarşı İddiaçı Fərhad qızı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, xx.xx.1998-ci il tarixdə JN-007 nömrəli dövlət aktı ilə ünvan 1ində yerləşən 1.2976 ha torpaq sahəsi və xx.xx.2021-ci il tarixli **********9 qeydiyyat nömrəli çıxarış ilə ünvan 3ində yerləşən 1.2468 ha torpaq sahəsi rəi iş üzrə Cavabdeh Əlibala oğlunun adına ümumi birgə mülkiyyət hüquqi ilə rəsmiləşdirildiyindən onun razılığı ilə olsada belə xx.xx.2024-cü il tarixdə 1.2468 ha torpaq sahəsinin və xx.xx.2024-cü il tarixdə 1.2967 ha torpaq sahəsinin alğı-satqısının etibarsız hesab edir. Hesab edir ki, iddia tələbi heç bir hüquqi əsası yoxdur və bu səbəbdən iddiaçının iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, xx.xx.1998-ci il tarixdə JN-007 nömrəli dövlət aktına ünvan 3ində yerləşən 1.2976 ha torpaq sahəsi X46 Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə Cavabdeh Əlibala oğluna və ilkin nikahda olduğu X3 olan övladı X6 verilmişdir, yəni cavabdehin ilkin nikahda olduğu həyat yoldaşı X14 ilə birgə təsərrüfat apardığı dövrdə mülkiyyət hüququ yaranmış və axırıncı 1996-cı ilə vəfat etdiyindən dövlət aktında X17 göstərilmiş və iddiaçının bu əmlaka heç bir aidiyyatı yoxdur. xx.xx.2021-ci il tarixli, **********9 qeydiyyat nömrəli çıxarış ilə ünvan 3ində yerləşən 1.2468 ha torpaq sahəsi isə X46 Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə müvəkkilinin atası X8 və anası X9 verilmiş və vərəsəlik qaydasında müvəkkilinin adına **********9 qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.Göründüyü ki, ünvan 3ində yerləşən 1.2976 ha torpaq sahəsi nikaha daxil olanadək müvəkkilinə məxsus olan əmlakdır, 1.2468 ha torpaq sahəsi isə vərəsəlik qaydasında ona keçmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alğı-satqı müqavilələrin etibarsız hesab etməsi iddiaçının əqdlərin bağlanmasında bilavasitə iştirak etməklə iradə ifadəsi olan verdiyi razılığı notarius qarşısında sərbəst ifadə etmiş, heç nəyin və ya heç kimin təsiri altında olmaması notarius tərəfindən yoxlanılmışdır. Bu səbəbdən də “estoppel” prinsipinə uyğun olaraq iddiaçının öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Beləliklə hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur və bu səbəbdən rədd edilməlidir. Mühabisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X28 məhkəmə iclasında bildirdi ki, həmin torpağın mübahisəli olduğunu bilməmişdir. Torpağı almaq istəyərkən ASAN xidmət mərkəzində İddiaçı imzası zəruri olmuş və o, taksi göndərərək xanımı gətizdirmişdir. İddiaçı heç kimin təsiri altında qalmadan sərbəst şəkildə həmin sənədləri imzalayıb onunla sağollaşıb getmişdir. İddiaçı həmin torpaqların ona satıldığını və buna dair imza etdiyini bilmişdir. Cаvаbdеh 3-cü şəxs X30 Xidmət Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və onun nümayəndəsini, cavabdeh və cavabdehin nümayəndəsi və vəkilinin, mühabisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2024-cü il tarixli notariat ofisinə İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, DTXK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN-007 nömrəli dövlət aktına əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 1.2976 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə əri Cavabdeh məxsus olan payın satılmasına etiraz etmir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 avqust 2024-cü il tarixli notariat ofisinə İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, DƏDRX-in Elektron sistemlər portalından əldə edilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən əri Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.2468 ha olan torpaq sahəsinin satılmasına razıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 3-16-5/7-61/2024 saylı nikahın bağlanması haqqında arayışın surətindən məlum olur ki, Cavabdeh qızı ilə X10 aralarında nikahın bağlanması haqqında 11 iyul 1997-ci il tarixdə 19 saylı qeyd aparılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Torpağa mülkiyyət hüququna dair JN-0008 Kod 90321018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ünvan 2ində yerləşən 1.25 hektar torpaq sahəsi X21 və X4 verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2024-cü il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə X2 rayon Qolqəti kəndi ünvanında yerləşən ümumi sahəsi 1.2976 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən hər birinə düşən 0.6488 ha hissəsini bütövlükdə X1. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışdan görünür ki, DTXK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN-007 nömrəli dövlət aktına əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 1.2976 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh və X5 verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ünvan 2 icar hakimiyyəti tərəfindən verilmiş 04 oktyabr 1994-cü il tarixli 262954 saylı nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünürü ki, X18 ilə X22 arasındakı nikah 04 oktyabr 1994-cü il tarixdə 12 saylı nikah qeydi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 27 fevral 1996-cı il tarixli 443583 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 06 fevral 1996-cı il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qəbələ rayon Mıxlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli AZ-İİ 376095 saylı nikah haqqında şəhadətnamənin surətindən görünürü ki, X18 ilə X12 arasındakı nikah 11 iyul 1998-ci il tarixdə 18 saylı nikah qeydi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Torpağa mülkiyyət hüququna dair JN-0007 Kod 90321018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ünvan 2ində yerləşən 1.30 hektar torpaq sahəsi Cavabdeh Əlibala oğlu və X6 verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2024-cü il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi xüsusi notariusu tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh, X5 məxsus olan ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin (tam hissə 0.6488 ha) ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin (tam hissə 0.6488 ha) 30000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli 2126 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon, X42 küçəsi, ev 1B, mənzil 97 ünvanında qeydiyyatda olan X28 notariat qaydasında təsdiq edləcək alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 15000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan X19 verilməsi üçün notarius X15 bankınızda olan depozit hesab nömrəsinə qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli 2125 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon, X42 küçəsi, ev 1B, mənzil 97 ünvanında qeydiyyatda olan X28 notariat qaydasında təsdiq edləcək alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 15000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün notarius X15 bankınızda olan depozit hesab nömrəsinə qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2024-cü il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.2468 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən 1.2468 ha hissəsini bütövlükdə X1. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxs hüquqıarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ünvan 1ində yerləşən 1.2468 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Əlbaba oğlunun mülkiyyətindədir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2024-cü il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi xüsusi notariusu tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh məxsus olan ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə 1.2468 ha) 29000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli 2124 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon, X42 küçəsi, ev 1B, mənzil 97 ünvanında qeydiyyatda olan X28 notariat qaydasında təsdiq edləcək alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 29000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün notarius X15 bankınızda olan depozit hesab nömrəsinə qəbul olunmasını xahiş etmişdirMəhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.[305] 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.[306] 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X28 ilə Cavabdeh və X2 rayon Notariat kontorunda bağlanmış 19 oktyabr 2024-cü il tarixli AN-İ ******* saylı və 19 oktyabr 2024-cü il tarixli AN-İ ******* saylı alğı-satqı müqavilələrinə əsasən satıcı Cavabdeh alıcı X20 mübahisə predmeti olan torpaq sahələrini 30000 AZN satmış, alıcı isə həmin qiymətə almışdır. İddiaçı müqavilənin aldatma nəticəsində bağlandığını əsas gətirərək qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlandığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilən tərəflərin hər ikisi, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASAN Xidmət Mərkəzinə gedərkən sırf torpaqların alğı-satqısı üçün imza etdiyini bildiyini bildirmişlər. Həmçinin, iş materiallarından da məlum olur ki, xx.xx.1998-ci il tarixdə JN-007 nömrəli dövlət aktına ünvan 3ində yerləşən 1.2976 ha torpaq sahəsi X46 Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə Cavabdeh Əlibala oğluna və ilkin nikahda olduğu X3 olan övladı X6 verilmişdir, yəni cavabdehin ilkin nikahda olduğu həyat yoldaşı X14 ilə birgə təsərrüfat apardığı dövrdə mülkiyyət hüququ yaranmış və axırıncı 1996-cı ilə vəfat etdiyindən dövlət aktında X17 göstərilmiş və iddiaçının bu əmlaka heç bir aidiyyatı yoxdur. xx.xx.2021-ci il tarixli, **********9 qeydiyyat nömrəli çıxarış ilə ünvan 3ində yerləşən 1.2468 ha torpaq sahəsi isə X46 Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə cavabdehin atası X8 və anası X9 verilmiş və vərəsəlik qaydasında cavabdehin adına **********9 qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü ki, ünvan 3ində yerləşən 1.2976 ha torpaq sahəsi nikaha daxil olanadək cavabdehə məxsus olan əmlakdır, 1.2468 ha torpaq sahəsi isə vərəsəlik qaydasında ona keçmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alğı-satqı müqavilələrin etibarsız hesab etməsi iddiaçının əqdlərin bağlanmasında bilavasitə iştirak etməklə iradə ifadəsi olan verdiyi razılığı notarius qarşısında sərbəst ifadə etmiş, heç nəyin və ya heç kimin təsiri altında olmaması notarius tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən mülki qanunvericiliyin müddəalarına əsasən alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfin mübahisələndirdiyi daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi sübuta yetirilmədiyindən, iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən etibarsız hesab oluna bilməz. Ona görə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi rədd edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Məhkəmə, şərh olunanlara əsasən və АzərbаycаnRеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Cavabdeh, 3-cü şəxs X30 Xidmət Mərkəzinin Notariat Ofisi və X20 qarşı "daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-612/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-612/2025
29.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver