Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-615/2022 18.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, iddiaçı Ərizəçi, vəkili Vəkil, cavabdeh Maraqlı şəxs1 iştirakı ilə, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və qeyrilərinə qarşı torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və qeyrilərinə qarşı torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılan zaman iş üzrə iddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-615/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-615/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver