Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-62/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pəncərələrin qapadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pəncərələrin qapadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz tikli yaşayış evində onların həyətyanı sahələrinə açılan iki ədəd pəncərənin bağlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən 17.08.2018-ci ildə onlara 0.10 ha torpaq sahəsi və 77.2 kv metr yaşayış sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmin tarixdən etibarən torpaq sahəsində yaşayış evi inşa etmişlər. Öz torpaq sahələrində öz inşa etdikləri evlərində illərdir ki yaşayırlar. Təqribən 1 il bundan əvvəl torpaq sahələrinin önündəki boş torpaq sahəsinin cavabdeh özü üçün kənarlarını bağlamışdır. Bir müddət sonra da yaşayış evi inşa etməyə başlamışdır. İlk əvvəllər qonşuluq münasibətləri normal olmuşdur. Cavabdehla 7 ildən artıqdi ki, qonşuluq edirlər. Cavabdeh həyətyanı sahədə yeni ev inşa edərək onların həyətyanı torpaq sahələrinə pəncərə açdıqdan sonra münasibətləri korlanmağa başlamışdır. Cavabdeh ilk öncə onların həyətyanı torpaq sahəsinə 2 ədəd pəncərə açmışdır. Həmin pəncərə onların yaşayış evinin 9 metrliyində yerləşdiyi üçün davamlı onlara narahatçılıq verirdi. Cavabdehin evindən baxıldıqda onların həyətləri və yaşayış sahələri açıq aşkar görünürdü. Buda onları ciddi narahat edir. Həmçinin mülkiyyət hüquqlarını pozur. Cavabdehə dəfələrlə bu barədə məlumat versələr də, onlara hər dəfəsində sərt və kobud cavab verərək mübahisə çıxarmışdır. Bütün bunlar azmış kimi bundan sonra cavabdeh yenidən onların razı olmadığını bilə-bilə həyətyanı torpaq sahələrinə əlavə pəncərə açmışdır. Hazırda onlar öz şəxsi mülkiyyətlərində rahat yaşaya bilmirlər və mülkiyyət hüquqları aylardır ki, cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Buna görə də sözügedən pəncərələr onların öz şəxsi mülkiyyətlərində rahat yaşamaqları üçün bağlanmalıdır. İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş məhkəmə iclasında tədqiq edilən 10.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş şəhər, Məşəd küçəsi, 17-ci dalan, ev 15-də yerləşən 0.10 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətindədir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 12.10.2021-ci il tarixli 2(014)-2049/2021 saylı qərardadan məlum olur, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pəncərələrin qapadılması” tələbi ilə bağlı mülki işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/81 saylı, 24 fevral 2022-ci il tarixli ekspert rəyi ilə, cavabdeh tərəfindən inşa edilmiş yarımçıq fərdi yaşayış evi tikilisinin “Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsi”nin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayonunda yerləşən Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq fərdi yaşayış evi tikilisinin “ Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsi”nin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh qanunsuz tikili yaşayış evində iddiaçıların həyətyanı sahələrinə açılan iki ədəd pəncərə işıqlandırma normaları gözlənilməklə bağlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qanunsuz tikili yaşayış evində iddiaçıların həyətyanı sahələrinə açılan iki ədəd pəncərə işıqlandırma normaları gözlənilməklə bağlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-62/2022
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-62/2022
25.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver