Məhkəmə qərarları › İş №2(014)-635/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-635/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-635/2022 01.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və qeyrilərinin maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və qeyriləri maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində 1,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi2, Ərizəçi5, X11, Ərizəçi4 və Ərizəçi3 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-0045 kod 90314018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək Ərizəçi2 adı Bəylər, X5 adı “Ramil”, ata adı “Bəylər”, Ərizəçi4 və Ərizəçi3 ata adları “Bəylər” yazılmışdır. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət edilmişdir, lakin dövlət aktının adlılar siyahısında yuxarıda qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişdirlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yanlışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində yerləşən 1,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7, Ərizəçi5, X14, Ərizəçi4 Bəylər oğlu və Ərizəçi3 Bəylər qızının ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0045 kod 90314018 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi5, X11, Ərizəçi4 və Ərizəçi3 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində yerləşən 1,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7, Ərizəçi5, X14, Ərizəçi4 Bəylər oğlu və Ərizəçi3 Bəylər qızının ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0045 kod 90314018 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi5, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi3 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi2 izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçilərin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçilərin adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçilərin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçilərin adlarında hərf səhvi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********64 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, № 299 saylı arayışdan görünür ki, torpağın mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında ərizəçinin və ailə üzvlərinin adları və soyadlarında səhvlərə yol verilmişdir. Belə ki, “Ərizəçi2” əvəzinə “X7” kimi, “Ərizəçi5” əvəzinə “Ərizəçi5 Hacıkərim qızı” kimi, “Ərizəçi1” əvəzinə “X14” kimi, “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Bəylər oğlu” kimi və “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Bəylər qızı” kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, № 299 saylı arayışdan görünür ki, Aqrar İslahat dövründə Ərizəçi2 ailə tərkibi aşağıdakı kimi olmuşdur. Ərizəçi2 – 1955-ci il təvəllüdlü, Ərizəçi5 – 1954-cü il təvəllüdlü, Ərizəçi1 – 1978-ci il təvəllüdlü, Ərizəçi4 – 1979-cü il təvəllüdlü və Ərizəçi3 Bəylər qızı – 1982-ci il təvəllüdlü. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0045 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X7, Ərizəçi5 Hacıkərim qızı, X14, Ərizəçi4 Bəylər oğlu və Ərizəçi3 Bəylər qızına Ağdaş rayonu, Nehrəxəlil kəndindən 1,09 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, № 513 saylı doğum haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X2 xx.xx.1954-cü il tarixdə Zərdab rayonunu Bıçaqçı kəndində anadan olmuşdur. X1 anası isə X4r. İşin materiallarında olan Zərdab rayon Bıçaqçı kənd sobeti tərəfindən xx.xx.1955-ci il tarixdə verilmiş AZB seriyalı, № 154261 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx xxx 1955-ci il tarixdə Zərdab rayonunu Bıçaqçı kəndində anadan olmuş, atası X8, anası isə X9r. İşin materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd XOS tərəfindən xx.xx.1979cu il tarixdə verilmiş Vİ-JQ seriyalı, № 285344 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1979-cu il tarixdə Ağdaş rayonunu Nehrəxəlil kəndində anadan olmuş, atası Ərizəçi2, anası isə Ərizəçi5dır. İşin materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd soveti tərəfindən xx.xx.1978ci il tarixdə verilmiş V-JQ seriyalı, № 374630 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1978-ci il tarixdə Ağdaş rayonunu Nehrəxəlil kəndində anadan olmuş, atası Ərizəçi2, anası isə Ərizəçi5dır. İşin materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd xosoveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İX-JQ seriyalı, № 258620 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 Bəylər qızı xx xxxxxxx 1982ci il tarixdə Ağdaş rayonunu Nehrəxəlil kəndində anadan olmuş, atası Ərizəçi2, anası isə Ərizəçi5dır. Beləliklə, məhkəmə iclasında Ərizəçi2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi2, Ərizəçi5, Ərizəçi1, Ərizəçi4, Ərizəçi3 Bəylər qızının adı və ata adında Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən JN-0045 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktında texniki səhv olaraq “Ərizəçi2” əvəzinə “X7” kimi, “Ərizəçi5” əvəzinə “Ərizəçi5 Hacıkərim qızı” kimi, “Ərizəçi1” əvəzinə “X14” kimi, “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Bəylər oğlu” kimi və “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Bəylər qızı” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı və ata adı onların şəxsiyyətini təsdiq edən sənəddəki adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən JN-0045 nömrəli (kod ********) torpağa mülkiyyət huququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi5, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi2 və qeyrilərinin maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən JN-0045 nömrəli (kod ********) torpağa mülkiyyət huququna dair Dövlət Aktının Ərizəçi2, Ərizəçi5, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar