Məhkəmə qərarları › İş №2(014)-64/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-64/2022

22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-64/2022 22.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Ərizəçi Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi” tələbi barədə işə açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təmin edilməsi” tələbi barədə ərizə ilə mürаciət еdərək, X4 ilə rəsmi nikahlarından 28.01.2003-cü ildə Ağdaş rayonunda doğulmuş övladları X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun X2 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 26 avqust 1969-cu ildə Ağdaş şəhərində anadan olmuşdur. 21.02.1991-ci ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə faktiki evlənmiş və birdə nikahlarından 28.01.2003-cü il tarixdə X5 olmuşdur. X5 anadan gəlmə nitq pozğunluğu və əqli zəifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. O, uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Anadangəlmə xəstəlik qüsurları ilə doğulmuş qızı ümumiyyətlə məktəbə getməmiş, hər hansı formada oxumaq və öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıboxumaqdan məhrumdur. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış (İ qrup) əlillik müəyyən edilmişdir. Uşaqlıqdan faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir. Hazırda qızının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında izah etdi ki, mülki işlə bağlı Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyası ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəsi ilə bağlı müəyyən araşdırmalar aparmış, ərizənin təmin edilməməsi üçün heç bir əsasların olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı orqanın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş 21 fevral 1991-ci il tarixli V-ЖГ 354985 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 ilə Ərizəçi Əkbər qızı arasında 21 fevral 1991-ci il tarixdə 09 saylı nikahın bağlanması haqqında qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2019-cu il tarixli AZ-T 099228 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 28.01.2003-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 20 fevral 2003-cü il tarixli 58 saylı qeyd aparılmışdır. X1, anası Ərizəçidır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 22.09.2021–ci il tarixli 2(014)-2057/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş, 02 fevral 2022-ci il tarixli 26 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyinə əsasən X5 uşaqlıqdan Ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları, qıcolma tutmaları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin hazırkı iş üzrə 22 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata “qəyyum təyin edilməsi” hissəsində xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 28.01.2003-cü ildə Ağdaş şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vasitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar