Məhkəmə qərarları › İş №2(014)-644/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-644/2022

04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-644/2022 04.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Teyub oğlunun, vəkili X15, cavabdehlər Cavabdeh6, Cavabdeh7, vəkili və nümayəndəsi X26, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6, Cavabdeh7, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi” haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Teyub oğlu cavabdehlər Cavabdeh6, Cavabdeh7, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Teyub oğlu iddiasını onunla əsaslandırmışdır ki, mərhum valideynləri X57 ilə X21 1956-cı ildə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Nikahlarını 01 noyabr 1963-cü ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra anaları "Şöyübova" soyadını qəbul etmişdir. Onların birgə nikahlarından 26 mart 1957-ci ildə Sadıqova (Mustafayeva) Sadəgül Teyub qızı, 01 iyul 1959-cu ildə Cavabdeh6, 05 avqust 1961-ci ildə Şöyübova (Qədirova) Telli Teyub qızı, xx xxxxxxx 1963-cü ildə Şöyübova (Mahmudova) Güllər Teyub qızı, 09 iyun 1966-ci ildə Cavabdeh7, xx xxxxxxxx 1968-ci ildə İddiaçı Teyub oğlu, xx xxxxxx 1971-ci ildə Şöyübova (Mahmudova) Səidə Teyub qızı və X60 və xx xxx 1973-cü ildə Şöyübova (Babayeva) Mehriban Teyyub qızı anadan olmuşdur. X60 24 fevral 1971-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Mərhum valideynləri birgə nikah dövründə Ağdaş rayonu, Qoşaqovaq kəndində istifadələrində olan 1.09 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Həmin yaşayış evi X4 Bürosunda xüsusi mülkiyyət hüququ əsasında X23nun adına qeydə alınmış, bu barədə adına qeydiyyat vəsiqəsi verilmişdir. X36 30 avqust 1978-ci ildə X27 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mustafayeva", X49 09 noyabr 1980-ci ildə X58 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, nikah bağlandıqdan sonra "Qədirova", X40 15 iyul 1983-cü ildə X16 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" və X50 27 iyun 1991-ci ildə X37 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" soyadını qəbul etmişlər. Ağdaş rayon AİK-nın 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 22 mart 1999-cu il tarixdə 3200 sayı ilə qeydiyyata alınmış JN: 0094, kod 90310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində 4.38 hektar və 2.41 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-144A, kod 90310018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qanuni istifadələrində olan 1.09 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. X23 08 oktyabr 2007-ci ildə, anası X22 isə 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Valideynləri ölən günədək Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən evlərində onunla birlikdə yaşamışlar. Onların ölümündən sonra o, həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Atalarının ölən günə mərhum anaları X22, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum analarının ölən günə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum atalarının ölümündən sonra ondan Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsindən hər birinə çatası 1/7 hissə və 4.38 hektar və 2.41 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatlı təyinatlı topraq sahələrindən mərhum valideynlərindən hər birinə çatası 1/10 hissə paylarını faktiki olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Əmlak və torpaq vergiləri və kommunal xərcləri tərəfindən ödənilməklə, yəni valideynlərinin ölümündən sonra miras qalmış əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bacı və qardaşları olan cavabdehlər və üçüncü şəxslər keçən müddətdə miras əmlakla maraqlanmamış, həmin miras əmlakdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmiş, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Bacıları olan üçüncü şəxslər miras əmlakın onun tərəfindən qəbul edildiyini etiraf və təsdiq edirlər. Lakin müəyyən səbəblərdən mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxslər olan bacıları ilə mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmiş, bu səbəbdən də mirasın qəbulu ilə əlaqədar müddət tərəfindən buraxılmışdır. Hesab edir ki, müddət tərəfindən üzürlü səbəblərdən buraxıldığından uzadılmalıdır. Mərhum valideynlərinin ölümüdən sonra onlardan miras qalmış əmlakın tərəfindən qəbul edildiyindən adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Cavabdehlərlə aralarında miras qalmış əmlaklarla bağlı mübahisə olduğuna görə notariat ofisində vərəsəlik işi açılmamış, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş X23nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş anası X14 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onların ölümündən sonra mərhum atasıdan Ağdaş rayonu, Qoşaqovaq kəndində miras qalmış ayrı-ayrılıqda iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin atasına və anasına çatası 1/7 hissəsinin, yəni hər birinə çatası 0.16 hektar hissəsinin, 4.38 hektar və 2.41 hektar olmaqla, ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası 1/10 hissəsinin, yəni hər birinə çatası 0.68 hektar paylarının miras əmlak kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Teyub oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən topraq sahəsində iki yaşayış evi vardır, biri mərhum valideynlərindən qalmış, digər 1 mərtəbəli 2 otaqlı yaşayış evini isə 1988-ci ildə tikdirmiş, həyətyanı torpaq sahəsində çoxlu meyvə ağacları əkmiş, mərhum valideynləri vəfat edənə kimi onunla yaşamışlar, valideynləri vəfat etdikdən sonra qardaşı İddiaçı icazəsiz olaraq valideynlərindən qalmış torpaq sahəsinə girmiş, əkilmiş meyvə ağaclarını kəsmiş, valideynlərindən qalmış torpaq sahələrini və yaşayış evlərini mənimsəmək istəyir, torpaq sahələrinə giriş-çıxış üçün süni manələr yaradır. Əlavə olaraq mərhum valideynlərindən qalmış çöl pay torpaq sahələrini də öz adına rəsmiləşdirmək istəyir. Belə olan halda yaşayacaq yerləri olmur. Dəfələrlə iddiaçı ilə razılığa gəlmək üçün söhbətlər aparılmış, Mehmana çöl topraqlarını ona verilməsinə razı olduğunu bildirmiş, mərhum valideynlərindən qalmış torppaq sahəsinində yerləşən yaşayış evlərinin isə ona və qardaşı Şövkətə qalması üçün razılığa gəlmələrini təklif etmiş, Mehman isə razılaşmayaraq valideynlərindən qalmış torpaq sahələrini, yaşayış evlərini və çöl pay torpaq sahələrini ondan alacağını və öz adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmçinin qardaşı Mehman Bakı şəhərində yaşayır və adına bir neçə mülk var. Həmin topraq sahələrində onlarında payı var və mülkiyyətçidirlər. Həmçinin qardaşı Mehmana qarşı Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəli JN- 144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə cavabdeh İddiaçı tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır və rədd edilməsini xahiş edir. Cavabdeh7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində qardaşı Şöyüblə qonşudur. Mübahisə predmeti olan topraq sahəsində iki yaşayış evi var, biri mərhum valideynlərindən qalıb, digər ev isə qardaşı Şöyüb tərəfindən tikilib. Mərhum valideynlərinin vəfatından sonra miras qalmış əmlakı və torpaq sahələrini qardaşı Şöyüb idarə edir. Lakin digər qardaşı Mehman bununla razılaşmayaraq valideynlərindən qalmış yaşayış evini, həyətyanı və çöl topraq sahələrini öz adına rəsmiləşdirmək istəyir. Qardaşı Şöyübün həmin torpaq sahələrindən və əmlakdan istifadəsinə maneələr törədir. Qardaşı Mehman Bakıda yaşadığı üçün ona çöl pay torpaq sahəsini verməyə razı olduqlarını dəfələrlə bildirmişlər, lakin Mehman onlarla razılaşmamışdır. Buna görə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh7 nümayəndəsi və vəkili X41 məhkəmə iclasında Cavabdeh7 izahatına uyğun izahat verərək iddianın əsassız olduğunu bildirdi və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə razılaşaraq bildirdi ki, mərhum valideynlərindən qalmış torpaq sahəsində yerləşən hər iki ev mərhum atası tərəfindən tikilib. Valideynləri vəfat edənə kimi onlara Mehman baxıb, həyətdə olan heyvanları Mehman sataraq valideynlərinin müalicəsi üçün, qalanlarını isə valideynlərinin yas mərasimi üçün istifadə edib. Mərhum atasının doğum günündə atası həmin evləri və torpaq sahələrini qardaşı Mehmana bağışlayıb, bacı və qardaşlar buna etiraz etməyərək öz imzaları ilə təsdiq ediblər. Şöyüb həmin evə gəlmir və orada yaşamır. X72 evdə yaşayır. İşləri ilə əlaqədar Bakı şhərinə gedib gəlir. Mərhuum valideynlərindən qalmış torpaq sahələrinin və yaşayış evlərinin qardaşı Mehmanın mülkiyyətinə verilməsinə heç bir etirazı yoxdur. Digər üçüncü şəxslər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 izahatına oxşar izahat veridilər və iddianın təmin edilməsinə etiraz etmədilər. Digər üçüncü Cavabdeh5 iştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 izahatına oxşar izahat veridi və iddianın təmin edilməsinə etiraz etmədi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə üçüncü şəxs Cavabdeh5 və maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Ağdaş rayon Qoşaqovaq kənd inzibati ərazi dairəsində nümyəndə işləmiş, mərhum X35 doğum günündə Mehman və ailə üzvləri tərəfindən evlərinə dəvət etdiklərini, ora getdikdən sonra mərhum Teyub Şöyübov və övladları özü tərəfindən tikilmiş evin və həyətyanı torpaq sahələrinin evin kiçik oğlu olan Mehman Şöybova bağışladığını və digər övladların buna etiraz etmədiyini, akt tərtib olunduğunu və ailə üzvləri tərəfindən həmin aktın imzalandığını, həmçinin Mehman və Şöyübün Bakı şəhərində, Şövkətin isə Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşadığını bildirdi. İş üzrə şahid X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, mərhum X51 və mərhumə X22 vəfat edən günədək onlara evin kiçik oğlu İddiaçı Teyub oğlu qulluq etmiş, müalicə etdirmiş, onlar vəfat etdikdə dəfn xərclərini də özü qarşılamış və onlardan qalan miras əmlakını faktiki qəbul edərək idarə etmişdir. İşdə olan doğum haqqında arayışların notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1957-ci ildə doğulmuş Sadıqova (Mustafayeva) Teyub qızı, xx.xx.1959-cu ildə doğulmuş Cavabdeh6, xx.xx.1961-ci ildə doğulmuş Qədirova (Şöyübova) Telli Teyub qızı, xx.xx.1963-cü ildə Mahmudova (Şöyübova) Güllər Teyub qızı, xx.xx.1966-cı ildə doğulmuş Cavabdeh7, xx.xx.1968-ci ildə doğulmuş İddiaçı Teyub oğlu, xx.xx.1971-ci ildə doğulmuş Mahmudova (Şöyübova) Səidə Teyub qızı, xx.xx.1971-ci ildə doğulmuş X60 və xx.xx.1973-cü ildə Babayeva (Şöyübova) Mehriban Teyub qızının valideynləri X57 və X17r. İşdə olan nikah haqqında arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 Gülbala Nurəddin qızı ilə xx.xx.1963-cü ildə rəsmi nikaha girmişlər və X1 qəbul etmişdir. İşdə olan ölüm haqqında arayışın və ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X60 xx.xx.1971-ci ildə, X57 xx.xx.2007-ci ildə, X22 xx.xx.2008-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 247 saylı arayışdan görünür ki, 2009-2020-ci illər üzrə 03 №-li təsərrüfatbaşına kitabın 19 saylı səhifəsində 1973cü ildə inşa olunmuş 1 mərtəbəli ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evi və 0.95 hektar həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 115 saylı və xx.xx.2021-ci il tarixli, 178 saylı arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X51 və mərhumə X22 vəfat edən günə qədər, oğlanları İddiaçı Teyub oğlu ilə birgə yaşamışlar və mərhumların dəfn xərclərini İddiaçı Teyub oğlu çəkmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 240 və 243 saylı, xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X51 və mərhumə X2 yaşayış yeri Ağdaş rayonu, Qoşaqovaq kəndi olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 Mürvət Səftər oğlu ilə xx.xx.1991-ci ildə rəsmi nikaha girmiş və Mahmudova soyadını qəbul etmiş, X6 Bəhlul Bəhrəm oğlu ilə xx.xx.1978-ci ildə rəsmi nikaha girmiş və Mustafayeva soyadını qəbul etmiş, X13 İmran Qədir oğlu ilə xx.xx.1980-ci ildə rəsmi nikaha girmiş və Qədirova soyadını qəbul etmiş, X7 Ağalar Məhəmmədiyyə oğlu ilə xx.xx.1983-cü ildə rəsmi nikaha girmiş və Mahmudova soyadını qəbul etmiş, X8 Azər Kərim oğlu ilə xx.xx.1993-cü ildə rəsmi nikaha girmiş və Babayeva soyadını qəbul etmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 144A KOD 90310018 saylı şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN – 0094 KOD 90310018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə 1.09 hektar torpaq sahəsi X31 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində 48 kv.m yaşayış sahəsi, 36 kv.m qeyri yaşayış sahəsi 1934-cü ildə X35 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 237 inventar nömrəli 1992-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evi X42 məxsusdur. İşdə olan 04 aprel 2003-cü ildə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş və X51, X22, İddiaçı Teyub oğlu, Cavabdeh7, Cavabdeh6, X39, X49, X40, X50 və X19 imzası ilə təsdiq olunmuş aktdan görünür ki, ailə başçısı X31 həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövlərni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmannasız sürətdə həyətin kiçik oğlu İddiaçı Teyub oğluna bağışlanmasına etiraz edilmir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşəın həmin çıxarışlara müvafiq olaraq 0.2726 hektar, 4.3818 hektar və 2.1439 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh6 Teyyub oğlu, X57, X22, Şöyübova QəşəngMirzahid qızı, X43, hacıyeva Rahilə Şövkət qızı, X52, X28, X44 və Quluzadə Şahid Şöyüb oğlunun adlarına Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində qeydə alınmışdır. İşdə olan 09 fevral 2021-ci il tarixli Aktın surətindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kənd sakini mərhum X42 məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsində əlavə olaraq məhrumun oğlu Cavabdeh6 fərdi ev tikdirmiş və həyətyanı sahəsində bağ salmışdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh6 Teyyub oğlu cavabdeh İddiaçı qarşı süni maneələrin aradan qaldırılması tələbi ilə Məhkəməyə müraciət etmiş, Cavabdeh6 Teyyub oğlunun Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod- 90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə cavabdeh İddiaçı tərəfindən yaradılan süni manelərin aradan qaldırılması qət edilmişdir. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı Teyub oğluna verilmiş 327 nömrəli, 27 may 2022-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş mərhum X23ndan və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahələrindəki hissələrindən çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər vərəsələr arasında mirasın bölgüsündə mübahisə mövcud olduğundan mirasın qəbul edilməsi müddətinin ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən Cavabdeh7 verilmiş 332 nömrəli, 31 may 2022-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş mərhum X23ndan və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahələrindəki hissələrindən çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən Cavabdeh6 verilmiş 333 nömrəli, 31 may 2022-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş mərhum X23ndan və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahələrindəki hissələrindən çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Ağdaş rayon Notariat Ofisi tərəfindən Cavabdeh4 verilmiş 534 nömrəli, 28 avqust 2021-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş mərhum X23ndan və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evi və torpaaq sahələrindəki hissələrindən çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər vərəsələr arasında mirasın bölgüsündə mübahisə mövcud olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ki, ölənin uşaqları, arvad (ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2 və 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardım məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə iclasında araşdırılmış sübutlar, tərəflərin izahatları və şahid ifadələri əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, mübahisə predmeti olan evlər mərhum X57 tərəfindən tikilmiş, evlər və torpaq sahələri mərhum X57 və X22 tərəfindən miras qalmışdır. Mərhum valideynləri X57 və X22 ölümlərindən əvvəl mülkiyyətlərində olan əmlak və torpaq sahələrini evin kiçik oğlu İddiaçı Teyub oğluna bağışlamışlar və digər övladlar buna etiraz etməmişlər, bu barədə Ağdaş rayonunun Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt tərtib olunmuş və X57 və ailə üzvləri aktı öz imzaları ilə təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X23nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X14 ölümündən sonra X23ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərini tam hissəsinin, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X42 aid 1/7 hissəsinin, X18 aid 1/7 hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X42 aid 1/10 hissəsinin, X18 aid 1/10 hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilməli, iddiaçı tərəfindən miras əmlaklar qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul edildiyi üçün müddətin uzadılmasına ehtiyac yoxdur, buna görə də iddia həmin hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X23nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X14 ölümündən sonra X23ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X42 aid 1/7 (yeddidə bir) hissəsinin, X18 aid 1/7 (yeddidə bir) hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X42 aid 1/10 (onda bir) hissəsinin, X18 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar