Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-661/2021 12.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı CavabdehİB-ə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehİB-ə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 302,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdeh ilə aralarında eyni predmet və eyni əsaslar üzrə mübahisə olduğunu və bu barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1362/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini məhkəməyə təqdim etdi. İş materialarını araşdıraraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduğu üçün işin icraatına xitam verilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1362/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 302.50 (üç yüz iki 50 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2.50 manat və 300 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə müvafiq olaraq tərəflərə izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı CavabdehİB-ə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbi haqqında iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov № 2(014)-661/2021 Birinci İnstansiya Məhkəməsində məhkəmə baxışı iclasının PROTOKOLU xx xxxxxx 2019-cu il Ağdaş şəhəri. Ağdaş Rayon Məhkəməsi Hakim Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-in cavabdeh X1 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə baxışı iclası saat 10:50-də açıldı. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178.1-ci maddəsinə əsasən saat məhkəmə baxışı iclasını açır və baxılası işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi haqqında məlumat verməmişlər. Sədrlik edən göstərir ki, məhkəmə iclasına gəlməyən tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar mülki işə məhkəmə baxışı təxirə salınmalıdır. Sədrlik edən yerində müşavirə edib, qərara alır: Tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar mülki işə məhkəmə baxışı təxirə salınıb xx xxxx 2021-ci il tarixə saat 12:25-ə təyin edilsin. Bu barədə gəlməyən tərəflərə lazımi qaydada rəsmi məlumat verilsin. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(014)-661/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-661/2021
12.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver