Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-676/2022 04.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli 08 saylı qərarına əsasən 715,38 kv.m. torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Bu fakt X7 kitabında 16.03.2009-cu il tarixində 4/2452 nömrə ilə uçota alınmışdır. Lakin qeydiyyat zaman yanlışlığa yol verilmiş və ərizəçinin ata adı Əvəz yerinə Baba kimi qeydiyyat alınmışdır. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Bu fakt başqa qaydada müəyyən olunmur. Bu faktın müəyyən olunması ona torpaq sənədinin düzgün olması səbəbindən lazımdır. Göstərilənlərə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli 08 saylı qərarı əsasında X7 kitabında 16.03.2009-cu il tarixində 4/2452 nömrə ilə uçota alınmış 715,38 kv.m. torpaq sahəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçiyə dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində onun atası Əvəzin adı səhv olaraq Baba kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun dostudur. Ərizəçiyə dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində onun atasının adı Əvəz əvəzinə texniki səhv olaraq Baba kimi yazılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.04.2022-ci il tarixli, № **********83 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, № 680 saylı ölüm haqqında arayışdan görünür ki, X3 19.07.1994-cu il tarixdə ölmüş və bu barədə Ağdaş rayon Qülbəndə kənd İ/N-yi tərəfindən 15 saylı akt qeydi saxlanılır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş 11.07.2013-cü il tarixli, AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixində ünvan 1ində anadan olmaqla, Ağdaş rayonu Qülbəndə kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli 08 saylı qərarına əsasən Ərizəçi Baba oğluna Ağdaş rayonu, Qulbəndə kəndindən 715,38 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. X7 kitabında 16.03.2009-cu il tarixində 4/2452 nömrə ilə uçota alınmışdır. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi adı Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə texniki səhv olaraq “Ərizəçi” əvəzinə “Ərizəçi Baba oğlu” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli 08 saylı qərarına əsasən X7 kitabında 16.03.2009-cu il tarixində 4/2452 nömrə ilə uçota alınmış 715,38 kv.m. həyətyanı torpaq sahəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli 08 saylı qərarına əsasən X7 kitabında 16.03.2009-cu il tarixində 4/2452 nömrə ilə uçota alınmış 715,38 kv.m. həyətyanı torpaq sahəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-676/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-676/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver