Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-678/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X20 oğlunun katibliyi Ərizəçilər Bayramlı (İbrahimli) Aynurə Bəhram qızı, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi Bayramlı (İbrahimli) Aynurə Bəhram qızının maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Maraqlı şəxs2, Maraqlı şəxs3, Ziyalı (İbrahimli) Leyla Bəhram qızı və X3 qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 12 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi Bayramlı (İbrahimli) Aynurə Bəhram qızı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Maraqlı şəxs2, Maraqlı şəxs3, Ziyalı (İbrahimli) Leyla Bəhram qızı və X3 qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Aqrar islahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə JN-1577A, KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə ölmüş X6, Maraqlı şəxs2, Maraqlı şəxs3, X11, X12 və X2 adına verilmiş 0.03 ha torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.2007-ci il tarixdə ölmüş X6, Maraqlı şəxs2, Maraqlı şəxs3, Bayramlı (İbrahimli) Aynurə Bəhram qızı, Ziyalı (İbrahimli) Leyla Bəhram qızı və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Aqrar islahat Komissiyasının xx.xx.2006cı il tarixli 01 saylı qərarı ilə Ağdaş şəhəri ərazisindən təsərrüfat başçısı xx.xx.2007-ci il tarixdə ölmüş X4 və onun ailə üzvlərinə JN-1577A, KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.03 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zamnan şəhadətnamənin 4-cü adlı siyashısında X5 adı səhvən X1 qeyd edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində digər sənədlərdə onun adı Aynurədir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə yalnışlıqların düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN-1577A, KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi Bayramlı (İbrahimli) Aynurə Bəhram qızı məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizəni qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs3 və Ziyalı (ibrahimli) Leyla Bəhram qızı məhkəmə iclasına ərizə verərək mülki işə iştirakları olmadan baxılmasını, ərizənin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə və X3 məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxslərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 05 yanvar 2006-ci il tarixli 01 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” JN:3577A saylı (kod ********) şəhadətnaməyə əsasən X8, Maraqlı şəxs2, Maraqlı şəxs3, X11, X12 və X3 Ağdaş şəhərində 0.03 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X13 xx.xx.1994-cü il tarixində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Gürcuva kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 222836 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 ilə X9 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bayramlı, arvada Bayramlı soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-ci il tarixli XVİİİ-ЖГ 385121 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 xx.xx.1994-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il traixli 05/09İS/071364-23 saylı arayışdan məlum olur ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Maraqlı şəxs3 adi xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Əri- Maraqlı şəxs2, qızı- Ərizəçi, qızı- Maraqlı şəxs4, oğlu X7. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs4 xx.xx.1996-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE 17384493 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 xx.xx.2001-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs2 xx.xx.1968-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs3 xx.xx.1971-ci il tarixində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 322404 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X19 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ziyalı, arvada Ziyalı soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 238966 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 xx.xx.2007-ci ildə ölmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-B-0006-8/2023 saylı məktubdan məlum olur ki, Ağdaş şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materilları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-3577A saylı Şəhadətnamədə subyektlər siyasınında “X11” adı ilə şəxsiyyət vəsiqələrindəki “X9” arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:3577A saylı (kod ********) şəhadətnaməyə əsasən X8, Maraqlı şəxs2, Maraqlı şəxs3, X11, X12 və X3 Ağdaş şəhərində 0.03 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək X9 əvəzinə səhvən X11 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8, Maraqlı şəxs2, Maraqlı şəxs3, X11, X12 və X2 mülkiyyətinə verilmiş Ağdaş şəhərində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinə dair JN:3577A saylı KOD 90301004 saylı şəhadətnamənin X6, Maraqlı şəxs2, Maraqlı şəxs3, Bayramlı (İbrahimli) Aynurə Bəhram qızı, Ziyalı (İbrahimli) Leyla Bəhram qızı və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-678/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-678/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver