Məhkəmə qərarları › İş №2(014)-679/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-679/2023

12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-679/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsus olması faktın müəyyən edilməsi» tələbinə dаir işə 12 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsus olması faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Orta Qəsil kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13, X6, X25, X3, X14 və X10 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0090 KOD 90305038 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X15 və X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Aqrar islahat Komissiyasının xx.xx.1998cı il tarixli 8 saylı qərarına əsasən 1.42 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0090 KOD 90305038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək onlara məxsus dövlət aktında soyadları Salmanov və Salmanova kimi yazılıb. hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında yuxarıda qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki maraqlı orqan buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqaı tərəfindən verildiyindən onları səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədilə məhkəməy müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonunun Orta Qəsil kəndi ərazisində yerləşən 1.42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13, X6, X25, X3, X14 və X10 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0090 KOD 90305038 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X15 və X4 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi3 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi4 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə nümayəndənin iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Qulbəndə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli XİX-ЖГ 381928 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1995-ci il tarixdə Ağdaş şəhəri, Orta Qəsil kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi4dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qulbəndə kənd ZDS tərəfindən verilmiş xx.xx.1976-ci il tarixli XİV-ЖГ 356792 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.1976-ci il tarixdə Ağdaş şəhəri, Qulbəndə kəndində anadan olmuşdur. X1, anası X17r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəsil kənd ZDS tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli A3B 059763 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1971-ci il tarixdə Ağdaş şəhəri, Orta Qəsil kəndində anadan olmuşdur. X2, anası X5r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Qulbəndə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli XVİİİ-ЖГ 386998 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-ci il tarixdə Ağdaş şəhəri, Orta Qəsil kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi4dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi4 xx.xx.1976-ci il tarixində Ağdaş rayon Qulbəndə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon iHB-nin Qulbəndə kənd soveti üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Vİ-ЖГ 262479 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 ilə X7 xx.xx.1993-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-ci il tarixində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1995-ci il tarixində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1971-ci il tarixində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 080664 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qulbəndə kənd İ/N tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli AZ-İİ 297126 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.1998-ci il tarixli 08 saylı “Torpağa mülkiyyət hüququna dair” JN:0090 saylı (kod ********) dövlət aktına əsasən X13, X6, X25, X3, X14 və X11 Ağdaş rayon Orta Qəsil kəndində 1.42 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərar ilə “Torpağa mülkiyyət hüququna dair” JN:0090 saylı (kod ********) dövlət aktına əsasən X13, X6, X25, X3, X14 və X11 Ağdaş rayon Orta Qəsil kəndində 1.42 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında səhvə yol verilərək X15 əvəzinə səhvən X13, X9 əvəzinə səhvən X6, Ərizəçi1 əvəzinə səhvən X25, Ərizəçi4 əvəzinə səhvən X3, Ərizəçi2 əvəzinə səhvən X14 və Ərizəçi3 əvəzinə səhvən X19 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13, X6, X25, X3, X14 və X10 mülkiyyətinə verilmiş Ağdaş rayon Orta Qəsil kəndində 1.42 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair JN:0090 saylı (kod ********) dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X15 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar