Məhkəmə qərarları › İş №2(014)-683/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-683/2023

13.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-683/2023 13.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X18 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 6 aprel 1963-cü ildə Ağdaş rayonu, Abad kəndində doğulmuşdur. X1 12 iyun 1976-cı ildə Ağdaş rayonu, Abad kəndində doğulub və onun ünvanında, yəni Ağdaş rayonu, Abad kəndində yaşayır. Bacısına ərizəçi özü baxır. Ağdaş rayon Mərkəzi Xəstəxanasında HPŞ-nin Poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik” dioqnozu ilə ruhi qeydiyyatdadır. O, uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Öyrənmək qabiliyyəti olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Uşaqlıqdan əlilliyi ilə əlaqdar eşitmir və hər hansı bir formada nitq qabiliyyəti olmadığından danışmaqdan məhrumdur, əl işarələri ilə qışqıraraq ünsiyyət qurmağa çalışır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış əlillik müəyyən edilmişdir. Faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir qardaş kimi özü həyata keçirir. Hazırda bacısının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəçinin bacısı 12 iyun 1976-cı ildə Ağdaş rayonu, Abad kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və onun X4 üzərində qəyyum təyin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq 12 iyun 1976-cı ildə Ağdaş rayonu, Abad kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X22 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X20 2 saylı X21 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-Q- 48989/2023 saylı arayışdan görünür ki, X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X21 filialından 2-ci (ikinici) dərəcə əlilliyə görə hər ay 220 (iki yüz iyirmi) manat sosial müavinət təyin edilib. İşin materiallarında olan Ağdaş rayon X14 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № HPŞ-6-22/3-229/2023 saylı arayışından görünür ki, xx.xx.1973cü il təvəllüdlü X9 ondan ötrü ki, həqiqətən onun X1 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qaradeyn kənd soveti tərəfindən verilmiş 27 may 1963-cü il tarixli, АЗ seriyalı, № 454060 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 6 aprel 1963-cü il tarixdə Ağdaş rayonu, Abad kəndində doğulmuş, atası X13, anası isə X2r. İşin materiallarında olan Ağdaş rayon Qaradeyn kənd soveti tərəfindən verilmiş 17 iyul 1976-cı il tarixli, İV-ЖГ seriyalı, № 356513 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 12 iyun 1976-cı il tarixdə Ağdaş rayonu, Abad kəndində doğulmuş, atası X13, anası isə X3r. İşin materiallarında olan 23 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Abad kənd İ/N tərəfindən verilmiş AZ-İİ seriyalı, № 295940 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 21 oktyabr 1997-ci il tarixdə Beyinə qansızma səbəbindən ölmüşdür. İşin materiallarında olan 09 mart 2023-cü il tarixdə Ağdaş rayon Abad kənd İ/N tərəfindən verilmiş AZ-İİ seriyalı, № 297128 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 24 may 1981-ci il tarixdə Qan təzyiqinin yüksəlməsi səbəbindən ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2023-cü il tarixli, 315 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X5 hal-hazırda yüngül dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş ambulator kartanın surəti), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretlik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, mülahizə və mühakimələri səthi olması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, adi məişət problemlərini həll etmək qabiliyyətində olsa da kənar şəxsin nəzarətinə ehtiyacı olması, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=55 % və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallan aşağıdakı kimi cavalandırır. Sual 1. X8 özü həərkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X8 yüngül dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Sual 2. X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərmi? Cavab. X5 yüngül dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi aşkar edildiyindən o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X8 anadangəlmə xəstə olmuş, ikinci dərəcəli əlildir, Ağdaş rayon X14 hüquqi şəxsin poliklinika şöbəsində “Orta dərəcəli əqli gerilik” dioqnozu ilə dispanser qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 12 iyun 1976-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 12 iyun 1976-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar