Məhkəmə qərarları › İş №2(014)-70/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-70/2022

13.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-70/2022 13.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Ərizəçi Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi” tələbi barədə işə açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təmin edilməsi” tələbi barədə ərizə ilə mürаciət еdərək, oğlu 14 fevral 1991-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun X3 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1968-ci ildə Ağdaş rayon Yeniarx kəndində anadan olmuşdur. Oğlu 14 fevral 1991-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olub və onun ünvanında yəni Ağdaş rayon Mürsəl kəndində yaşayır. Oğluna özü baxır, o, 03 iyul 2001-ci il tarixdən Ağdaş rayon Mərkəzi Xəstəxanasında PHŞin Poliklinika şöbəsində “Uşaq Serebral iflicinin qalıq əlamətləri, Tetraparez, Hidrosefaliya, tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları” diaqnozu ilə qeydiyyatdadır. O, uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Uşaqlıqdan əlilliyi ilə əlaqədar eşitmir və hər hansı formada nitq qabiliyyəti olmadığından danışmaqdan məhrumdur, əl işarələri və qışqıraraq ünsiyyət qurmağa çalışır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış əlillik müəyyən edilmişdir. Faktiki olaraq xüsusilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir ana kimi özü həyata keçirir. Hazırda oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında izah etdi ki, mülki işlə bağlı Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyası ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəsi ilə bağlı müəyyən araşdırmalar aparmış, ərizənin təmin edilməməsi üçün heç bir əsasların olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı orqanın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 1007 saylı arayışdan məlum olur ki, 1991ci il təvəllüdlü X6 03.07.2001-ci il tarixdən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüuqu şəxsin poliklinika şöbəsində “Uşaq serebral iflicinin qalıq əlamətləri, Tetraparez. Hidrosefaliya, tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə, diaqnozu ilə dispanser qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli **********5 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Mürsəl kəndində qeydiyyatda olan X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialından İ qrup əlil kimi müddətsiz hər ay 150 (bir yüz əlli manat 00 qəpik) manat sosial müavinət və İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130.0 (bir yüz otuz manat 0 qəpik) alır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 12 mart 1991-ci il tarixli XV-ЖГ 440271 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 14.02.1991-ci ildə Ağdaş rayon Mürsəl kəndində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 12 mart 1991-ci il tarixli 15 saylı qeyd aparılmışdır. X1, anası Ərizəçi qızıdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 04.10.2021–ci il tarixli 2(014)-2148/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 1550 saylı arayışdan məlum olur ki, Ərizəçi 31.03.2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş, həkim-terapevt Eyyub Abbasov tərəfindən müayinə olunmuş, ilkin tibbi yardım göstərilmiş və “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu qoyulmuşdur. 14.02.1991-ci il təvəllüdlü X6 09.10.2021-ci il tarixdə Ağdaş RMX pHŞ-ə müraciət etmiş, həkim nevroloq Sevinc Eyyubova tərəfindən müayinə olunmuş və “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu qoyulmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş, 13 dekabr 2021-ci il tarixli 197 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyinə əsasən X6 uşaqlıqdan Ağır dərəcəli kəmağıllıq, davranış pozuntular. Uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez və qıcolma tutmaları ilə XBT- 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin hazırkı iş üzrə 13 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata “qəyyum təyin edilməsi” hissəsində xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 14 fevral 1991-ci ildə Ağdaş rayon Mürsəl kəndinə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vasitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar