Məhkəmə qərarları › İş №2(014)-705/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-705/2020

18.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-705/2020 18.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh H.Həmidovanın və nümayəndəsi R.İbrahimovun iştirakı ilə İddiaçı cavabdeh x22 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x23rşı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x22 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x23rşı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum atasıx20ndan miras qalmış Ağdaş şəhəri, C.Hacıyev (hazırki C.Məmmədquluzadə) küçəsində 0,012 ha torpaq sahəsi və onun üzərində yerləşən tikililərdən istifadə ilə bağlı cavabdeh x22 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıvə həmin ünvanda müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsində 0,012 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı sahəsi 39,6 kv.m yaşayış və 28,3 kv.m olan köməkçi sahələri olan 32 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları onun atası x5 adına qeydə alınmış və 06 iyun 2007-ci il tarixdə onun adına Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Onun atası 19 sentyabr 1989-cu ildə anası x9 isə 11 may 2003-cü ildə vəfat etmişdir. O, mərhum atası Qənbər İbrahimovun qanun üzrə birinci növbə vərəsəsidir. Qeyd edilən və atasının mülkiyyətində olan torpaq sahəsində mərhum atası tərəfindən əlavə tikili də inşa edilmişdir. Lakin həmin tikililər çıxarışa daxil edilməmişdir. O, müvafiq orqana müraciət edərək həmin tikilinin də çıxarışa daxil edilməsini, hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş onun müraciəti əsasında 04 noyabr 2019-cu ildə invertarlaşdırma işinin aparılması ilə əlaqədar idarənin əməkdaşları həmin ünvana baxış keçirmiş, lakin bu torpaq sahəsində və onun üzərində inşa edilmiş tikilidə müayinə işlərinin aparılmasına cavabdeh imkan verməmiş və bu səbəbdən sənədlərin hazırlanması baş tutmamış və onun müraciətinin həlli mümkünsüz olmuşdur. Müayinə işinin aparılmaması onun bir vərəsə kimi qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi üzrəndə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə imkan verməmişdir, nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və bildirdi ki,mərhum atasından iki ev miras qalmışdır. Köhnə evə dair çıxarış alsa da, yeni tikilmiş evə dair çıxarış almaq istəyəndə həmin evdə yaşayan cavabdeh Həxər ona imkan verməmişdir. Yeni tikilmiş evin sənədi yoxdur, həmin evi o və qardaşı tikdirmişdir. Atasının vəfatından sonra köhnə evdə yaşamışdır. Hazırda bacısı da onun himayəsindədir və ona o, baxır. Qeyd edir ki, ona sənədləşməyə maneçilik törədən yalnız Həcərdir. Həcərin oğluna qarşı hər hansı bir iddia tələbi yoxdur. Odur ki, bütün bunları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh x22 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, 07 yanvar 1982-ci ildə iddiaçının qardaşı x19 ilə rəsmi qaydada nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Evlənməyi ilə əlaqədar o, iddiaçının mərhum atası x5 və ailəsinin yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüş və mərhumun özü və digər ailə üzvləri onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmişlər və uzun müddət o, onlarla birlikdə yaşamaqla təsərrüfatı birgə idarə etmişdir. Həmin evə pasport qeydiyyatına alınmış, övladları da həmin evdə anadan olmuşdur. Mərhum əri x19 uzun müddət müxtəlif rayonlarda daxili İşlər Nazirliyinin müstəntiqi, o, isə Ağdaş Mərkəzi rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərən tibb müəssisələrində həkim işlədiyindən mərhum qaynatası Qənbər İbrahimovun evinin yerləşdiyi həyətyanı torpaq sahəsi böyük olduğuna görə iddiaçının mərhum anasının qardaş və bacılarının şəxsən razılığı və xeyir-duaları ilə həyətin heç bir kommunikasiya xətlərinə və qonşulara maneçilik törətməyən hissəsində fərdi yaşayış evi tikdirmişdir. Bundan sonra mərhum əri, o və övladları həmin həyətdə yeni inşa etdirdiyi evlərinə köçərək orada yaşamağa başlamış və hazırda da orada yaşamaqda davam edirlər. x17 Səlim oğlu 19 sentyabr 1989-cu ildə, qayınanası x9 2003-cü ildə vəfat etmişlər. Mərhum əri x19 22 yanvar 2004-cü ildə Ağdaş şəhərində yeni tikdirdikləri evdə vəfat etmişdir. İslahat zamanı iki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmədiyindən yeni tikdirdikləri fərdi yaşayış evini mülkiyyət hüququ üzrə adlarına qeydə aldıra bilməmişlər. x7 və əri Sübhi İbrahimovun ölümlərindən sonra Bakı şəhərində yaşayan baldızı olan iddiaçı müxtəlif variantlara əl ataraq onu və övladlarını həmin həyətdən və mərhum əri ilə sağlığında tikdirdikləri fərdi yaşayış evindən çıxarmağa çalışmış və bu gün də çalışır. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçının təşəbbüsü ilə onların xəbəri olmadan öz ata evlərinin və sonradan onun ailəsi tərəfindən tikilmiş hər iki yaşayış evininin yerləşdiyi 0.12 hektar torpaq sahəsinə öz ata evlərində yaşayan bacısı Qətibə İbrahimovanın adına qanunsuz olaraq saxta yolla JN-2894B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəltdirmişdir. 16 mart 2006-cı ildə qeydə alınmış həmin şəhadətnamədə qeyd edilmişdir ki, Ağdaş RİHB-nın 05.01.2006-cı il tarixli Sərəncamı ilə ünvan 1 nömrəli ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi mərhum Qənbər İbrahimovun övladları x10, İddiaçı, x11 və x15 ilə yanaşı o və 3 nəfər övladının da həmin ünvanda qeydiyyatda olmağına və həmin torpaq sahəsindən onlarla bərabər istifadə etməyinə baxmayaraq “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam zidd olmaqla tam mülkiyyət hüququ əsasında yalnız x1 mülkiyyətinə verilmişdir. O, bütün bunları bildiikdən sonra, eləcə də artıq övladları ilə bərabər həmin yaşayış sahəsindən istifadə hüququ qazandığına görə və 0.12 hektar torpaq sahəsini mərhum ərinin və qayınanasının sağlığında qarşılıqlı razılaşma əsasında 2 hissəyə bölmüşlər. Həmin torpaq sahəsinin 0.06 hektar hissəsi x10, İddiaçı, x11 və x3 və onların mərhum analarının yaşadığı 1900-cu illərdə tikilmiş ev tərəfdən, qalan 0.06 hektar torpaq sahəsi isə onların 1990-cı ildə tikdirdiyi ev tərəfdən ayrılmışdır. Ona görə də o, həmin şəhadətnamənin ləğv edilməsi tələbi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. Onun müraciətindən sonra Qətibə İbrahimova və digərləri onun iddiasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara qarşı ilkin iddianın rədd edilməsini, və ümumi paylara müvafiq olaraq onlara kompensasiya verilməsi yolu ilə onların sözügedən ünvandan çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Ağdaş rayon məhkəməsinin 21 iyunn 2007-ci il tarixli, 2- 102/2007 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək həmin şəhadətnamə ləğv edilmiş, qarşılıqlı iddia isə baxılmamış saxlanılmışdır. Həmin iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Apellyasiya və Kassasiya məhkəmələri tərəfindən təmin edilməmişdir.Bütün bunlardan nəticə çıxarmayan hazırki iş üzrə iddiaçı öz təşəbbüsü ilə bacları Qətibə İbrahimova, Ofeliya İbrahimova və Sənan İbrahimova ona və üç nəfər övladlarına qarşı “yaşayış sahəsinə qeydiyyatın qanunsuz hesab edilməsi və qeydiyyatdan çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırki iddiaçı və digər qardaş və bacıları 2001-ci il tarixdən başlayaraq onu və övladlarını 0.12 hektar torpaq sahəsinin 0.06 hektar hissəsində tikdirdikləri yaşayış evində rahat yaşamağa qoymadıqları üçün o, üç nəfər övladları ilə birlikdə həmin iş üzrə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz tikdirdikləri evin sənədləri olmadığına görə texniki pasportla mərhum qayınatasının adına olan 1900-cu illərdə tikilmiş, gəlin köçüb bir neçə il yaşadığı və təsərrüfatı birgə idarə etdiyi, eyni zamanda mərhum əri ilə tikdirdiyi hündür kürsülü yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 13 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə ilkin iddia əsasız olduğundan rədd edilmiş, qarşılıqlı iddiası isə təmin edilmişdir. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2009-cu il tarixli qətnaməsi ilə Ağdaş rayon məhkəməsinin həmin qətnaməsi və Ali Məhkəmənin 15 iyul 2009-cu il tarixli qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin ərəfədə İddiaçı yenə saxta yollarla qanunsuz olaraq həmin 0.12 hektar həyətyanı torpaq sahəsinə dair mərhum atası x5 adına Dövlət Torpaq və kadastr kitabında 05 fevral 2009-cu ildə 290 nömrə ilə qeydə alınmış torpaq sahəsinin Planı və ölçüsü əldə etmişdir. Həmin Torpaq sahəsinin planı və ölçüsündə Ağdaş rayon x14 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0.12 hektar həyətyanı torpaq sahəsi həmin ərazidə fərdi yaşayış evi tikdirmək üçün Ağdaş şəhər sakini x5 mülkiyyətinə verilməsi qeyd edilmişdir. Halbuki qeyd etdiyi kimi qayınatası Qənbər İbrahimov 1989-cu ildə vəfat etmişdir, yəni islahat zamanı sağ deyildi. Əgər həmin torpaq sahəsinin həqiqətən də isalahata qədər (02 avqust 1996-cı il) mərhum Qənbər İbrahimova məxsus olmasını təsdiq edən ilkin hüquqmüəyyənedici sənədi var idisə, onda nə üçün torpaq sahəsinin planı və ölçüsündə həmin torpaq sahəsinin dövlət tərəfindən verilmiş ilkin hüquqmüəyyənedici sənədə əsasən deyil, artıq 05 yanvar 2006-cı ildə fəaliyyətinə xitam verilmiş Ağdaş rayon x8 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə verilməsi qeyd edilmişdir. Bütün bunlardan həmin sənədin özü özlüyündə saxta və qanunsuz olması görsənir. Bundan əlavə Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd etdiyi kimi mərhum əri Sübhi İbrahimov valideynlərindən sonra öldüyünə görə, valideynlərinin ölən gününə sağ qalmış qanun üzrə birinci növbə vərəsə kimi onlardan miras qalmış əmlakı hazırki iş üzrə İddiaçı istisna olmaqla digər bacı və qardaşları ilə faktiki olaraq qəbul edərək bir müddət istifadə və idarə etmiş, önün ölümündən sonra isə həmin miras əmlakdan mərhum ərinə çatası payını onun hər üç övladı faktiki olaraq qəbul etmişlər, hazırda da həmin əmlakdan qanunla istifadə və idarə edirlər. O, özü isə 1982-ci ildə həmin yaşayış sahəsinə gəlin köçərək bu günədək həmin yaşayış sahəsində daimi qeydiyyatda olmaqla və yaşamaqla yaşayış sahəsindən, yəni torpaq sahəsindən və evlərdən istifadə hüququ qazanmışdır. Lakin torpaq islahatı zamanı mərhum qayınatası Qənbər İbrahimov sağ olmadığına görə həmin hətəyanı torpaq sahəsindən iddiaçı Bakı şəhərində yaşadığından o istisna olmaqla mərhum qayınanası, o, mərhum əri və üç nəfər övladı, baldızları Qətibə və Ofelya İbrahimovalar və qaynı Sənani İbrahimov yaşadığından və həmin torpaq qanuni istifadəsində olduğuna görə həmin 0.12 hektar torpaq sahəsi Prezidentin məlum Sərəncamına əsasən Ağdaş rayon x4 qərarı ilə onların mülkiyyətinə verilməli idi. Lakin həmin 0.12 hektar torpaq sahəsi hazırda da Ağdaş bələdiyyəsinin perespektiv inkişaf fonduna aiddir. Lakin ona məlum olmayan səbəblərə görə həyətə şəhadətnamə işlənməmiş, iddiaçı tərəfindən saxta yollarla əldə edilmiş şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının hazırda məhkəməyə təqdim etdiyi 0.12 hektar torpaq sahəsinə görə mərhum qayınatam Qənbər İbrahimovun adına verilmiş 05.02.2009cu ildə Dövlət Torpaq Kadastrı kitabında 290 nömrə ilə “qeydə alınmış” A seriyalı 072328 nömrəli torpaq sahəsinin planı və ölçüsü də saxta yollarla alındığından heç bir hüquqi qüvvəsi yoxdur və onda olan məlumata görə həmin torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Kadastr və x18 Mərkəzinin elektron bazasına vurulmamışdır və qeydiyyata alınmamışdır. Bütün bunlar ona məlum olandan sonra o, başa düşmüşdür ki, iddiaçı həmin kadastr planını da saxta, qanunsuz yollarla əldə edib və onun əsasında da həmin 0.12 hektar torpaq sahəsini, eləcə də 1900-cü illərdə mərhum atası Qənbər İbrahimov, 1990-cı ildə isə mərhum əri ilə birgə tikdirdiyi fərdi yaşayış evlərinin hər ikisini mərhumun adına DƏDRX-də qeydə aldırsın, bundan sonra notariat ofisində və ya məhkəmədə vərəsəlik işi açdıraraq ona həmin həyəyyanı torpaq sahəsindən və öz halal evindən bir pay ayırtdırmaq istəyir. Ona görə də o, həmin həyətdə müəyyən ölçmə və müayinə aparmaq istəyən mütəxəssisə bütün bunları izah etmişdir və mərhum qayınatasından yeganə miras qalan əmlakın onun tərəfindən 1900-cu illərdə tikilmiş evin olduğunu bildirərək həmin evə görə müayinə aparmalı olduğunu onun nəzərinə çatdırmışdır. Lakin o,ona bildirmişdir ki, texniki pasporta görə ev və torpaq sahəsinin planı və ölçüsünə görə 0.12 hektar torpaq sahəsi mərhumun adına olduğuna görə o, komplekt müayinə işləri aparmalıdır. Ona görə də həmin işlərin aparılmasına o, öz etirazını bildirmiş və hesab edir ki,onun etirazı tamamilə əsaslıdır. Hazırda o, 0.12 hektar torpaq sahəsinə görə mərhum qayınatası x5 adına verilmiş a seriyalı, 072328 nömrəli torpaq sahəsinin ləğvi məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Ağdaş bələdiyyəsinə müraciətlər hazırlamışdır. Eyni zamanda həmin torpaq sahəsi bələdiyyə fonduna aid olduğuna və uzun müddət, yəni 1982-ci ildən istifadə etdiyinə görə həmin torpaq sahəsinin 0.06 hektar hissəsinin ona satılmasına dair 06 mart 2020-ci il tarixdə ərizə ilə Ağdaş bələdiyyəsinə müraciət etmiş və ərizəsi 10 mart 2020-ci ildə qeydə alınmışdır. Göründüyü kimi İddiaçı ona qarşı “Torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddiası tam əsassızdır və heç bir hüquqa əsaslanmamışdır. Odur ki, yuxarıda göstərdiyi işin faktiki hallarını nəzərə alaraq İddiaçı ona qarşı “Torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh x16 nümayəndəsi x21 məhkəmə iclasında iddianı qəbul etməyərək cavabdeh x16 izahatına uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Şahid x29 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ağdaş Bələdiyyəsinin sədridir. Ağdaş şəhəri, C.Məmmədquluzadə 32 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabı üzrə Ağdaş Bələdiyyəsinin torpaq fonduna aiddir. Həmin torpağın və üzərində yerləşən təcrid olunmuş iki yaşayış evinə görə vergilər x22 tərəfindən ödənilir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq doğum haqqında şəhadətnamədən görünür ki, x2 valideynləri x20 və x6r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x32 25 noyabr 2019-cu il tarixli ərizəçi İddiaçı göndərdiyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, 04 noyabr 2019-cu il tarixində Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 32-də yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə olduğu üçün cavabdeh x22 tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə x5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsündən görünür ki,Ağdaş şəhərində yerləşən 1200 kv.m torpaq sahəsi Ağdaş rayon x14 05 yanvar 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün x12 verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x9 20 may 2003-cü ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x20 19 sentyabr 1989-cu ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x24 ilə x13 25 fevral 1971-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın ərinin Abıyeva soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x19 ilə x22 07 yanvar 1982-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın ərinin İbrahimova soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x19 22 yanvar 2004-cü ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının 12 iyun 2019-cu il tarixli sərəncamından görünür ki, x11 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyinə görə İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Bələdiyyəsinin 10 iyun 2020-ci il tarixli arayışından görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə 32 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabı üzrə Ağdaş Bələdiyyəsinin torpaq fonduna aiddir. Həmin torpağın və üzərində yerləşən təcrid olunmuş iki yaşayış evinə görə vergilər x22 tərəfindən ödənilir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Bələdiyyəsinin 10 iyun 2020-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə 32 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabı üzrə Ağdaş Bələdiyyəsinin torpaq fonduna aiddir. 0,12 ha torpaq sahəsindən 0,00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə x5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin həyətdə x16 1990-cı ildə inşa etdirdikləri təxminə yaşayış sahəsi 99,4 kv.m olan 1 mərtəbəli kürsülü fərdi yaşayış evi var. 0,11 ha torpaq sahəsi Bələdiyyəyə məxsus zəbt edilmiş heç bir hüquqi sənədi olmayan torpaq sahəsidir. Həmin 0,012 ha torpaq sahəsinin üzərində tikilmiş iki yaşayış evinə görə vergi və ödənişləri həmin ünvanda qeydiyyatda olan və yaşayan x22 tərəfindən ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi Ağdaş Bələdiyyəsinin fonduna aid torpaq sahəsidir. Bütün bunlar tərəflərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isbat olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh x22 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x23rşı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar