Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-72/2022 21.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X13 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 22 aprel 2004-cü ildə ünvan 1 ünvanında onunla birlikdə yaşayır. X4 anadangəlmə uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməklə xəstə olmuşdur. O, uşaq vaxtlarından xəstəlikləri ilə əlaqədar müxtəlif xəstəxanalarda qeydiyyatda olmuş və müalicə almışdır. Oğlu X2 Rayon Mərkəzi X9 şəxsin poliklinika şöbəsində “Uşaq serebral iflici” diaqnozu ilə dispanser qeydiyyatdadır. Oğlu sağlamlıq imkanları məhdud əlildir. X6 “Uşaq serebral iflici” diaqnozu ilə Səhiyyə Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə sağlamlıq imkanları məhdud 18 yaşa qədər əlillik verilmişdir. O, xəstəliyi ilə əlaqədar təhsil ala bilməmişdir. Öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. X1 üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Göstərilənlərə əsasən 22 aprel 2004-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Ağdaş Rayon Mərkəzi X9 Şəxsin poliklinika şöbəsində “Uşaq serebral iflici” diaqnozları ilə dispanser qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X15 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını, dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 13 saylı Regional filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********4 saylı arayışdan görünür ki, X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialından sağlamlıq imkanları məhdud 18 yaşa qədər əlil kimi 150 (yüz əlli) manat sosial müavinət və anası Ərizəçi bəzi kateqorialı şəxslərə qulluq edərək 50 (əlli) manat Prezident təqaüdü alır. Müavinət müddəti xx.xx.2022-ci ilədək davam edəcəkdir. İşin materiallarında olan Ağdaş Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № 6012 saylı arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 həqiqətən xəstədir. xx.xx.2005-ci ildən ASM-də qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, № 999 saylı ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2015-ci il taridə Ağdaş rayonunda ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2015-ci il tarixli, AZ-İİİ seriyalı, № 569687 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 22 aprel 2004-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X7, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 662 saylı rəyindən görünür ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X5 uşaqlıqdan xəstə olmaqla ona müavinət təyin edilməsi, daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq ona İ qrup müddətsiz əlillik təyin edilməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara reaksiya verməməsi, nitq kontaktına daxil olmaması, anlaşılmaz səslər çıxarması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarının belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, (İQ=30% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, X8 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş MRX-nin poliklinikasında “ağır dərəcəli əqli gərginlik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyata götürülmüş, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı var. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 22 aprel 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 22 aprel 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-72/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-72/2022
21.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver