Məhkəmə qərarları › İş №2(014)-730/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-730/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-730/2023 08.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X8 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X8 maraqlı şəxslər Maraqlı şəxs1, X12 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dаir işə 08 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X8 maraqlı şəxslər Maraqlı şəxs1, X12 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonun Aral Bir kənd ərazisində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.30 hektar fərdi yaşayış həyətyanı torpaq sahəsi X27, Maraqlı şəxs1Xəlil qızı, X20, Ərizəçi1, X21 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0156, KOD 90317038 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktınınn və JN-023A KOD 90317038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X27, Maraqlı şəxs1, X21, Ərizəçi1, X22 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Aqrar islahat Komissiyasının xx.xx.1998cı il tarixli 21 saylı qərarı ilə 3.94 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0156, KOD 90317038 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına və JN-023A KOD 90317038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən torpaq sahəsi rəsmiləşdirlmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək onlara məxsus dövlət aktında və şəhadətnamədə adları səhv yazılmışdır. Belə ki onların adı X16, X20 və X2 qeyd edilmişdir. Ərizəçi2 14 yanvar 2020-ci ildə X13 ilə nikah bağlandıqdan sonra Hüseynova soyadı götürmüşdür. X22 xx.xx.2012-ci ildə X29 ilə nikah bağlandıqdan sonra İsayeva soyadı götürmüşdür. Ərizəçi1 17 iyul 2007ci il tarixdə X5 ilə nikah bağlandıqdan sonra ər soyadı Hacıyev olduğu üçün soyadı Hacıyeva kimi qalmışdır. X1 xx.xx.2014-cü ildə vəfat etmişdir, hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında yuxarıda qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki maraqlı orqan buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqaı tərəfindən verildiyindən onları səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonun Aral Bir kənd ərazisində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.30 hektar fərdi yaşayış həyətyanı torpaq sahəsi X27, Maraqlı şəxs1, X20, Ərizəçi1, X21 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-156, KOD 90317038 və JN-023A KOD 90317038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının X27, Maraqlı şəxs1, X21, Ərizəçi1, X22 və Ərizəçi2 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi1 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 və X22 məhkəmə iclasında Ərizəçi1 ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Maraqlı şəxslər Maraqlı şəxs1, X12 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxslər və maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə maraqlı şəxslərin və maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli Xİİİ-ЖГ 386778 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1989-cu il tarixdə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. X3, anası Maraqlı şəxs1dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZ-İİ 088071 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi3 ilə X14 xx.xx.2016-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1989-ci il tarixində Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1986-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verilmiş xx.xx.1986-cu il tarixli Xİ-ЖГ 323627 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1986-cu il tarixdə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. X3, anası Maraqlı şəxs1dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Birinci Aral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 312755 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 ilə Ərizəçi1 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZE 16389986 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X22 xx.xx.1990-ci il tarixində Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cu il tarixli Xİİİ-ЖГ 407441 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 xx.xx.1990-cu il tarixdə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. X3, anası Maraqlı şəxs1dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 739352 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur kiX29 ilə X17 xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* sayı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1984-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 380876 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki,X15 ilə X25 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cu il tarixli X-ЖГ 323476 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X25 xx.xx.1984-cu il tarixdə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. X3, anası Maraqlı şəxs1dır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2- KO2-004-8/2023 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Aral Bir kəndində yerləşən 0.30 ha həyətyanı və 3.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə verilmiş JN-023A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və JN-0156 saylı torpağa mülkuyyət hüququna dair dövlət aktına əsasən hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materilları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və X7 rayon şöbəsi tərəfindən verilmiş JN-0156 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən “X20” ilə, şəxsiyyət vəsiqəsindəki “X25 və “X18” ilə şəxsiyyət vəsiqəsindəki X17” və JN-023A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X16 ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” adları arasında uygunsuzluyq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Birinci Aral kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 696289 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X27 xx.xx.2014-ci ildə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verilmiş xx.xx.1983-ci il tarixli İİİ-ЖГ 277249 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X27 ilə Maraqlı şəxs1 xx.xx.1983-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 14 dekabr 1998-ci il tarixli 21 saylı “Torpağa mülkiyyət hüququna dair” JN:156 saylı (kod ********) dövlət aktına əsasən X27, Maraqlı şəxs1, X20, Ərizəçi1, X21 və X10 Ağdaş rayon Aral Bir kəndində 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 14 dekabr 1998-ci il tarixli 21 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” JN:023A saylı (kod ********) şəhadətnaməyə əsasən X27, X19, X25, X16, X21 və X11 Ağdaş rayon Aral Bir kəndində 0.30 hektar həyətyanl torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Aqrar islahat Komissiyasının xx.xx.1998-cı il tarixli 21 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN:156 saylı (kod ********) dövlət aktına əsasən X27, Maraqlı şəxs1, X20, Ərizəçi1, X21 və X10 Ağdaş rayon Aral Bir kəndində 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə“Torpağın mülkiyyətə verilməsinə dair” JN:023A saylı (kod ********) şəhadətnaməyə əsasən X27, X19, X25, X16, X21 və X11 Ağdaş rayon Aral Bir kəndində 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə və dövlət aktında səhvə yol verilərək X25 əvəzinə səhvən X20, Ərizəçi1 əvəzinə səhvən X16, X17 əvəzinə səhvən X18 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X27, Maraqlı şəxs1, X20, Ərizəçi1, X21 və X4 mülkiyyətinə verilmiş Ağdaş rayon Aral Bir kəndində 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN:156 saylı (kod ********) dövlət aktının və X27, X19, X25, X16, X21 və X6 mülkiyyətinə verilmiş Ağdaş rayon Aral Bir kəndində 0.30 hektar həyətyanı torpaq sahəsi dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN:023A saylı (kod ********) şəhadətnamənin X27, Maraqlı şəxs1, X21, Ərizəçi1, X22 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar