Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-734/2023 18.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 30 mart 1998-ci il tarixli 7 saylı qərarına 4,58 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0009 KOD 90304048 saylı torpağa mülkiyyət hüquqna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək onun adı səhv yazılmışdır. Belə ki, onun adı Ərizəçi olduğu halda X2 qeyd edilmişdir. Bacısı Maraqlı şəxs3 17 avqust 2000-ci ildə X19 ilə nikah bağladıqdan sonra Həmidova soyadını götürmüşdür. X1 25 iyun 2015-ci il də ürəyin dayanması nəticəsində ölmüşdür. X5 01 iyul 2013-cü ildə Miokardın işemiyası nəticəsində ölmüşdür. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Göstərilənlərə əsasən ünvan 1i ərazisində yerləşən 4,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X8 və X9 adına ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0009 KOD 90304048 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin atasının adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X27 və X23 da özlərindən əvvəl ifadə vermiş şahid X17 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0009 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 və ailə üzvləri X20, X8, Maraqlı şəxs1, X6 və X3 Ağdaş rayonu, Davudlu kəndindən 4,58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21- 3-35/2-İ-0017-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/068175-23 saylı arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X12, qızı X10 və oğlu X7 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/080915-23 saylı arayışdan görünür ki, Maraqlı şəxs2 ailə tərkibi arvadı X20 (vəfat edib), oğlu X8 (vəfat edib), qızı X13, oğlu Maraqlı şəxs1, oğlu Ərizəçi və qızı Maraqlı şəxs3 ibarətdir. İşin materiallarında olan Qülbəndə kənd sovetliyi tərəfindən verilmiş 31 oktyabr 1977-ci il tarixli, V-ЖГ № 316224 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə ünvan 1ində anadan olmuş, atası Maraqlı şəxs2, X5dır. İşin materiallarında olan Ağdaş rayon Binələr kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2009-cu il tarixli, AZ-İ № 498575 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X24 11 iyun 2009-cu ildə nikahlarını akt qeydləri kitabında 04 nömrə ilə qeydə aldırmışlar. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2000-ci il tarixli, Vİ-ЖГ № 413273 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X4 17 iyul 2000-ci ildə nikahlarını akt qeydləri kitabında 71 nömrə ilə qeydə aldırmışlar. X4 Həmidova soyadını götürmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 123 saylı ölüm haqqında arayışdan görünür ki, X20 01 iyul 2013-cü ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2015-ci il tarixli, AZ-İ № 757514 saylı ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 17 iyun 2015-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə ünvan 1ində anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 30 mart 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-0009 saylı (kod ********) Dövlət Aktında texniki səhv olaraq ərizəçinin adı “Nofəl” əvəzinə “Növhər” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 07 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN- 0009 saylı (kod ********) Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X8 və X15 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 07 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0009 saylı (kod ********) Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X8 və X15 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-734/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-734/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver