Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-739/2021 05.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs X22,X34, X17,X25,X12,X18 və Ağdaş rayonu Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması və mirasın qəbul edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs X22,X34, X17,X25,X12,X18 və Ağdaş rayonu Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 dekabr 2019-cu ildə Ağdaş rayonunun Abad kəndində ölmüş mərhum anam X7 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonunun Abad kəndində miras qalmış ümumi birgə mülkiyyətdə olan 0.32 hektar həyətyanı torpaq sahəsinin ona çatası ½ hissəsinin, yəni 0.16 hektarının tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum valideynləri X46 oğlu ilə X19 1961-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Nikahlarını 12 oktyabr 1963-cü ildə Ağdaş rayon Qaradeyn kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Onlar ailə qurduqdan sonra Ağdaş rayonu Abad kəndi ərazisində qanuni istifadələrində olan 0.32 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Onların birgə nikahlarından 1962-ci ildə X9, 1963-cü ildə X22, 1964-cü ildə Zinharov Rəsul Turen oğlu, 1966-cı ildə Zinharova (Abbasova) Hürüyyət Turen qızı, 1967ci ildə X34, 1968-ci ildə X17, 1969-cu ildə Zinharova (Həşimova) Ziyafət Turen qızı, 1970ci ildə X27, 1972-ci ildə mən- İddiaçı, 1973-cü ildə X35, 1974-cü ildə X13 və 1975-ci ildə Cavabdeh2 anadan olmuşdur. 18.09.1962-ci il təvəllüdlü bacısı X9 30.09.1963-cü ildə, 08.06.1973-cü il təvəllüdlü qardaşı X35 19.10.1992-ci ildə və 21.08.1974-cü il təvəllüdlü bacısı X13 isə 31.03.1975-ci ildə vəfat etmişdir. Vəfat etmiş həmin bacı və qardaşları ailəli olmamışlar. Onların ölən günə şəxsi miras əmlakları olmamışdır və vərəsələri valideynləri olmuşdur. Üçüncü şəxs 1966-cı il təvəllüdlü X9 25 noyabr 1985-ci ildə Bərdə rayon sakini X28 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və nikah bağlandıqdan sonra “Abbasova” soyadını qəbul etmişdir. Cavabdeh X14 1988-ci ildə həmkəndlisi X29 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və nikah bağlandıqdan sonra “Həşimova” soyadını qəbul etmişdir. X6 25.12.1999-cu ildə Ağdaş rayonunun Abad kəndində vəfat etmişdir. Ölən günə mərhum anası, o, cavabdehlər və ücüncü şəxslər qanun üzrə vərəsələri olmuşdur. Ağdaş rayon X8 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə istifadəsində olan 0.32 hektar həyətyanı torpaq sahəsi mərhum X2nın və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmişdir və bu barədə adlarına 26.08.2005-ci ildə kitabda 2/3095 nömrə ilə qeydə alınmış JN – 006A kod 90300028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Təqribən 20 il bundan əvvəl mərhum atası sağlığında həyətdə əlavə olaraq bir mərtəbəli fərdi yaşayış evi tikdirmişdir və həmin evdə həmin vaxtdan faktiki olaraq o, ailə üzvləri ilə birlikdə yaşayır. İlk dəfə tikilən evin texniki pasportu hazırlanaraq inventarlaşdırılaraq qeydə alınmışdır. Sonradan tikilən onun yaşadığı ev isə sənədləşdirilməmişdir. Torpaq sahəsi evlərə görə hələ valideynlərinin sağlığında bölünmüşdür. Mərhum anası Cavabdeh2la birlikdə həyətdə birinci tikilən iki otaqlı evdə yaşamışdır. Cavabdeh2 2016-cı ildə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək həbs olunmuşdur. Anası xəstələndiyindən və ona qulluq edən olmadığına görə o, anasını öz yaşadığı evə gətirərək ölən günə kimi faktiki olaraq onunla birlikdə yaşayaraq ona qulluq etmişdir və təsərrüfatını idarə etmişdir. X2 20.12.2019-cu ildə Ağdaş rayonunun Abad kəndində vəfat etmişdir. Ölən günə o, cavabdehlər və üçüncü şəxslərdən ibarət qanun üzrə vərəsələri qalmışdır. Anası ölən günə hər hansı formada vəsiyyətnamə qoymamışdır. Cavabdeh2 2020-ci ildə şərti olaraq vaxtından əvvəl cəzadan azad olmuşdur. Cəzadan azad olunandan sonra öz yaşadığı evə qayıdaraq orada yaşayır. Mərhum anasının ölümündən sonra ondan miras qalmış daşınar və daşınmaz əmlakını, o cümlədən Cavabdeh2la birgə mülkiyyətlərinə verilmiş 0.32 hektar torpaq sahəsinin ona çatası ½ hisssə, yəni 0.16 hektarını faktiki olaraq o, qəbul etmiş və bu günə kimi təyinatı üzrə özüm istifadə edir. Bununla da o, mərhum anasının ölümündən sonra ondan miras qalmış 0.32 hektar həyətyanı torpaq sahəsinin ona çatası ½ hissəsini, yəni 0.16 hektarını miras əmlak kimi tərəfindən faktiki olaraq qəbul edilməsini nümayiş etdirmişdir. Lakin cavabdehlər ilə münasibətləri soyuq olduğuna görə könülllü olaraq notariat kontoruna gələrək mərhum anasından miras qalmış 0.16 hektar torpaq sahəsini faktiki olaraq tərəfindən qəbul edildiyini bildirməmişdir. Miras qalmış həmin əmlakla əlaqədarq mövqelərini qanunla müəyyən olunmuş qaydada və müddətdə aidiyyati üzrə müraciət etməmişlər. Halbuki, digər bacı və qardaşları olan üçüncü şəxslər həmin miras əmlakın faktiki olaraq tərəfindən qəbul edilməsini etiraf və təsdiq edirlər. O, anasının ölümündən sonra ondan miras qalmış qeyd edilən torpaq sahəsinə vərəsəlik işi açılması üçün Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Mirasın qəbulu ilə əlaqədar cavabdehlərlə aralarında ixtilaflar olduğuna görə və eləcə də mirasın qəbulu üçün müəyyən olunmuş müddət tərəfindən buraxıldığına görə vərəsəlik işi açılmamış, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhz yuxarıda qeyd etdiyim səbəblərdən qanun üzrə vərəsə kimi tərəfindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Hesab edir ki, anasının ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı, mərhum anasının ölümündən sonra Ağdaş rayonunun Abad kəndində ondan miras qalmış birgə mülkiyyətdə olan 0.32 hektar həyətyanı torpaq sahəsinin ona çatası ½ hissəsini, yəni 0.16 hektarın tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X19 və Cavabdeh2 mülkiyyətinə verilmiş 0,32 ha torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur.Həmin evlər bir-biri ilə hasarla ayrılmışdır. Evlərdən birində o və ailəsi,digərində isə Cavabdeh2 və ailəsi yaşayır. Evlərin ayrıca girişçıxışı mövcuddur. Onun yaşadığı ev mərhum anasından qalmışdır. Qeyd edir ki, o,dənizçi işləyir və işi ilə əlaqəli Bakı şəhərində qeydiyyatda olsa da,faktik olaraq Ağdaş rayonunda anasından miras qalmış evdə yaşayır. Uşaqları Ağdaş rayonundan məktəbə gedirlər. Nəzərə çatdırmaq istəyir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin anasına düşən hissəsi onun tərəfindən miras əmlak kimi faktik olaraq qəbul edilmişdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. 3-cü şəxslər X25,X12 və X27 məhkəməyə ərizə göndərərək mərhum anaları X7 ölümündən sonra ondan miras qalmış 0,16 hektar torpaq sahəsi tərəflərindən qəbul edilmədiyini bildirərək, miras əmlakdan qardaşları İddiaçı xeyrinə imtina etdiyini bildirərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərinin bildirərək, iddianı qəbul etdiklərini bildirərək, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxs X34 18 mart 2021-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddianı etiraf edərək bildirmişdi ki, iddiaçı onun qardaşıdır, mərhum anaları X7 ölümündən sonra ondan miras qalmış 0,16 hektar torpaq sahəsi tərəfindən qəbul edilməmişdir, həmin miras əmlak olan 0,16 hektar torpaq sahəsi üzərində iddiaçı sahiblik etmiş, həmçinin miras əmlakı faktik olaraq qəbul etmişdir.Odur ki,o,öz miras payından iddiaçının xeyrinə imtina edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına hər hansı bir etiraz yoxdur. 3-cü şəxs X17 və X23 18 mart 2021-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddianı etiraf edərək X20 izahatına uyğun izaht verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid Eminə Zinharova məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur.Qeyd etmək istəyir ki, X4 miras qalmış Ağdaş rayonu,Abad kəndində yerləşən 0,16 hektar torpaq sahəsi üzərində X7 vəfatından sonra mirası İddiaçı qəbul etmiş və miras üzərində o, sahiblik edir. Qeyd edir ki, hələ iddiaçının valideynlərinin sağlığında iddiaçının və cavabdehlərin yaşadığı evlərin yerləşdiyi torpaq sahələri hasarla ayrılmışdır. Odur ki, iddiaçı mərhum anasından miras qalmış 0,16 hektar torpaq sahəsini miras olaraq qəbul etmişdir, hazırda iddiaçı və ailəsi həmin torpaq sahəsində yerləşən evdə yaşayır. İş üzrə şahid Şəlalə Rəşidova məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı qonşusudur. Qeyd etmək istəyir ki, X4 miras qalmış Ağdaş rayonu, Abad kəndində yerləşən 0,16 hektar torpaq sahəsini miras əmlak kimi iddiaçı qəbul etmişdir. Belə ki, hələ tərəflərin valideynlərinin sağlığı dövründə evlərin yerləşdiyi torpaq sahələri hasarla ayrılmışdır. Odur ki, torpaq sahəsinin bir hissəsində yerləşən evdə iddiaçı və ailəsi, digər hissəsində yerləşən evdə isə cavabdeh və ailəsi yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-006A, KOD90300028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayonu,Abad kəndində yerləşən 0,32 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli qərarı ilə X19 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon Notariat ofisinin 03 noyabr 2020-ci il tarixli notariat əməliyyatı aparılmasından 631 nömrəli imtina məktuundan görünür ki, X4 miras qalmış Ağdaş rayonu, Abad kəndində yerləşən 0,16 hektar torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1972-ci ildə anadan olmuş İddiaçı valideynləri X30 və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X21 atası X30 və X2 vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Abad kənd İƏD üzrə nümayəndəliyinin 19 oktyabr 2020-ci il tarixli 320 saylı arayışından görünür ki, X19 ölən günə kimi Ağdaş rayonu,Abad kəndində Cavabdeh2 ilə birgə yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Abad kənd İƏD üzrə nümayəndəliyinin 19 oktyabr 2020-ci il tarixli 318 saylı arayışından görünür ki, X19 ölən günə kimi Ağdaş rayonu,Abad kəndində yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Abad kənd İƏD üzrə nümayəndəliyinin 19 oktyabr 2020-ci il tarixli 319 saylı arayışından görünür ki, X7 aşağıdakı tərkibdə vərəsə dairəsi vardır: İddiaçı,Cavabdeh1,Cavabdeh2, X22,X34, X17,X25,X12,X27. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X15 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış və müəyyən edilmişdir ki, onun həyat yoldaşı X19 olmuş və vəfat etmişdir. Övladları isə İddiaçı,Cavabdeh1,Cavabdeh2, X22,X34, X17,X25,X12,X1,X54 oğlu,X13 və X9 isə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X27,X25,25 mart 1966-cı ildə anadan olmuş X9,X17,X34 və X11 valideynləri X30 və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X9 25 noyabr 1985-ci ildə evlənərək ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış və müəyyən edilmişdir ki, onun həyat yoldaşı X26 olmuş və vəfat etmişdir. Övladları isə İddiaçı,Cavabdeh1,Cavabdeh2, X22,X34, X17,X25,X12,X1,X54 oğlu,X13 və X9 isə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında arayışdan görünür ki, X26 ilə X24 12 oktyabr 1963-cü ildə ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin Zinharova soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X26 25 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X19 20 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 18 sentyabr 1962-ci ildə anadan olmuş X3 valideynləri X31 və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X9 30 sentyabr 1963-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 21 avqust 1974-cü ildə anadan olmuş X5 valideynləri X31 və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X13 31 mart 1975-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 08 iyun 1973-cü ildə anadan olmuş X16 valideynləri X31 və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X32 19 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə icasında araşdırılmış sübutlar,dindirilmiş şahid ifadələri və tərəflərin izahatları əsasında müəyyən olundu ki, Ağdaş rayonu,Abad kəndində yerləşən 0,32 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli qərarı ilə X19 və Cavabdeh2 mülkiyyətinə verilmişdir, qanunvericiliyin tələbinə görə paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Belə olan halda mərhum X7 payına 0,16 hektar torpaq sahəsi düşür. İddiaçının izahatından və şahid ifadələrindən məlum olur ki, mərhumun payına düşən torpaq sahəsi hasarla ayrılmışdır və həmin torpaq sahəsində yerləşən evin ayrıca giriş-çıxışı mövcuddur. Həmçinin məhkəmə iclasında araşdırılmış sübutlar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı işi ilə əlaqədar Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq mərhum anasından miras qalmış 0,16 torpaq sahəsində yerləşən evdə ailəsi ilə birgə yaşayır.Həmçinin uşaqları Ağdaş rayonunda məktəbə gedirlər. X7 vəfatından sonra ondan miras qalmış 0,16 hektar torpaq sahəsini iddiaçı qəbul etmiş,həmin miras əmlaka sahiblik etmişdir. Odur ki, məhkəmə hesab edir ki, X7 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı, iddiaçı tərəfindən Ağdaş rayon Abad kəndində yerləşən 0,32 hektar torpaq sahəsinin mərhum X7 payına düşən 0,16 hektar torpaq sahəsinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən oldunduğu üçün iddia təmin edilməli,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 20 dekabr 2019-cu il tarixdə vəfat etmiş X7 ölümündən sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılsın və JN-006A, KOD90300028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X19 və Cavabdeh2 mülkiyyətinə verilmiş 0,32 hektar torpaq sahəsinin mərhum X7 payına düşən 0,16 hektar hissəsi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-739/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-739/2021
05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver