Məhkəmə qərarları › İş №2(014)-740/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-740/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-740/2023 15.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə X4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X5 adına JN-0073, KOD 90318048 saylı torpağın mülkiyyət hüququna dair “Dövlət Aktı”na əsasən ünvan 1ində yerləşən 2,97 ha torpaq sahəsi, bundan başqa Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə X4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X5 adına JN-031B, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə əsasən ünvan 1ində yerləşən 0,30 ha torpaq sahəsi və bundan başqa Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı X4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X5 adına JN- 031A, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə əsasən ünvan 1ində yerləşən 0,22 ha torpaq sahəsi verilmişdir. Belə ki, JN-0073, KOD 90318048 saylı torpağın mülkiyyət hüququna dair “Dövlət Aktı”nda Ərizəçi1 adının son hərifi səhvən X4, JN-031B, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”də və JN-031A, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”də Ərizəçi1 adının son hərifi səhvən X4, Ərizəçi2 adı səhvən X2 qeyd edilmişdir. JN-0073, KOD 90318048 saylı torpağın mülkiyyət hüququna dair “Dövlət Aktı”na, JN-031B, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə və JN-031A, KOD 90318048 torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə düzəliş edilməsi barədə yəni, X1 Ərizəçi1 kimi qeyd edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Dövlət aktında qeyd edilən yalnışlığa düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 ərizənin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslər Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçilərlə həmkəndlidirlər. Ərizəçilərin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da özündən əvvəl ifadə vermiş şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0073 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs2 və ailə üzvləri Ərizəçi2, Maraqlı şəxs4, Maraqlı şəxs3 və X3 ünvan 1indən 2,997 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-031A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 və ailə üzvləri Mehdiyeva rradə Sovet qızı, Maraqlı şəxs4, Maraqlı şəxs3 və X3 ünvan 1indən 0,22 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-031B nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 və ailə üzvləri Mehdiyeva rradə Sovet qızı, Maraqlı şəxs4, Maraqlı şəxs3 və X3 ünvan 1indən 0,30 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Şəmsabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, AZ-T № 215248 saylı doğum haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü il tarixdə ünvan 1ində anadan olmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi2dır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********84 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan ASAN-MİNGƏÇEVİR tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü il tarixdə ünvan 1ində anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 0******* saylı saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı il tarixdə Ağdaş rayonunda anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 aprel 1999-cu il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-0073 saylı (kod ********) Dövlət Aktında texniki səhv olaraq Ərizəçi1 adı “Nihad” əvəzinə “Nihan” kimi, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 20 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-031A saylı (kod ********) və JN-031B saylı (kod ********) Şəhadətnamədə texniki səhv olaraq Ərizəçi1 adı “Nihad” əvəzinə “Nihan” kimi, Ərizəçi2 adı “İradə” əvəzinə “Radə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə olan adları onların şəxsiyyətini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0073 saylı (kod ********) Dövlət Aktının, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-031A saylı (KOD ********) və JN-031B saylı (kod ********) Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0073 saylı (kod ********) Dövlət Aktının, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-031A saylı (kod ********) və JN- 031B saylı (kod ********) Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar