Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-752/2023 18.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi2 Şıxməməd qızının, Maraqlı şəxs2 Salman oğlunun iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Şıxməməd qızının maraqlı şəxslər Maraqlı şəxs2 Salman oğlu, Maraqlı şəxs3 Salman qızı, Maraqlı şəxs4 Salman qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Şıxməməd qızının maraqlı şəxslər Maraqlı şəxs2 Salman oğlu, Maraqlı şəxs3 Salman qızı, Maraqlı şəxs4 Salman qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Ağdaş rayonu, Ərəb kəndində Maraqlı şəxs2 Salman oğlu və ailə üzvlərinə JN-352, KOD 90312038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2,65 ha torpaq sahəsi verilmişdir. X19 əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə müraciət edərək Çıxarış alarkən məlum olmuşdur ki, aktın 2-ci adlı siyahısında Ərizəçi2 ata adı səhvən Ərizəçi2 Məhəmməd qızı, 3-cü adlı siyahısında Ərizəçi1 ata adı səhvən Ərizəçi1 Aslan oğlu kimiq qeyd edilmişdir. Belə ki, doğum haqqında, nikah haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqəsində onların Ərizəçi2 və Ərizəçi1 olmaları qeyd edilmişdir. Akta düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə müraciət etsələr də X19na düzəliş edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, JN-352, KOD 90312038 torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən Ərizəçi1 Aslan oğlunun, Maraqlı şəxs2 Salman oğlunun, Ərizəçi2 Məhəmməd qızının, Maraqlı şəxs3 Salman qızının, X3 adına verilmiş Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə 2,65 ha torpaq sahəsinə dair JN-352, KOD 90312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Maraqlı şəxs2 Salman oğlu, Ərizəçi2, Əliyeva (Lətifova) Südabə Salman qızı, Əliyeva (Məmmədova) Aygün Salman qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş X6, Ərizəçi2 Məhəmməd qızının, Ərizəçi1 Aslan oğlunun, X2, X3 və Maraqlı şəxs2 Salman oğlunun adına verilmiş Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə 2,65 ha torpaq sahəsinə dair JN-352, KOD 90312038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının xx.xx.2008-ci il tarixdə vəfat etmiş X7, Ərizəçi2, Ərizəçi1, Əliyeva (Lətifova) Südabə Salman qızına, Əliyeva (Məmmədova) Aygün Salman qızına və Maraqlı şəxs2 Salman oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 Salman oğlu ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Ərizəçi1, maraqlı şəxslər Maraqlı şəxs3 Salman qızı, Maraqlı şəxs4 Salman qızı və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Ərizəçi1, maraqlı şəxslər Maraqlı şəxs3 Salman qızı, Maraqlı şəxs4 Salman qızı və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi2 və maraqlı şəxs Ərizəçi1 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşularıdır. Ərizəçinin atasının və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 da özündən əvvəl ifadə vermiş şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-352 nömrəli (kod ********) olan torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X7 Ağdaş rayonu, Ərəb kəndindən 2,65 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust.2022-ci il tarixli, № **********05 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 197 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Ərəb kəndində yaşamış mərhum X6 ailə tərkibi arvadı Ərizəçi2, oğulları Ərizəçi1, Maraqlı şəxs2 Salman oğlu, qızları Maraqlı şəxs3 Salman qızı və Maraqlı şəxs4 Salman qızından ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3 dekabr 1959-cü il tarixli, İ-ИЕ № 882462 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 17 avqust 1957-ci il tarixdə Ağdaş rayonu, Ərəb kəndində anadan olmuşdur, atası X9, anası X5r. İşin materiallarında olan Ağdaş rayon Ərəb kənd icra nümayəndəliyi tərəfindən verilmiş 31 dekabr 1983-cü il tarixli, İX-ЖГ № 426359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1983-cü il tarixdə Ağdaş rayonu, Ərəb kəndində anadan olmuşdur, atası X10, anası Ərizəçi2 Şıxməməd qızıdır. İşin materiallarında olan Ağdaş rayon Ərəb kənd icra nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2009-cu il tarixli, AZ-İ № 525147 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X4 arasında 17 sentyabr 2009-cu ildə rəsmi nikah bağlanmışdır. İşin materiallarında olan Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş 21 fevral 1983-cü il tarixli, İİİ-ЖГ № 277403 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi2 arasında 21 dekabr 1983-cü ildə rəsmi nikah bağlanmışdır. İşin materiallarında olan Ağdaş rayon Ərəb kən icra nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2009-cu il tarixli, AZ-İ № 343317 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 29 dekabr 2008-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında Ərizəçi2 Şıxməməd qızının, Maraqlı şəxs2 Salman oğlunun izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 04 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-352 saylı (kod ********) Dövlət Aktında texniki səhv olaraq Ərizəçi2 Şıxməməd qızının ata adı “Şıxməmməd” əvəzinə “Məhəmməd” kimi, Ərizəçi1 ata adı “Salman” əvəzinə “Aslan” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları onların şəxsiyyətini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 04 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-352 saylı (kod ********) Dövlət X1, Ərizəçi2, Ərizəçi1, Əliyeva (Lətifova) Südabə Salman qızına, Əliyeva (Məmmədova) Aygün Salman qızına və Maraqlı şəxs2 Salman oğluna məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Şıxməməd qızının maraqlı şəxslər Maraqlı şəxs2 Salman oğlu, Maraqlı şəxs3 Salman qızı, Maraqlı şəxs4 Salman qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 04 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-352 saylı (kod ********) Dövlət X1, Ərizəçi2, Ərizəçi1, Əliyeva (Lətifova) Südabə Salman qızına, Əliyeva (Məmmədova) Aygün Salman qızına və Maraqlı şəxs2 Salman oğluna məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-752/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-752/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver