Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-755/2020 25.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh «Cavabdeh” İB-in nümayəndəsi V.Heydərovun iştirakı ilə İddiaçı «Cavabdeh” İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun abonent koduna vurulmuş 363,60 manat cərimə borcunun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh orqan X4 Sahəsi ilə qardaşı arasında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmişlər, sərf etdikləri təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında cavabdeh orqanın hesabına ödəmişdir. Bildirir ki, «Cavabdeh” İB-in əməkdaşları xx xxxxx 2019-cu il tarixdə yaşayış evinə quraşdırılmış, (sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır) qaz sayğacına baxış keçirmiş, sayğacın ekranından şübhələndiklərindən həmin sayğacı çıxararaq yenisi ilə əvəz edərək bu barədə akt tərtib etmişlər. Sonradan cavabdeh orqan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxxxx 2019-cu il tarixli akt tərtib edilmiş və həmin akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. Həmin aktlarla razı deyildir, belə ki, həmin sayğac evinin həyətindən kənarda yerləşdiyi yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə qardaşı, nə o, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Qeyd edir ki, qardaşının abonent koduna cərimə yazıldıqdan sonra o, ərizə ilə müraciət edərək abonent kimi qeydiyyatdan keçirilməsini istəmiş, qaz sənədləşməsini öz adına keçirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh «Cavabdeh” İB-in nümayəndəsi Vüsal Heydərov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, aktlar Araz Yusibovun adınadır. «Cavabdeh” İB ilə hüquqi münasibətlər daha öncə iddiaçının qardaşı olan Araz Yusibov arasında yaranmışdır. Daha sonra Araz Yusibovun abonent kodu altında AGİS abonent bazasında iddiaçı qeydiyyata alınmışdır. Cavabdeh İB-in X2 X1 Xidmət Sahəsinin əməkdaşları iddiaçının qardaşına məxsus ünvanda yerləşən fərdi yaşayış evindən kənarda yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmayan məişət qaz sayğacına baxış keçirən zaman sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün açaraq götürmüşlər. Bununla bağlı xx xxxxx 2019-cu il tarixdə akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, ARDNŞ-nin İTRİ tərəfindən tərtib edilmiş Akta əsasən kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən idiaçının (abonentin) qardaşı Araz Yusibov mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Zaqatala RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən iddiaçı abonent bazasında qardaşı Araz Yusibovun abonent kodu altında qeydiyyata alındığı üçün Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək iddiaçının Ağdaş XS-in abonent bazasındakı **********02100 nömrəli abonent koduna 363,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 363,60 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Müdaxilə olunma ehtimalı ilə açılan qaz sayğacı ilə yerinə qurraşdırılmış yeni qaz sayğacı arasında təbii qaz sərfiyyatı arasındakı fərqə baxdıqda iddiaçının qaz sayğacına müdaxilədən xəbərdar olması aydın görünür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən Araz Yusibovun yaşayış evinə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın ekranının şübhəli olması aşkar edilmiş, növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün Elster tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı dəyişdirilərək elster tipli, G-4 markalı qaz sayğacı ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Araz Yusibovun yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan Elster-G4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. İş materiallarına əlavə edilmiş Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Aktın surətindən görünür ki, X3 XS-nin abonent bazasındakı **********02100 nömrəli abonent koduna 3636 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2019-cu ilə görə 363,60 manat borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********02100 kodu altında qeydiyyatda olan iddiaçının qardaşı Araz Yusibov qardaşı ilə birgə yaşamışdır, iddaçı hazırda qardaşına məxsus olmuş həmin yaşayış evində yaşayır, iddiaçı qaz sənədləşməsini öz adına keçirtmiş, beləliklə **********02100 kodu altında hazırda İddiaçı qeydiyyatdadır, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda həyətin küçə tərəfində qurraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçının qardaşına ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. **********02100 kodu altında qaz abonenti kimi qeydiyyata düşmüşdür, odur ki, cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akta əsasən iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə yazılmış 363,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Odur ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akta əsasən əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 363,60 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-in X2 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxxxx 2019-cu il tarixli akta əsasən əsassız hesablanaraq İddiaçı **********02100 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 363,60 manat (üç yüz altmış üç manat altmış qəpik) borc silinsin. Cavabdeh İB-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-755/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-755/2020
25.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver