Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-77/2025 03.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7 və X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu X6 sədri Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7, X3, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş rayonu X4rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7, X3, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş rayonu X4rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ata və anaları Ağdaş rayonu, Yuxarı Ləki qəbiristanlığında dəfn olunmuşlar. Onlar tez-tez, vaxtaşırı həmin qəbiristanlıqda yerləşən ata və anasının qəbirlərini ziyarət edirlər. Onlar həmişə ziyarətə gedəndə ata və anasının qəbirlərinə gedən 4 metr enində maşın yolu ilə gedirlər. Lakin onlar bir müddət qəbiristanlığa gedə bilməmişlər. Bu yaxınlarda onlar qəbiristanlığa gedib ziyarət etmək istəyəndə görmüşlər ki, cavabdeh qəbiristanlığın maşın yolunu zəbt edib və düz yolun üstündə 4 metr enində, 6 metr uzunluğunda qəbir yeri götürüb oranı iki daş hündürlüyündə qanusuz olaraq hasarlamış və orada milliyətcə erməni olan X5 xx.xx.2024cü il tarixdə basdırmışdır. Beləliklə də həmin qəbir və əlavə edilmiş qəbirüstü tikililər onların valideynlərinin qəbirlərinə gedən maşın və piyada yolunu tamamilə bağlamışdır. Yol bağlandığı üçün onlar valideynlərinin qəbrini gedib ziyarət edə bilmirlər. Bununla bağlı onlar hüquq mühafizə orqanlarına, bələdiyyəyə şikayət etmişlər. Lakin oradan onlara məktubla bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsi ilə mümkündür. Ona görə də hesab edirlər ki, cavabdeh tərəfindən zəbt olunmuş qəbiristanlığın maşın və piyada yolu açılmalı, orada inşa etdiyi qanunsuz tikililər sökülməli və qəbir başqa yerə köçürülməlidir. Bu barədə əvvəlcə qanunsuz tikililərin sökülməsinə razılıq etməkdən imtina etmişdir. Belə olan halda onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən məhkəmədən, Cavabdeh2 tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kənd qəbiristanlığında maşın və piyada yolunun üzərində qanunsuz olaraq inşa etdiyi, eni 4 metr, uzunluğu 6 metr, hündürlüyü 0,50 sm özbaşına tikili hesab olunan qəbirüstü abidədən ibarət olan, habelə qəbiri əhatə edən daş hasarın sökülməsi, habelə orada basdırılan X2 qəbirinin və qəbir daşının sökülərək həmin qəbiristanlığın başqa yerinə köçürülməsi, söküntü işlərinin cavabdehin hesabına olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7 və X3 izahatlarında iddia tələbini qəbul etməyərək, qeyd edilən ərazidən rahatlıqla keçməyin mümkün olduğunu, lakin buna baxmayaraq qardaşları Rövşən tərəfindən həmin qəbirin ətrafına inşa edilmiş tikilinin mümkün olan qədər - yarıdan çox hissəsinin hazırkı işə baxıldığı müddətdə söküldüyünü, yəni iddiaçıların qohumlarının qəbirləri tərəfə gedən yolun genişləndiyini, buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 izahatında dini baxımdan qəbirin açılmasının istənilməyən hal olduğunu, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Ağdaş rayonu X6 sədri Nümayəndə2 izahatında Cavabdeh2 ilə sonuncu məhkəmə iclasından sonra əlaqə saxladığını, Rövşən isə ona qəbirin kənarını yarıdan çox, yəni ustanın deməsinə görə qəbirin dağılmaması üçün mümkün qədər azaltdığını, hazırda qəbirlər arasındakı məsafənin dar hissəsinin 80sm, enli hissəsinin isə 1 metr olduğunu demişdir. Qeyd etdiklərinə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə Ağdaş rayonu X6 sədri Nümayəndə2 tərəfindən verilmiş 34 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan İddiaçı1 ata və anası vəfat etdikdən sonra basdırıldıqları Ağdaş rayonu Yuxarı Ləki kənd qəbiristanlığında həmin qəbirlərə yaxın Ağdaş rayonu Yuxarı Ləki kənd sakini, milliyəti erməni olan mərhum X8 xx.xx.2024-cü il tarixdə basdırılmışdır. Həmin qəbir və əlavə olunmuş qəbirüstü tikililər İddiaçı1 valideynlərinin qəbirlərinə gedən piyada yolunu tamamilə bağlamışdır. İşin materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli ərazidə X2 qəbiri yerləşir, qəbirin ətrafı bəzək daşları ilə düzbücaqlı formada çərçivəyə alınmışdır. Eyni zamanda, qəbrin ayaq hissəsində gediş-gəliş yolu mövcuddur. Məhkəmə tərəfindən 14 noyabr 2024-cü il tarixdə tədqiqat obyektinə yerində baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ata və anasının Ağdaş rayonu Yuxarı Ləki kənd olan qəbirlərinə tərəf gedən yolda Cavabdeh2 tərəfindən anası X8 dəfn edilmiş və onun qəbirinin ətrafında keçid üçün məsafə üzbəüz digər 3 qəbirlərə münasibətdə müvafiq olaraq 44, 60 və 84 santimetrdir. Sonradan məhkəməyə 03 fevral 2025-ci il tarixdə təqdim edilmiş video görüntüdən görünür ki, X2 qəbrinin ayaq hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilidə qismən söküntü işləri aparılmaqla gediş-gəliş yolu genişləndirilmişdir, qəbirlər arası məsafə müvafiq olaraq 80 sm, 63 sm və 1 metr olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan iddiaçılar İddiaçı2 və İddiaçı1 ata və anası öldükdən sonra Ağdaş rayonu Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin qəbiristanlıqda iddiaçıların ata və anasının qəbirlərinə yaxın Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X8 dəfn edilmişdir. Hazırda iddiaçılar Cavabdeh2 tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kənd qəbiristanlığında maşın və piyada yolunun üzərində qanunsuz olaraq inşa etdiyi eni 4 metr, uzunluğu 6 metr, hündürlüyü 50 sm özbaşına tikili hesab olunan qəbirüstü abidədən ibarət olan, habelə qəbiri əhatə edən daş hasarın sökülməsi, habelə orada basdırılan X2 qəbirinin və qəbir daşının sökülərək həmin qəbiristanlığın başqa yerinə köçürülməsi, söküntü işlərinin cavabdehin hesabına olunmasını tələb edirlər. Eyni zamanda, məhkəmə tərəfindən mübahisəli əraziyə iddiaçıların, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 və Ağdaş rayonu X6 sədri Nümayəndə2 iştirakları ilə baxış keçirilməklə yerində müayinə aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 21.1-ci bəndinə əsasən dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Həmin Qaydaların 21.2-ci bəndinə əsasən ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. Qeyd olunan Qaydaların 21.3-cü bəndinə əsasən ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Göründüyü kimi hazırkı iş üzrə yalnız qəbirlər arası məsafələrə diqqət edilərsə, formal olaraq ilkin baxışdan qanunvericiliyin tələblərinə riayət edilməməsi halı müşahidə oluna bilər. Lakin həm məhkəmə tərəfindən baxış keçirilərkən, həm sonradan məhkəməyə təqdim edilmiş görüntülərdən müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıların valideynlərinin qəbirlərinə tamamilə keçid mümkündür. Hətta həmin sahə cavabdeh tərəfindən sonradan daha da genişləndirilmişdir. Bundan başqa, məhkəmə tərəfindən qəbiristanlığa baxış keçirilərkən o da müəyyən edilmişdir ki, qəbiristanlıqda bütün qəbirlər arasında müxtəlif məsafələr vardır, heç bir qəbirlər paralel olaraq eyni məsafədə inşa edilməmişdir. Hazırkı iş üzrə cavabdehin anasının qəbirinin qarşısında olan 3 qəbirin hər birinə münasibətdə müxtəlif məsafələrdə olmağı da bunu bir daha təsdiq edir. Belə olan halda isə yolun daralmasına da səbəbin məhz cavabdehin anasını düzgün yerdə dəfn etməməsi, yoxsa onunla üzbəüz olan qəbirin düzgün inşa edilməməsinin səbəb olmasını müəyyənləşdirmək mümkün deyil. Lakin bütün hallarda o da aşkar surətdə görünür ki, faktiki olaraq iddiaçıların valideynlərinin qəbirlərinə insanların keçidi üçün yol kifayət qədər keçilməsi mümkündür. Belə olan halda isə iddiaçıların heç bir xüsusi zərurət olmadan, iddiaçıların tələbləri ilə mövcud vəziyyətin mütənasibliyi müqayisə edilərsə, bu aşkar surətdə hüquqdan suiistifadə kimi qiymətləndirilməli, iddiaçılara heç bir faydası olmamaqla cavabdehə ziyan vurmaq niyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh2, 3cü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7, X3, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ağdaş rayonu X4rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3064657X7, X3, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ağdaş rayonu X4rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-77/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-77/2025
03.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver