Məhkəmə qərarları › İş №2(014)-774/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-774/2022

03.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-774/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı faktın müəyyən edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı faktın müəyyən edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon X14 xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Ağdaş rayonu Qolqəti kəndində X8, nənəsi X15, anası X6, qardaşı Cavabdeh4, X11 (şəhadətnamədə İddiaçı yazılmaq əvəzinə səhvən X11 yazılmışdır), əmisi oğlu Cavabdeh2 ümumbirgə mülkiyyət hüququ ilə 0,28 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi ayrılmış və onlara JN-265A kod 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan əlavə Ağdaş rayon X14 xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə Ağdaş rayonunun Qolqəti kəndində X20, nənəsi X15, anası X3, qardaşı Cavabdeh4 və özü X2 təsərrüfatı məhsullarının istehsalı üçün 3,69 ha pay torpaq sahəsi ayrılmış və onlara JN-265 kod 90321018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən onun adı mülkiyyətçilər siyahısında qeyd edilməmiş, əksinə heç bir hüququ olmayan X5 adı göstərilmişdir. X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. Əmisi vəfat etməmişdən qabaq ailəsi ilə ailə münasibətləri normal olmuş, aralarında heç bir münaqişə baş verməmişdir. Əmisi vəfat etdikdən sonra əmisi arvadı ilə faktiki olaraq ilk vaxtlar çox yaxşı münasibətləri olmuş, qohum kimi aralarındada heç bir narazılıq yaranmamışdır. Sonradan ona və ailəsinə məlum olmuşdur ki, Cavabdeh1 0,2801 ha həyətyanı torpaq sahəsini X28, X21, X9, Cavabdeh4, Cavabdeh1 (əslində İddiaçı olmalı idi), Cavabdeh2 adına qeydiyyata aldırmaqla qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Daha sonra vərəsəlik qaydasında mərhum X8nun və nənəsi X10 adına olan hissələri Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2V-405, 2V-406, 2V- 407, 2V-408 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Cavabdeh1 və Cavabdeh2 adına keçirilmiş, şəhadətnamələr əsasında qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrndən çıxarış qeydiyyata alınmışdır. Şəhadətnamədə İddiaçı yazılmalı olduğu halda texniki səhvə yol verilməsi səbəbindən Cavabdeh1 payçı olduğu qeyd etdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli ilkin çıxarış, bunun əsasında verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, ən sonda hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli çıxarış qanunauyğun deyildir. İslahat vaxtı adına həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının eyni tarixli (xx.xx.1997-ci il tarixli), eyni nömrəli (14 nömrəli) qərarla verilmişdir. İslahat vaxtı verilən torpaqların mülkiyyətçiləri eyni şəxslər olmuşlar. Eyni qərarda kənd təsərrüfatı təyinatı torpaq sahəsi onun, həyətyanı torpaq sahəsi isə əmisinin arvadı Cavabdeh1 adına verilmişdir. Eyni zamanda islahat vaxtı əmisinin arvadı Cavabdeh1 adına qeydiyyatda olduğu ata həyətində həyətyanı torpaq sahəsi və kəndin digər ərazisindən kənd təsərrüfatı torpaq sahəsi verilmişdir. Göstərilənlərə əsasən Ağdaş rayon X14 xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarında və JN-265A kod 90321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş “X11” adının İddiaçı olması faktının müəyyən edilməsi; buna müvafiq olaraq xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın həmin hissədə ləğv edilməsi, vərəsəlikdən sonra qeydiyyata alınmış qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrndən çıxarışın həmin hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinin adının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi olaraq düzəliş edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, islahat vaxtı ona, İddiaçı, X8na, nənəsi X18, anası X3, qardaşı Cavabdeh4 Ağdaş rayonu Qolqəti kəndində 0,28 ha həyətyanı və 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə müvafiq sənədlər, şəhadətnamə və dövlət aktı verilmişdir. Lakin 0,28 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsində texniki səhv olaraq onun, İddiaçı adı qeyd edilməmiş, səhv olaraq X5 adı və Cavabdeh2 adı qeyd edilmişdir. Həmin şəhadətnamədə onun İddiaçı adı qeyd edilməli olduğu halda X11 (doğru ad soyadı X22) kimi qeyd edilmişdir. Şəhadətnamədə yaranmış texniki səhvin aradan qaldırılmasına, onun İddiaçı adını şəhadətnaməyə əlavə edilməsini və X5 adınındakı yalnışlığı düzəldərək X4 qeyd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ünvanlayaraq, Ağdaş rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarında və JN-265A kod 90321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona - X12 məxsus olması faktının müəyyən edilməsi, buna müvafiq olaraq xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın həmin hissədə ləğv edilməsi, vərəsəlikdən sonra qeydiyyata alınmış qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın həmin hissədə ləğv edilməsi və xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V-405, vərəsəlik işinin nömrəsi V-220/2021 olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iddianın təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Dövlətstatkomunun xx.xx.1995-ci il tarixli, 30/11 saylı qərarı ilə təsdiq edilmiş təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, təsərrüfat üzvlərinin siyahısında X25 - A/başçısı, X28 – oğlu, X7 – gəlini, Cavabdeh4 – nəvəsi, İddiaçı – nəvəsi, X11 – gəlini, Cavabdeh2 – nəvəsi olmaqla qeydə alınmışlar. X11 və Cavabdeh2 təsərrüfat üzvlərinin siyahısına xx.xx.2000-ci il tarixində qeydə alınmışlar. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-265A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X28, X25, X7, Cavabdeh4, X11 və Cavabdeh2 Ağdaş rayonunun Qolqəti kəndindən 0,28 ha kənd fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, № **********97 saylı məktubundan görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan xx.xx.2021-cı il tarixli, ********** saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Qolqəti kəndindən yaşayış məntəqələrinin torpaqları üçün 0,2801 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, AA seriyalı, № 617685 saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Qolqəti kəndindən yaşayış məntəqələrinin torpaqları üçün 0,2801 ha torpaq sahəsi verilmişdir. Bundan başqa, vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirilməsinə dair hissədə toplanmış və işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-2044/2019 saylı qətnamənin surətindən görünür ki, ərizənin təmin edilməsi, 1934-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş Cavabdeh2 Şiralı oğlunun 01 mart 1994-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, **********405 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 vərəsəsi arvadı Cavabdeh1dır. Bu barədə reyestirdə 2V-405 №-ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, **********406 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 vərəsəsi oğlu X19r. Bu barədə reyestirdə 2V-406 №-ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, **********407 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 vərəsəsi arvadı Cavabdeh1dır. Bu barədə reyestirdə 2V-407 №-ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, **********408 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 vərəsəsi oğlu X19r. Bu barədə reyestirdə 2V-408 №-ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, X17 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Qolqəti kəndindən 0,2801 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, A seriyalı, № 411012 saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X17 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Qolqəti kəndindən 0,2801 ha torpaq sahəsi verilmişdir. Beləliklə, iş üzrə mübahisənin düzgün həll edilməsi üçün diqqət edilməlidir ki, mübahisənin predmetini Ağdaş rayon Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş JN-265 nömrəli torpaq sahəsi deyil, JN-265A nömrəli torpaq sahəsi təşkil edir. İddiaçı tələblərindən birincisi Ağdaş rayon Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı əsasında verilmiş JN-265A kod 90321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona - X12 məxsus olması faktının müəyyən edilməsidir. Lakin iddiaçı istinad etdiyi Ağdaş rayon Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarını (və ya bu qərar əsasında verilmiş dövlət aktını) məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə bağlı xx.xx.2006-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə isə X5 və Cavabdeh2 adları mövcud olmuşdur. İddiaçı həmin sənəddə qeyd olunmuş Gülşən adlı şəxsin əslində Ayşən olduğunu bildirsə də, işin halları ilə müəyyən edilir ki, Gülşən ayrı bir şəxsdir. Gülşənin ata adı və soyadı həmin sənəddə düzgün qeyd olunmadığından, sonradan müvafiq düzəliş aparılmışdır. İddiaçının adının qeyd olunan şəhadətnamədə olmaması isə Cavabdeh1 adının iddiaçının adı ilə əvəzləşdirilməsi və ya sənəddə Cavabdeh1 əslində İddiaçı olmasının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehlərin adları xx.xx.2000-ci il tarixdən həmin ərazidə yaşadıqları üçün sonradan verilmiş şəhadətnaməyə də daxil edilmişdir. Göründüyü kimi şəhadətnamə 2006-cı ildə verilmiş və işin materiallarında olan təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000-ci ildən həmin yerdə yaşadıqları üçün adları siyahıya daxil edilmişdir. İddiaçının digər tələbi xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V-405, vərəsəlik işinin nömrəsi V-220/2021 olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2V-405, 2V-406, 2V- 407, 2V-408 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 0,2801 ha torpaq sahəsinin X20 və X13 məxsus olan hissələrinə dair Cavabdeh1 ½ və Cavabdeh2 ½ olmaqla payları tanınmışdır. X1 Cavabdeh1 əri, Cavabdeh2 isə atası olmuşdur. Notarius haqlı olaraq bu hissədə onları birinci dərəcəli vərəsə kimi qəbul edərək paylarını tanımışdır. Digər hissədə isə X21 iddiaçının nənəsi, Cavabdeh1 qayınanası, Cavabdeh2 isə nənəsidir. İddiaçı hesab edir ki, nənəsinə aid hissədə onun da payı tanınmalı idi və buna görə də şəhadətnamələrin ləğvini xahiş edir. Məhkəmə iddiaçının hüquqlarına toxunan hissədə şəhadətnamələrə hüquqi qiymət verərək bildirir ki, iddiaçı belə tələb irəli sürərkən əvvəlcə nənəsindən qalan payın atası tərəfindən qəbul edilməsini məhkəmədə sübut etməli idi. Əksinə, işin halları ilə müəyyən edilir ki, iddiaçının atasının nə notarial qaydada, nə də faktiki olaraq miras əmlakı qəbul etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, iddiaçının atası X26 vəfat edən günədək başqa ünvanda, yəni ünvan 2 Məhkəmə onu da vurğulayır ki, iddiaçının nənəsi daha əvvəl vəfat etdiyindən, atası isə daha sonra vəfat etdiyinə görə iddiaçı atasının əvəzinə nənəsinin birinci dərəcəli vərəsəsi ola bilməz. İddiaçı digər iddia tələbləri, yəni xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın hissəvi ləğvi və vərəsəlikdən sonra qeydiyyata alınmış qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın hissəvi ləğvi ilə bağlı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-774/2022 saylı qərardadı ilə həmin hissələrdə iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı faktın müəyyən edilməsi və s. tələbinə dair iddiası faktın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissələrində qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi faktın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissələrində təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar