Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-780/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi2, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və X8 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və X19 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən 1,30 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-134 KOD 90314018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X2 01 fevral 2002-cı ildə ürək qan damar sisteminin çatmamazlığı səbəbindən vəfat etmişdir Anası isə X16 08 mart 2021-ci ildə dəqiqləşdirirməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Ərizəçi1 19 aprel 2019-cu ildə ailə həyatı qurub və Qafarzadə soyadı götürmüşdür. Ərizəçi2 2014-cu ildə ailə həyatı qurub və Şahmuradova soyadında qalmışdır. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək X4 yazılıb və X1 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yexlax Ərazi İdarəsində tam mülkiyvət hüququ əsasında adalarında qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Maraqlı orqan həmin buraxılmış yanlışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməkləri tövsiyvə olunmuşdur. Qeyd olunan sənədin məxsus olma faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində yerləşən 1,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9, X16, Maraqlı şəxs1, X20, X10 və Şahmuradova (Qafarzadə) Əfsanə Rəhim qızının ümumi birgə mülkiyyətinə verilməsinə dair sahəsi JN- 134 KOD - 314018 torpağa mülkiyyət hüququna dair dövlət aktının X11, X16, Maraqlı şəxs1, X20, X6 və X14 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görədə hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 ərizənin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçi X19 və digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçi Əfsanə Rəhim qızı və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadə verərək göstərdi ki, ərizəçilər onun həmkəndlisidir. Ərizəçinin ailəsinin və onların adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində Ərizəçi2 adı və soyadı səhv olaraq Səfərova Sədaqət kimi, X8 ata adı səhv olaraq Rəhimli kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərdi ki, ərizəçilərlə uzun illərdir ki yaxın qonşudur. Ərizəçilərin ailəsinin və onların adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində Ərizəçi2 adı və soyadı, X8 isə ata adı səhv yazılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********65 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, № 97 saylı arayışdan görünür ki, torpağa mülkiyyət huququna dair Dövlət aktında Ərizəçi2 adı və soyadı “Səfərova Səadət” əvəzinə “Səfərova Sədaqət” kimi, X3 ata adı “Rəhim” əvəzinə “Rəhimli” kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-134 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X9, X16, Maraqlı şəxs1, Maraqlı şəxs2, X10 və X5 Ağdaş rayonu, Nehrəxəlil kəndindən 1,30 ha kənd təsərrüfatə məhsullarının istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Nehrəxəlil kəndi ərazi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 04 mart 1997-ci il tarixli, JQ-Vİ seriyalı, № 382307 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 ilə X17 04 mart 1997-ci il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Şahmuradova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 08 fevral 2002-ci il tarixli, AZ seriyalı, № ******* saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 01 fevral 2002-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 mart 2021-ci il tarixli, AZ-İİ seriyalı, № 170258 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 09 mart 2021-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1971-ci ildə Ağdaş rayonunun, Nehrəxəlil kəndində anadan olmaqla, Ağdaş rayonunun Nehrəxəlil kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1977-ci ildə Ağdaş rayonunun, Nehrəxəlil kəndində anadan olmaqla, Ağdaş rayonunun Nehrəxəlil kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1973-cü ildə Ağdaş rayonunun, Nehrəxəlil kəndində anadan olmaqla, Ağdaş rayonunun Nehrəxəlil kəndində qeydiyyatdadır. İşin materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1995-ci ildə Ağdaş rayonunun, Nehrəxəlil kəndində anadan olmaqla, Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi2 adı və soyadı, X8 ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 22 aprerl 1999-cu il tarixli torpağa mülkiyyət huququna dair JN-134 saylı (kod ********) dövlət aktında texniki səhv olaraq “Ərizəçi2” əvəzinə “X10” kimi və “X12” əvəzinə “X7” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçlərin sənəddə göstərilən adı, soyadı və ata onlarn şəxsiyyətini təsdiq edən sənəddəki adı,soyadı və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN – 134 saylı (kod ********) dövlət aktının X9, X16, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2 və X14 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi2 və X8 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN – 134 saylı (kod ********) dövlət aktının X9, X16, Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2 və X14 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-780/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-780/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver