Məhkəmə qərarları › İş №2(014)-785/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-785/2025

04.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-785/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştrakları ilə, İddiaçı Nürət oğlunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Nürət oğlunun Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nürət oğlu Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payn müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan X1 olmuş, İddiaçı həmin evdə doğulmuş və yaşamış, Nümayəndə İddiaçı ilə 1972-ci ildə ailə qurduqdan sonra həmin evə gəlin köçmüş, həmin ünvanda uşaqları dünyaya gəlmiş, ailəsi ilə birlikdə göstərilən evdə yaşamışlar. Həyətdə bitişik iki ev olmuş, iddiaçıların evi ayrı, hazırki cavabdehin evi ayrı olmuşdur. İddiaçıların uşaqları böyüdükdən sonra göstərilən həyətdəki ev darısqal olduğundan başqa evə köçmüşlər. Dam örtüyü bir olsa da, X11 özü şəxsən evi iki hissəyə ayırıb giriş-çıxışı ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X7 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölmüşdür. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan uşaqlarının böyüməsi, evin darısqallığı ilə əlaqədar başqa ünavana yaşamaq üçün köçmüşlər. Lakin cavadehə də məlum olmuşdur ki, mütəmadi onlar həmin ünvandakı evlərinə gedib-gəlmişlər. Cavabdeh özü də həmişə mübahisəli ünvandakı ikinci evin iddiaçılara məxsus olduğunu, nə vaxt gəlsələr evlərinin onlara (iddiaçı və ailəsinə) məxsus olduğunu bildirmişdir. Buna görə də yaxın zamanlara qədər iddiaçı etibar edərək torpağa dair vərəsəlik hüquqlarının təmin edilməsi üçün müraciət etməmişdir. Həmçinin torpağa dair mərhumun adına tərəflərindən sənədləşdirmə aparılmadığından arxayın olmuşdur ki, cavavbdehlə aralarında hər hansı mübahisə ola bilməz. Lakin son vaxtlarda, cavabdehin iki ev arasındakı divardan qapı açaraq evləri birləşdirdiyini və iddiaçının evindən də istifadə etməyə başladığını görüb cavabdehin əsl niyyətini anlamışdır. Buna görə də iddiaçı 2024-cü ildə (nümayəndəsi vasitəsilə) xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X4 vərəsəsi kimi Ağdaş rayon Notariat ofisinə ərizə ilə müraciət edərək, X.Həmidovadan miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim etmələri mümkün olmamışdır. Mərhumun adına həmin sənədin alınması üçün cavabdeh tərəfindən manelər yaradıldığından, bununla bağlı iddiaçı iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-461/2024 saylı qətnaməsi ilə cavavbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti isə verilməmişdir. Bundan sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən mərhum X.Həmidovamn adma ünvan 1 evə tam xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Arayışı əldə edə bilmişdir. Müvafiq Arayışı aldıqdan sonra iddiaçı vərəsəliklə bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin cavabdeh notariusda da vərəsəliklə bağlı sənədləşmənin aparılmasına mane olduğundan, notariat ofisindən müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, mübahisəli evdə iddiaçının ailəsi ilə birlikdə ayrıca evi olmuş, evin qarşısında həyət-torpaq sahəsi olmuş, həmin evdən yaşamaq üçün başqa ünvana köçsələr də, mütəmadi mübahisəli həyətdəki evlərinə gedib-gəlmişlər. Cavadeh də həmişə iddiaçının həmin evdən imtina etmədiyini bilmişdir. Vərəsəlikdən imtina ilə bağlı iddiaçı tərəfindən heç bir orqana müraciət olunmamışdır. İddiaçının cavadehlə evləri eyni həyətdə olsa da, birbirindən təcrid olunmuş şəkildə idi, həmin evlərin və torpaq sahəsinin naturada ayrılması çox asan şəkildə mümkündür. Cavabdehin ailə üzvləri də həmişə "nə vaxt gəlsəniz eviniz yerindədir, sizindir" demişlər. Son vaxtlara qədər iddiaçı qohumluq münasibətlərinə etimad göstərərək hər hansı sənədləşdirmə aparmaq barədə düşünməmişdir. Lakin sonradan hazırki cavabdeh narazılıqlar bildirməyə başladıqda iddiaçı müvafiq hüquqlarının rəsmiləşdirilməsi qərarına gəlmişdir. İddiaçı hesab edir ki, anasının miras əmlakını faktiki olaraq qəbul etdiyindən, miras əmlakdan imtina etmədiyindən həmin əmlaka dair vərəsəlik hüququ vardır və bu hüququ cavabdeh tərəfindən törədilən müxtəlif maneələr - qanunsuz hərəkətlər nəticəsində pozulur. Həmçinin, iddiaçı hesab edir ki, miras qoyan X.Həmidovanın cavabdehin adına qoyduğu vəsiyyətnamə etibarsızdır. Belə ki, nə vəsiyyətnamə verilərkən, nə də mirasın açıldığı vaxt miras əmlak mərhumun mülkiyyətində olmamşdır. Qanunun tələbinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmçinin, vəsiyyətnamə mərhuma imzalatdırılarkən o artıq ağır vəziyyətdə idi, özünü və əməlini dərk etmək qabiliyyəti yox idi. Bu həm də onda özünü göstərir ki, vəsiyyətnamədə nə yazıldığını bilmədən, oxumadan, eşitmədən, ona tərs formada verilmiş şəkildə gözüyumulu imzalamışdır. (vəsiyyətnamədə imza tərsinədir) İddiaçı hesab edirik ki, ədalət mühakiməsini həyata keçirən və iddiaçının yeganə son inanc yeri olan məhkəmə işə ədalətli baxıb, iddiaçının cavabdehlər tərəfindən pozulan hüquqlarını bərpa edəcək, onun doğma anasından qalmış miras əmlaka dair pozulmuş hüquqlarını bərpa edəcək. Bütün qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, hazırki iddia tam əsaslıdır. Odur ki, iddiaçının vərəsəlik hüquqları bərpa edilərək, anasından miras qalmış əmlakdakı payını qəbul etməsinə dair fakt təsdiq edilməli, əmlaka dair vərəsəlik hüquqları və payı müəyyən edilməli, payı naturada ayrılmalıdır. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X4 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi 16 (ikidə bir) hissədə payının müəyyən edilməsi və həmin paym naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X4 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, mərhum nənəsi Xanım Həmidova 1996-cı ildə ölmüş və ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlamışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır. İddiaçı nümayəndəsi Nümayəndə sadəcə ona qarşı «vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşamadığı və ona heç bir halda aidiyyəti olmadığı mülkiyyət üzərində əsassız pay sahibi olmaq və əsassız varlanmaq istəyir ki, bu da qanuna ziddir. Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi nənəm, yəni mərhum X8 məxsus olmaqla yanaşı ölümündən əvvəl rəsmi olaraq mənə miras buraxmışdır. Belə olan halda İddiaçı mənə qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə tələbi tam əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı Nürət oğlunun nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirdi ki, o, özü həmin evə gəlin getmiş övladları həmin evdə dünyaya gəlmişlər. Sonradan başqa ev alıb köçmüşlər. Qayınanası həmin evi iki yerə bölmüşdü, həyətdə iki ev var idi, birində onlar, digərində isə qayını ailəsi ilə qalmışlar. Qayınanası vəfat etdikdə onlar özlərinə məxsus evdə yaşamışlar, lakin dəfndə iştirak etmişlər. Qayınanasının evində həmin vaxt qayını və onun ailə üzvləri yaşamışlar. Hazırda onun yoldaşı xəstədir, öz yurdunda yaşamaq istəyir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək bildirdi ki, iddia ərizəsində göstərilənlərin əsassız hesab edir, faktiki olaraq miras əmlakı onun tərəfindən qəbul edilmiş, nənəsi X11 1996-cı ildə ölmüş, ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş, buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, X4 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0915 hektar yaşayış məntəqələrinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0915 hektar torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaq, ayaqyolu, hamam təsərüfat binası, talvar, hovuz, hasardan ibarətdir. AB № 219184 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Nürət oğlunun anası X9r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1918-ci il təvəllüdlü X4 ailə tərkibi haqqında arayışdan görünür ki, oğlu-X5 (vəfat edib), oğlu-X7 (vəfat edib), oğlu- İddiaçı. Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli, 471-1 saylı arayışdan görünür ki, X11 vəfat etdiyi günədək ünvan 2 ünvanında yaşamışdır. Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli, 471-2 saylı arayışdan görünür ki, X7 mərhum X11 ilə ünvan 2 ünvanında birgə yaşamışlar. 30 noyabr 1990-cı il tarixdə verilmiş vəsiyyətnamədən görünür ki, X11 öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi Cavabdeh vəsiyyət edir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 24 fevral 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. Ağdaş rayon Notariat ofisinin 14 noyabr 2024-cü il tarixli, 609 nömrəli məktubundan görünür ki, İddiaçı mirasın qəbulu faktının təsdiq edilməsi, mirasın bölüşdürülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Expresspay sistemi vasitəsi ilə ödənilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə Ağdaş Rayon Məhkəməsinə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu:  X4 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0915 hektar yaşayış məntəqələrinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır.  xx.xx.1918-ci il təvəllüdlü X4 ailə tərkibi oğlu-X5 (vəfat edib), oğlu-X7 (vəfat edib), oğlu-İddiaçıdur.  X11 vəfat etdiyi günədək ünvan 2 ünvanında yaşamışdır, eyni zamanda onunla Xanımın oğlu X7, həmçinin Elman Həmidovun oğlu, iş üzrə Cavabdeh da həmin ev ünvanında birgə yaşamışlar.  30 noyabr 1990-cı il tarixdə X11 tərəfindən öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi Cavabdeh vəsiyyət etməsinə dair vəsiyyət etmişdir.  X11 24 fevral 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür.  İddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir.  Hazırda İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X11 24 fevral 1996-cı ildə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın)üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmin Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Beləliklə, məhkəmə iddia tələbinin mirası qəbul edilməsi faktının təsdiq edilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırkı halda hüquq münasibətləri (vərəsəlik) miras qoyan X11 24 fevral 1996-cı ildə ölməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da Cavabdeh faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Eyni zamanda 30 noyabr 1990-cı il tarixdə verilmiş vəsiyyətnaməyə əsasən X11 öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi, Cavabdeh vəsiyyət etmişdir. Miras qoyan öldükdən sonra həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Nürət oğlunun Cavabdeh qarşı mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa, iddiaçı məhkəmə iclasında və iddia ərizəsində miras əmlakda özünün məcburi payı olduğunu göstərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) redaksiyasında miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Miras açılarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə iddia tələbinin vəssiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notariusvə ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərəşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X11 30 noyabr 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X4 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə vəsiyyətnamədə Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evin Cavabdeh vəsiyyət edilməsinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nürət oğlunun Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması, vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar