Məhkəmə qərarları › İş №2(014)-79/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-79/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-79/2024 14.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Saday Musayev, onun uşaqları Azər Musayev, Ərizəçi, Mehriban Musayeva və Elyar Musayev olmuşdur. Özü hərbiçi olmaqla baş-leytenant rütbəsində işləmiş, Müharibə veteranıdır. Ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə Ağdaş şəhəri ərazisindən JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Çıxarış alarkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında Ərizəçi adı səhv yazılmaqla X20 kimi qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ailə üzvüləri arasında İlham adlı şəxs olmamışdır. Buna görə də, bütün sübutları təqdim etməklə həmin yanlışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən yanlışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, atasının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sənədində onun adı səhvən X3 qeyd edilmişdir. Lakin onların ailə üzvləri arasında İlham adlı şəxs yoxdur. X1 aradan qaldırılması üçün müvafiq orqanlara müraciət etmişlər, lakin səhviliyin aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının və şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahat verərək bildirdi ki, Ərizəçi onun yaxın dostudur və uşaqlıqdan birlikdə böyümüşlər. Təxminən 20 il əvvəl Ərizəçi atasının mülkiyyətinə torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi Ərizəçi atası tərəfindən əkilib becərilir. Sonradan məlum olmuşdur ki, torpaq sənədində Mehmanı adı səhvən X20 kimi qeyd edilmişdir. Lakin Ərizəçi ailə üzvlərindən İlham adlı şəxs yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahat verərək bildirdi ki, Ərizəçi onun qonşudur və uşaqlıqdan birlikdə olublar. Ərizəçi Azər və Əliyar adlı iki qardaşı və bir bacısı var. Ərizəçi ailə üzvlərində İlham adlı şəxs olmayıb. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X2 və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. Həmçinin Şəhadətnamənin bir nüsxəsi X8 verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 17 yanvar 1969-cu il tarixdə Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 23 dekabr 1968-ci ildə Ağdaş rayonunda doğulmuş, atası X15, anası X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı arayışdan görünür ki, “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində araşdırma aparılmış və X9 ailə üzvləri - arvadı 01 yanvar 1935-ci il təvəllüdlü X11 (ölüb), oğlu 30 iyun 1961-ci il təvəllüdlü X13, oğlu 23 sentyabr 1963-cü il təvvəllüdlü X16, qızı 03 avqust 1965-ci il təvəllüdlü X5 və oğlu 23 noyabr 1968-ci il təvəllüdlü Ərizəçi ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Kolxozunun 30 dekabr 1993-cü il tarixdə 06 №-li ümumi iclas protokolunun qərarını 1-ci bəndindən çıxarışdan görünür ki, Yuxarı Zeynəddin kənd sakini Ərizəçi Soyuqbulaq yolunun sol hissəsində yerləşən qəbiristanlığın yanından kolxoz istifadə edə bilməyən sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Torpaq komitəsinin 05 ynavr 1994-cü il tarixli aktının surətindən görünür ki, Yuxarı Zeynəddin kənd sakini Ərizəçi Soyuqbulaq yolunun sol hissəsində yerləşən qəbiristanlığın yanından kolxoz istifadə edə bilməyən sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzilkomunnal təsərrüfat Komitəsi tərəfindən verilmiş 19 oktyabr 1998-ci il tarixli arayışın surətindən görünür ki, Ağdaş rayon “Aran№ k/z-nun 30 dekabr 1993-cü il tarixli 06 №-li qərarı ilə ona soyuq bulaq yolunun sol hissəsində yerləşən qəbiristanlığın yanında 1000 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. İşin materiallarında olan 054845 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 2-ci qrup Qarabağ əlilidir. İşin materiallarında olan ASAN 1 tərəfindən verilmiş 18 aprel 2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Ağdaş rayonunda doğulmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan 23 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş JN-4363A nömrəli torpağın mülkiyyətə verilməsinədair şəhadətnamə ilə verilmiş 0,10 ha torpaq sahəsinin qeyd olunduğu subyektlər siyahısından çıxarışın təsdiql olunmuş surətindən görünür ki, X7 mülkiyyətinə Ağdaş rayonu ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 07 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi və X7 adına pay torpaqlarının verilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin və şahidlərin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinın adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixdə 01 saylı qərarı ilə verilmiş JN-4363A, KOD 90301004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi adı səhvən “İlham” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adıonun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixdə 01 saylı qərarı ilə verilmiş JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 05 yanvar 2006-cı il tarixdə 01 saylı qərarı ilə verilmiş JN-4363A nömrəli KOD 90301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar