Məhkəmə qərarları › İş №2(014)-797/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-797/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-797/2023 05.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 nümayəndəsi X4 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 4 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən 3.13 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və 4 noyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə 0.20 hektar fərdi yaşayış həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-310 KOD 90312038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına və JN-123F KOD 90312038 saylı fərdi yaşayış həyətyanı torpaq sahəsi rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktlarında texniki səhvə yol verilərək onlara məxsus Dövlət Aktında adları səhv yazılmışdır. Belə ki, onların adları Ərizəçi1ə Zakir qızı və Ərizəçi2 kimi səhv yazılmışdır. Bacısı Maraqlı şəxs3 2007-ci ildə X13 ilə nikah bağlandıqdan sonra Qədirova soyadını götürmüş, bacısı Maraqlı şəxs4 2016-cı ildə X15 ilə nikah bağldandıqdan sonra Əliyeva soyadını götürmüşdür. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarını qeydə aldırıraq paylarını müəyyən etmək məqsədi ilə həmin İdarəyə müraciət etmişlər, lakin Dövlət Aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, ünvan 1i ərazisində yerləşən 3.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və JN-123F KOD 90312038 fərdi yaşayış həyətyanı torpaq sahəsi 0.20 hektar sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına ümumi birgə mülkiyyətinə verilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 nümayəndəsi X9 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs4 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs4 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin izahatını, ərizəçilərin ərizələrini, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçilər onların tanışlarıdırlar. Ərizəçilərin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 da özündən əvvəl ifadə vermiş şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-310 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X2, Ərizəçi1ə Zakir qızı, X6, X3 və Maraqlı şəxs5 mülkiyyətinə ünvan 1indən 0,20 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-123F nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, X2, Ərizəçi1ə Zakir qızı, X6, X3 və Maraqlı şəxs5 mülkiyyətinə ünvan 1indən 0,20 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Kükəl kənd sovetliyi tərəfindən verilmiş 23 aprel 1980-ci il tarixli, Vİİ-ЖГ № 274852 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1980-ci il tarixdə ünvan 1ində anadan olmuş, atası Maraqlı şəxs1, anası isə Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Kükəl kənd sovetliyi tərəfindən verilmiş 10 aprel 1978-ci il tarixli, V-ЖГ № 261575 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1978-ci il tarixdə ünvan 1ində anadan olmuş, atası Maraqlı şəxs1, anası isə Maraqlı şəxs2dır. İşin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2016-cı il tarixli, AZ-İİ № 107234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 11 mart 2016-cı il tarixdə 55 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Ərəb kənd sovetliyi tərəfindən verilmiş 16 oktyabr 2007-ci il tarixli, AZ-İ № 362099 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 26 oktyabr 2007-ci il tarixdə 16 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 290 saylı arayışdan görünür ki, ünvan 1 sakini Maraqlı şəxs1 verilmiş AR DT və XK-sı tərəfindən verilmiş JN-123F, KOD 90312038 saylı (DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 2/4053, xx.xx.1998) “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə”-nin adlı siyahısında mülkiyyətçinin adında texniki səhvə yol verilmişdir. Belə ki, JN-123F, KOD 90312038 saylı (DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 2/4053, xx.xx.1998) “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə”-nin adlı siyahısında mülkiyyətçilərin adları Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və Maraqlı şəxs5 kimi qeyd olunmalıdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********54 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə ünvan 1ində anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1980-ci il tarixdə ünvan 1ində anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında maraqlı şəxslərin nümayəndələrinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 04 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-123F saylı (kod ********) Şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN-310 (kod ********) Dövlət Aktında texniki səhv olaraq Ərizəçi2 adı “Ruhangiz” əvəzinə “Ruhəngiz”, Ərizəçi1 adı “Aynur” əvəzinə “Aynurə” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin adları sənəddə göstərilən adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN- 123F saylı (kod ********) Şəhadətnamənin Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3, Maraqlı şəxs4, X1 və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN- 310 saylı (kod ********) Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsusolması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-123F saylı (kod ********) Şəhadətnamənin Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3, Maraqlı şəxs4, X1 və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-310 saylı (kod ********) Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar