Məhkəmə qərarları › İş №2(014)-800/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-800/2022

19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-800/2022 19.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 11.07.2012-ci ildə, anası X11 isə 07.05.2018-ci ildə Ağdaş rayonu, Qolqəti kəndində ölmüşdür. Valideynlərinin ölümündən sonra onlardan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN:176 A, KOD ********) və torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN:176, KOD ********) verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Tərəfindən həmin torpaq sahələrinə çıxarış verilməsi və onun rəsmiləşdirilməsi üçün xidmət haqqını ödəyərək AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət olunmuşdur. Dövlət aktında və şəhadətnamədə atasının adı Məmmədəli əvəzinə səhvən Məhəmmədəli kimi, atasının adı isə İbrahimxəlil əvəzinə səhvən İbrahim kimi yazılmışdır. AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 03.03.2022-ci il tarixli və 14.03.2022-ci il tarixli cavab məktubunda da göstərmişdir ki, təqdim etdiyi sənədlər yoxlanılarkən məlum olmuşdur ki, Dövlət aktında və şəhadətnamədə göstərilən subyektlər siyahısındakı atasının adı və atasının adında digər sənədlər arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla əlaqədar reyestr xidməti orqanı tərəfindən həmin şəxslərin eyni şəxs olması barədə sübutedici sənədlər təqdim edilmədiyi üçün rəsmiləşdirmə aparılmasının mümkün hesab edilmədiyi və bu faktın müəyyən edilməsi səlahiyyətinin məhkəmə orqanlarına məxsus olduğu bildirilmişdir. Odur ki, həmin şəxslərin eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırki ərizə ilə müraciət edir. Həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi ona mirasın çıxarışla rəsmiləşdirilməsi ilə əlaqədar lazımdır. Həmin faktın başqa qaydada müəyyən edilməsi və ya əldə edilməsi mümkün deyildir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN:176 A, KOD ********) və torpğa mülkiyyət hüququna dair Dövlət aktının (JN:176, KOD ********) subyektlər siyahısında adı 1-ci sıra sayında göstərilən atası X1 adı və atasının adının səhvən X2 göstərilməsinə, sənədlərdəki şəxsin eyni şəxs – atası X4 olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşudur, anadan olandan həmin kənddə yaşayır, Ərizəçi atası X3r. İş üzrə şahid X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ərizəçi bibisi oğludur. Azadın atası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X4, anası X9r. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 11.07.2012-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07.05.2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan JN:176 A, KOD 90321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN:176, KOD 90321018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 1.42 hektar və 0.30 hektar torpaq sahəsi X5 və ailə üzvləri olan X7 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 03 mart 2022-ci il tarixli **********95 №-li və 14 mart 2022-ci il tarixli **********01 №-li məktublardan görünür ki, JN- 176 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında və JN-176 A Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 0.30 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin və 1.42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X5 və X7 mülkiyyətinə verilməsinə dair JN-176A KOD 90321018 saylı şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin və JN-176 KOD 90321018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının X4 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən:Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar