Məhkəmə qərarları › İş №2(014)-800/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-800/2023

14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-800/2023 14.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi və X4 iştirakı ilə Ərizəçilər Ərizəçi və X4 maraqlı şəxslər X8, X9, X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə X8, X10, X11, X9 və X5 mülkiyyətinə Ağdaş rayonu, Abad kəndində yerləşən 1,71 ha torpaq sahəsinin verilməsinə dair torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 1998-ci ildə torpaq islahatı keçirilən zaman o, və ailə üzvləri Ağdaş rayonu, Abad kənd sakinləri olmuşlar. Kənd təsərrüfatı təyinatlı 1,71 ha torpaq sahəsi xx.xx.1999-cu ildə DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN-120 nömrəli kod 90300028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, Dövlət aktında Ərizəçi əvəzinə X10, X11 əvəzinə X12 olaraq qeyd edilmişdir. Dövlət aktında mülkiyyətçi olaraq X8 qeyd edilmişdir. Dövlət aktı X3 ailə üzvlərinə verilib və Dövlət aktında X3 ailə üzvləri qeyd edilib. X3 arvadı olaraq Ərizəçi əvəzinə X10, X11 əvəzinə X7 qeyd edilmişdir. Hansı ki, X3 ailə üzvlərinin arasında X10 və X12 olmamışdır. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlar həmin torpaq sahəsini onlara maraqlı orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır, ona görə də hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X4 ərizəçi kimi, X8, X9 və X5 isə maraqlı şəxs kimi cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi və X11 ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər X9, X13 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər X9, X13 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək göstərdi ki, ərizəçilər onların həmkəndliləridir. X1 və ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 da özündən əvvəl ifadə vermiş şahid X25 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-120 nömrəli kod 90300028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X3 və ailə üzvləri X10, X12, X9 və X5 mülkiyyətinə Ağdaş rayonu, Abad kəndindən 1,71 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 5-32- 12/2-149/2023 saylı arayışdan görünür ki, AR DT və XK-si tərəffindən Ərizəçi ailəsinə verilmiş JN-120 nömrəli kod 90300028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının adlı siyahısında texniki səhvə yol verilmişdir. X10 əvəzinə Ərizəçi, X12 əvəzinə X11 olmalıdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, № **********82 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 fevral 2023-cü il tarixli, AZ-İİ № 297074 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 17 may 2014-cü il tarixdə Miokardın işemiyası səbəbindən ölmüşdür. İşin materialarında olan Ağdaş rayon Abad kənd sovetliyi tərəfindən verilmiş 14 mart 1980-ci il tarixli, İİ-ЖГ № 253661 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi 13 mart 1980-ci il tarixdə 04 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Qurbanova soyadı verilmişdir. İşin materialarında olan Yevlax rayon VVAQ şöbəsi tərəfindən verilmiş 18 avqust 2001-ci il tarixli, Vİİ-ЖГ № 391279 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 ilə X11 18 avqust 2001-ci il tarixdə 133 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İşin materialarında olan Ağdaş RİHB-nin Abad kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2007-ci il tarixli, AZ-İ № 342591 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 16 avqust 2007-ci il tarixdə 15 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında maraqlı şəxslərin nümayəndələrinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 24 noyabr 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-120 nömrəli kod 90300028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq ərizəçilər Ərizəçi soyadı “Qurbanova” əvəzinə “Məmmədova”, X4 adı “Həlimə” əvəzinə “Həmilə” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, Ərizəçi soyadı, X4 adı sənəddə göstərilən soyad və adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki soyad və adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-120 nömrəli kod 90300028 Dövlət X2, Ərizəçi, X11, X9 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi və X4 maraqlı şəxslər X9, X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-120 nömrəli kod 90300028 Dövlət X2, Ərizəçi, X11, X9 və X6 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar