Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-816/2025 09.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X23, X24 və X12 qarşı "miras payının tam hissədə müəyyən edilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X23, X24 və X12 qarşı "miras payının tam hissədə müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X13 miras qalmış, mirasın kütləsinə daxil olan, ünvan 1 ünvanında yerləşən ərazidə verilmiş fərdi yaşayış və həyətyanı torpaq sahəsində miras əmlak payını tam hissədə müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X14 xx.xx.2010-cu ildə vəfat etmişdir. Mərhum anası Ağdaş şəhəri Məşəd küçəsi (14-cü dalan ev 48) yerləşən ümumi şəxsi mülkiyyətlərində onunla birlikdə yaşamışdır. Mərhum anası X14 xx.xx.2010-cu ildə ünvan 2 ünvanında beynə qan sızma xəstəliyindən qəflətən vəfat etmişdir. Mərhum anası vəfat etdiyi günədək ünvan 3 ünvanında onunla birlikdə yaşamışdır. Mərhum anasının dəfn mərasimi də onun tərəfindən götürülmüşdür. X10 xx.xx.1984-cü ildə, qardaşı X25 da xx.xx.2002-ci ildə vəfat etmişdir. Bugünədək mərhum anasına məxsus torpaq sahəsinin torpaq vergisi onun tərəfindən ödənilmişdir və həmin daşınmaz əmlakdan o istifadə etmişdir. Anasının ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum anasının mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Mərhum anası tərəfindən miras qalmış mülkiyyətin onun tərəfindən qəbul edildiyi notariat ofisi tərəfindən müəyyən edilmişdir. Mərhum anası vəfat etdikdən sonra dəfn mərasimi onun tərəfindən götürülmüşdür. Aqrar islahat zamanı mərhum anası və onun övladları olan o və bacısı X15 həyətyanı torpaq sahəsi verilmişdir. Laki qardaşı Cavabdeh3 və bacısı X21 vərəsəlik işinin açılması üçün notariat ofisinə gəlməkdən boyun qaçırırlar. Belə olan halda da vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Bu səbəbdəndə mərhum anasından qalmış miras əmlak payının tam hissədə müəyyən oluması faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı X28 məhkəmə iclasında izahat verərək bildirdi ki, 6 il anasına o baxmışdır. 40 ildən çox atası evində yaşamışdır. 10 il dən artıq olar ki, Bakı şəhərinə çıxıb getmişdir. 2010-cu il tarixində anası rəhmətə getmişdir. Anası vəfat edən zaman yoldaşı ilə birlikdə orada olmuşdur. O xadimə işləyir. Anası rəhmətə gedəndən sonra Namizəd ilə birlikdə orada yaşamışdır. Onun iki övladı rəhmətə getmişdir. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, anasına o baxmışdır. Anası rəhmətə gedəndən sonra həmin evdə özü yaşamışdır. O, həmin yerdə ev tikdirmişdir. Ev ortadadır. Sevda da gedib tikdirə bilər. Cavabdeh2 08 iyul 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, anasına Namizəd və Sevda baxmışdır. Anası 2010-cu il tarixdə rəhmətə getmişdir. İddia tələbi ilə razıdır. Payların bölünməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən 3-cü X18 08 iyul 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, bacısı Sevda düz danışır. Bu günə qədər onun övladlarına da, anasına da bacısı Sevda baxmışdır. Anası ürək xəstəsi olmuşdur. Namizəd o evdə yaşayır. Həyətə girməyə qoymur. 20 ildir ki, o evdən çıxmışdır. Ona düşən payın da bacısı Sevda verilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X24 və X19 məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə proses iştorakçılarının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan “Elektron Notariat” X2 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, X21 ilə X16 arasındakı nikah 16 dekabr 1987-ci il tarixli 167 saylı akt qeydi ilə qeydə alınmışdır. İşin materiallarında olan “Elektron Notariat” X2 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X10, anası X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X22 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X10, anası X6r. İşin materiallarında olan Ağdaş Rayon Ağdaş Bələdiyəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli 218 nömrəli arayışın surətindən görünür ki, Ağdaş şəhəri Məşəd küçəsində yaşayan İddiaçı qardaşı X25 01 iyul 1957-ci ildə Ağdaş rayonunda anadan olmuş, 05 avqust 2002- ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. Mərhum Ağdaş şəhəri Məşəd qəbrstanlığında dəfn olunmuşdur. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli arayışın surətindən görünür ki, Ağdaş şəhəri, Məşəd küçəsi 14-cü dalan ev 48. Yeni qaydalarla: AZ 0302, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.2037 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Hüquq sahibləri X14, X18 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/188825-23 saylı arayışın surətindən görünür ki, “X11” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ağdaş şəhəri, Ma.ad kəndində anadan olmuş X7 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün X11 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1) Əri: X27 (xx.xx.1931) (vəfat edib), 2) Oğlu: X25 (xx.xx.1957) (vəfat edib), 3) Qızı: Cavabdeh2 (xx.xx.1959) (vəfat edib), 4) Oğlu: Cavabdeh3 (xx.xx.1961) (vəfat edib), 5) Qızı: X22 (xx.xx.1964) (vəfat edib), 6) Qızı: İddiaçı (xx.xx.1965) (vəfat edib). İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-X-69-B-530-1/2024 saylı arayışdan görünür ki, X27 04 oktyabr 1984-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında 18 oktyabr 1984-ci ildə 05 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-X-69-530/2024 saylı arayışdan görünür ki, X14 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında xx.xx.2010-cü ildə 08 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-X-69-158/2024 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, Atası: X27, Anası: X14. Bu barədə xx.xx.1965-ci il tarixində Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyində 95 saylı doğum haqqında akt tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şhər İƏD Üzrə Nümayəndəliyi tərəfində verlmiş xx.xx.2024-cü il tarixli 378-1 saylı arayışın surətindən görünür ki, X14 vəfat etdiyi günədək (xx.xx.2010-cu il tarixli 08 saylı akt qeydi tərtib olunmuşdur. Ağdaş şəhəri, Məşəd küçəsi(keçmiş maşad kəndi) ünvaninda yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şəhər İƏD Üzrə Nümayəndəliyi verilmiş xx.xx.2024-cü il tarixli 378-2 saylı arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh3 mərhum X14 ilə ünvan 6 ünvanında yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şəhər İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixində arayışın surətindən görünür ki, anası X14, xx.xx.2010-cu il tarixində vəfat etmişdir. (Ölüm haqqında xx.xx.2010-cu ildə 08 saylı akt qeydi tərtib olunmuşdur. Mərhumun aşağıdakı varisləri qalmışdır. 1)X27mərhumun əri (vəfat edib). 2)X25-mərhumun oğlu-(xx.xx.1957). 3)Cavabdeh2-mərhumun qızı- (xx.xx.1959). 4) Cavabdeh3-mərhumun oğlu-(xx.xx.1961). 5) X22-mərhumun qızı- (xx.xx.1964). 6) İddiaçı–mərhumun qızı-(xx.xx.1965). İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi İddiaçı notariat ofisinə xx.xx.2024-cü il tarixli V-75 saylı ərizə verərək bildirir ki, xx.xx.2010-cu il tarixdə Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşayan anası X14 vəfat etmişdir. Miras əmlak olaraqxx.xx.2024-cü il tarixli **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyat haqqında DƏDR-dən çıxarışa əsasən Ağdaş şəhəri, Məşəd küçəsi 48, 14-cü dalan (Yeni qaydalarla: AZ 0302, Ağdaş rayonu, Ağdaş şəhəri, Mirzalı Əliyev küçəsi ünvanında yerləşən ümumi sahəsi 72.6 kv/m fərdi yaşayış evinin və evin yerləşdiyi 0.2037 ha torpaq sahəsinin miras qoyana məxsus hissələri qalmışdır. Ondan başqa aşağıdakı vərəsələri var: 1) X25-oğlu. 2) Cavabdeh2-qızı. 3) Cavabdeh3-oğlu. 4) X22-qızı. Göstərilən əmlakdakı payına dair ayrılıqda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş etmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisinə İddiaçı tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli 38 saylı məktubdan görünür ki, Ağdaş rayon Notariat Ofisinə ünvanladığınız ərizədə xx.xx.2010-cu il tarixidə vəfat etmiş ananız X3 miras qalmış Ağdaş şəhəri, Məşəd küçəsi, 14-cü dalan, ev 48 ( Yeni qaydalarla: AZ 0302, ünvan 9ünvanında yerləşən fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin miras qoyana məxsus hissəsindən sizə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmisiniz. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aranızda mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, X20, X18, İddiaçı ümumi birgə qeydiyyat nömrəsi ********** saylı xx.xx.2024-cu il tarixli daşınmaz əmlak olan fərdi yaşayış evinin ünvanı ünvan 10əhəri Mirzalı Əliyev küçəsi 1 ünvanıdır. Daşınmaz əmlakın mülkiyyət növü xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü: mülkiyyət daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 72.60 torpaq sahəsinin mülkiyyət növü xüsusi topaq sahəsinin üzərində hüququn növü mülkiyyət torpaq sahəsinin katoqoriyası məqsədli təyinat yaşayış məntəqələrinin torpaqları torpaq sahəsinin ölçüsu (hektarla) 0.2037 daşınmaz əmlakın reyestr nömrəsi **********98-10301 və sənədi verərn təşkilat ƏMDK-nin yanında DƏDRX-nin Yevlax ərazi idarəsidir. Daşımaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli kitabın 45 nömrəli vərəqində qeydiyyatda alınmışdır. İşin materiallarında olan xx.xx.1956-cı il tarixdə Ağdaş rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 278814 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X27 və X5 xx.xx.1956-cı il tarixdə 05 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İşin materiallarında olan “Elektron Notariat” X2 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, X27 xx.xx.1984-cü il tarixində Ağdaş rayon, Maşad küçəsində 14-cü dalan ev 48 yaşayış evində vəfat etmişdir. Bu barədə xx.xx.1984-cü il tarixdə 05 saylı akt qeyd olunub. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X14 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X14 xx.xx.2010-cu il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X14 xx.xx.2010-cu il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan ünvan 12da daimi yaşadığından və daşınmaz əmlak ünvan 12da yerləşdiyindən mirasın açıldığı yer ünvan 12dır. Miras əmlaka X14 öldüyü məqamadək malik olduğu ünvan 12da fərdi yaşayış evinin 0.2037 hektar həyətyanı torpaq sahəsindən ibarət əmlak daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X4 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni ünvan 12ında yerləşən miras qalmış fərdi yaşayış evinin tam hissədə, ümumi birgə mülkiyyətdə olan 0.2037 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyan X14 və onun vərəsələri iddiaçı və cavabdeh olmaqla 3 nəfər ailə üzvlərinin adına qeydə alınmışdır. Mirasqoyanın ölümündən sonra miras qalmış miras qalmış fərdi yaşayış evinin tam hissədə, ümumi birgə mülkiyyətdə olan 0.2037 hektar həyətyanı torpaq sahəsindən payını iddiaçı və cavabdeh faktiki qəbul edərək torpaq sahəsinə yiyələnməklə və istifadə etməklə miras əmlaka faktiki sahiblik etməyə və onu idarə etməyə başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il tarixdə ölmüş X3 miras qalmış ünvan 12ında xüsusi mülkiyyətində olan əmlakdan Cavabdeh3 1/9 hissədə, İddiaçı 4/9 hissədə, X12 4/9 hissədə müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 miras qalmış ünvan 12ında xüsusi mülkiyyətində olan əmlakdan Cavabdeh3 1/9 hissədə, İddiaçı 4/9 hissədə, X9 4/9 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-816/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-816/2025
09.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver