Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-824/2023 08.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X1 və xx.xx.1998-ci il tarixdə vəfat etmiş nənəsi X3 ümumi birgə mülkiyyətində Ağdaş rayon Pirəyir kəndində yerləşən (reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi ********** nömrəli çıxarış) 1.6883 ha kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsinin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılması, mirası qəbul etməyi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, həmin mülki iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə saat 11:50-yə təyin edildiyini, qeyd edilən tələblə bağlı Qəbələ Asan xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığını və ona vərəsəliklə bağlı şəhadətnamə verildiyini bildirərək, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ərizənin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən tam şəkildə ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ərizənin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-824/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-824/2023
08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver