Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-833/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X15 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********00510 nömrəli abonent kodundan Cavabdeh tərəfindən akta əsasən əsassız heablanmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üvləri ilə birlikdə Ağdaş rayonu, Tofiqi kəndində özlərinə məxsus evdə yaşayırlar. Həmin ev "Azəriqaz” İstehsalat Birliyi tərəfindən küçədə quraşdırılmış qaz sayğacı vasitəsilə məişət qazı ilə təmin edilmişdir. Həmin sayğac anası mərhum X2 adına rəsmiləşdirilmişdir. Anası Səbinə 13 yanvar 2022ci il tarixdə ölmüşdür. Dəfərlərlə şifahi və yazılı müraciət etsələr də qaz sayğacının özünün adına rəsmiləşdirilməsi mümkün olmamışdır. 2024-cü ilin yanvar ayında Cavabdeh Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən anası Səbinənin adına 2073,60 manat məbləğində cərimə yazılmışdır. Göründüyü kimi Cavabdeh əməkdaşları tərəfindən 2 il əvvəl ölmüş şəxsin adına cərimə yazılmışdır. Hesab edir ki, həmin cərimə qanunsuz və əsassızdır. Borcun yazılmasına əsas olan sənədləri, yəni dəymiş ziyanın bərpasına dair tələbnamə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı və abanent saldosunu əldə etmişdir. Cavabdeh nümayəndəsi X13 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbində göstərilən **********00510 saylı qaz hesabı X3 adına rəsmiləşdirilmiş və **********00510 saylı qaz hesabında 17 may 2024-cü il tarixə 3378 (üç min üç yüz yetmiş səkkiz) manat borc vardır. Həmin borcun 1304,40 manat hissəsi sayğac üzrə, 2073,60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********225 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Qeyri qanuni olaraq sayğacdan kənar qoşulma aşkar edilən zaman bununla bağlı foto və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 yanvar 2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 4 m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 22 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçının iddiası tam əsassızdır. Belə ki, İddiaçı tərəfindən sayğacın özünün adına rəsmiləşdirilməsinə dair Cavabdehnə nə yazılı, nə də elektron qaydada müraciət edilməmişdir. Sayğac o halda başqa şəxsin adına rəsmiləşdirilir ki, vətəndaş tərəfindən ərizə yazılır və sayğacda göstərilən borcu öz üzərinə götürür. Abonentin istifadəsində olan sayğaca baxış keçirilən zaman kənar xətt aşkarlanmış və buna dair akt tərtib edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 yanvar 2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı Səbirə İsmayılovanın mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent küçə xəttindən sayğaca gələn hissəsinin yeraltı hissəsindən sayğacdan kənar xətt çəkərək həyətin içərisindən rezin boru vasitəsi ilə daxili qaz xəttinə birləşdirilmiş və təbii qazdan qeyri-qanuni istifadə edilir. Cavabdeh 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən istehlakçı Səbirə İsmayılovanın yaşadığı mənzilə 19 yanvar 2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 17280 m3 borc hesablanmışdır. 17 may 2024-cü il tarixli, **********00510 saylı abonentin saldosundan görünür ki, abonent İsmayılova Səbirənin 2024-cü ilin yanvar ayına qədər təbii qazdan istifadəyə görə 2073,60 manat borc hesablanmışdır. Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 12 sentyabr 1970-ci il tarixli, AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 avqust 1970-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində doğulmuş, atası X7, anası X4r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli, AZ-İİ № 253414 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 yanvar 2022-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 19 yanvar 2024-cü tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində anası mərhum Səbirə İsmayılovanın adına olan Zenner G-4 markalı, **********225 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı İddiaçı həyətində olan yaşayış evində qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 yanvar 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirmilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 22 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 19 yanvar 2024-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı Cavabdeh hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 39 (otuz doqquz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İB-nin X16 İstismar İdarəsi tərəfindən 19 yanvar 2024-cü il tarixli, ******* saylı akta əsasən **********00510 saylı abonent koduna yazılmış borcun 1900,80 (min doqquz yüz manat, səksən qəpik) manatı silinməli, iş üzrə 39 (otuz doqquz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Cavabdeh İB-nin X16 İstismar İdarəsi tərəfindən 19 yanvar 2024-cü il tarixli, ******* saylı akta əsasən **********00510 saylı abonent koduna yazılmış borcun 1900,80 (min doqquz yüz manat, səksən qəpik) manatı silinsin. İş üzrə 39 (otuz doqquz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-833/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-833/2024
20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver