Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-84/2022 16.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Ərizəçi Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi” tələbi barədə işə açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təmin edilməsi” tələbi barədə ərizə ilə mürаciət еdərək, onun qardaşı 26 may 1979-cu ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və onun X2 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1968-ci ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. Qardaşı 26 may 1979-cu ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olub və həmin ünvanda yaşayır. X1 08 iyul 2011-ci ildə beyin ödemi nəticəsində vəfat etmişdir. Anası isə X6 07 oktyabr 2019-cu ildə işemik kardiomiopatiya nəticəsində vəfat etmişdir. Qardaşına o baxır. Qardaşı Ağdaş rayon Mərkəzi xəstəxanasında PHŞ-in Poliklinika şöbəsində “yüngül dərəcədə əqli gerilik, yüngül davranış pozuntuları” ilə qeydiyyatdadır. O uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb oxumaqdan məhrumdur. Uşaqlıqdan əlilliyi ilə əlaqədar eşitmir və hər hansı formada nitq qabiliyyəti olmadığından danışmaqdan məhrumdur və əl işarələri ilə və qışqıraraq ünisyyət qurmağa çalışır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış əlillik müəyyən edilmişdir. Faktiki olaraq qardaşına özü baxır və onun üzərində faktiki qəyyumluğu bir bacı kimi özü həyata keçirir. Hazırda qardaşının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş rayon Mərkəzi Xəstəxanasında PHŞ-in Poliklinika şöbəsində “Paranoid şizofreniya, fasiləsiz gedişli” diaqnozu ilə ruhi qeydiyyatdadır. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X16 məhkəmə iclasında izah etdi ki, mülki işlə bağlı Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyası ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəsi ilə bağlı müəyyən araşdırmalar aparmış, ərizənin təmin edilməməsi üçün heç bir əsasların olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı orqanın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 1100 saylı arayışdan məlum olur ki, 1968-ci il təvəllüdlü Ərizəçi qardaşı 1979-cu il təvəllüdlü X7 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Yüngül dərəcə əqli gerilik, yüngül davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 297 saylı arayışdan məlum olur ki, X8 xx.xx.1979-cu il tarixdə Ağdaş rayon Ağzıbir kəndində anadan olub, hal-hazırda Ağzıbir kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 05 aprel 1968-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, Ərizəçi xx.xx.1968-ci ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. X1, anası X3r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 06 iyun 1979-cu il tarixli Vİ-ЖГ 376461 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X7 26 may 1979-cu ildə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. X1, anası X3r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2019-cu il tarixli AZ-İİ 044341 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ağzıbir kənd İ/N tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli AZ-İİ 121315 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli 1499 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Ağzıbir kənd sakini xx.xx.1979-cu il təvəllüdlü X7 “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin Poliklinika şöbəsində “Yüngül dərəcə əqli gerilik” diaqnozu ilə ruhi qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(014)-2208/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş, 15 aprel 2022-ci il tarixli 232 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyinə əsasən X7 uşaqlıqdan yüngül dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin hazırkı iş üzrə 16 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata “qəyyum təyin edilməsi” hissəsində xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1979-cu ildə Ağdaş rayon Ağzıbir kəndinə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vasitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-84/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-84/2022
16.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver