Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-86/2022 11.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan AR ƏMDK-nin yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı orqan AR ƏMDK-nin yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 adının qeyd olunduğu 01 fevral 1981-ci il tarixli “Kooperativ və X12 X19” Nümunəvi Müqavilədə qeyd edilmiş X9 17.05.2000-ci il tarixdə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüş X5 ilə eyni şəxs olması və “Nümunəvi Müqavilənin” atasına məxsus olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X5 17.05.2000-ci ildə, anası X24 isə 21.12.2010-cu ildə Ağdaş rayonunun Ağcayazı kəndində ölmüşdür. 17.05.2000-ci ildə ölmüş X5ndan Ağdaş rayonunun Türyançay qəsəbəsində yerləşməklə miras qalmış mənzilin vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün tərəflərindən AR ƏMDK-nin yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət olunmuşdur. Bu zaman məlum olmuşdur ki, yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilədə atasının adı və ata adında texniki səhvə yol verilmiş, X5 əvəzinə, səhvən X16 qeyd edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar reyestr xidməti orqanın tərəfindən həmin şəxslərin eyni şəxs olması barədə sübutedici sənədlər təqdim edilmədiyi üçün rəsmiləşdirmə aparılması mümkün hesab edilməmişdir. Odur ki, həmin şəxslərin eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırki ərizə ilə müraciət etmişdir. Həmin faktın məhkəmə qaydasında müəyyən ediməsi ona valideynlərindən miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə əlaqədar lazımdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan AR ƏMDK-nin yanında DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. O, 26.01.1964-cü ildə Ağdaş rayon Türyançay qəsəbəsində anadan olmuşdur. Atası X2 rayon Ağcayazı kəndində anadan olmuş, sonradan Ağdaş rayon Türyançay qəsəbəsində suvarma idarəsində bağban işləmiş, bağban işlədiyi dövrdə suvarma idarəsi tərəfindən mənzillə təmin olunmuşdur. X5 17.05.2000-ci il tarixədək anası X24 isə 21.12.2010-cu il tarixədək Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən ümumi sahəsi 33.0 kv/m olan 1 mərtəbəli 3 otaqlı yaşayış evində yaşamış və həmin evdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadəsini nəzərə alaraq iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dəhnəxəlil kənd soveti tərəfindən verilmiş 13 yanvar 1992-ci il tarixli V-ЖГ 422656 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 ilə X21 arasında nikah 13 yanvar 1992-ci il tarixdə 01 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Dəhnəxəlil kənd İƏD-si tərəfindən verilmiş 13 dekabr 2011-ci il tarixli AZ-İ 492375 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 17.05.2000-ci il tarixdə Ağdaş rayonu Ağcayazı kəndində vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yuxarı Ağcayazı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2011-cı il tarixli AZ-İ 444650 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 21.12.2010-cu il tarixdə Ağdaş rayonu Ağcayazı kəndində vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd İƏD-si üzrə nümayəndəliyinin 20 may 2021-ci il tarixli, 219 saylı arayışından məlum olur ki, 01.02.1981-ci il tarixində Ağdaş rayonu Türyançay qəsəbəsində yaşamış mərhum X16 ilə bağlanmış yaşayış evlərinin kirayəsi haqda “Nümunəvi müqavilədə” şəxsi adında texniki səhvlərə yol verilmişdir. Belə ki, X16 əvəzinə X20 olmalıdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yerli X4, Dövlət Kooperativ və X13 Evlərinin Kirayəsi haqqında Nümunəvi müqaviləyə əsasən 01.02.1981-ci il tarixdə Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən ümumi sahəsi 33.0 kv/m olan 1 mərtəbəli 3 otaqdan ibarət 9 nömrəli yaşayış evi i X16 və onun ailə üzvlərinin kirayəsinə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli **********96 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən mənzilə dair nümunəvi kirayə müqaviləsində atanızın adında düzəliş edilərək çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2000-ci il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ərizənizə əlavə etdiyiniz orderdə qeyd tarixi 21.02.2012-ci il göstərildiyi halda, orderin verilməsi üçün əsas olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli sərəncamının tarixi 22.02.2012-ci il yazılmışdır. Həmçinin 01,10.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə 2012-ci ildə order verilməsi isə nəzərdə tutulmamışdır. Digər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş “Dövlət, Kooperativ və X6 Evlərinin Kirayəsi haqqında Nümunəvi Müqavilədə” hər hansı bir düzəlişin edilməsi, yəni orderdə göstərilmiş “Rafiq” adının “Rauf” adı kimi düzəliş edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1 -ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X7 Təmir Müəssisəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 255 saylı Forma 2-dən məlum olur ki, X3 şəhər Türyançay qəsəbəsində yerləşən evdə yaşayır. Ev 1 mərtəbəli 3 otaqlı 33.0 kv.m yaşayış sahəsindən ibarətdir. Yaşayış evi Ağdaş rayon İcra Hakimiyyətinə məxsusdur. Ev sahibi 7 nəfərdən ibarət aşağıdakı ailə üzvləri vardır. X20 özü (vəfat edib), qızı- X21 (1970-ci il təvəllüdlü) , həyat yoldaşı-X24 (vəfat edib), oğlu-X22 (1968-ci il təvəllüdlü),qızı-X25 (1964-cü il təvəllüdlü), qızı-X26 (1966-cı il təvəllüdlü), qızı-X18r (vəfat edib) İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 21 fevral 2012-ci il tarixli 3 saylı orderdən məlum olur ki, Ərizəçi 1 nəfərdən ibarət ailəsi ilə birlikdə 2 otaqdan ibarət 22.0 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş 13 aprel 2004-cü il tarixli AZ-İ 075094 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 10 yanvar 2003-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli 3221 saylı arayışdan məlum olur ki, 5.03.1936-cı ildə Ağdaş rayonun Ağcayazı kəndində anadan olmuş X11 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 16.11.2021-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli 05/Q-3194/11 saylı arayışdan məlum olur ki, X20 ilə X24 arasında nikah haqqında 03.05.1961-ci il tarixdə 05 saylı akt qeydi tərtib edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 227 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Qeydiyyat şöbəsinin 1936-cı illəri əhatə edən Ağcayazı kənd Sovetliyinin doğum sənədlərinə baxış zamanı X11 adına rast gəlinməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli 237 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon X35 X4, Dövlət Kooperativ və X8 Evlərinin heç bir sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur. Beləliklə məhkəmədə aydın oldu ki, “Yerli X4, Dövlət Kooperativ və X14 Evlərinin Kirayəsi haqqında Nümunəvi Müqaviləyə” əsasən 01.02.1981-ci il tarixdə Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən ümumi sahəsi 33.0 kv/m olan 1 mərtəbəli 3 otaqlı yaşayış evinin kirayə müqaviləsində kirayəçinin adı X1 qeyd edilsə də, həmin müqavilədə texniki səhvə yol verilərək ərizəçinin X5nun əvəzinə səhvən X16 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar həmin faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” AR qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsaslarından biridir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X16 ilə 01.02.1981-ci il tarixdə Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən ümumi sahəsi 33.0 kv/m olan 1 mərtəbəli 3 otaqlı, 9 nömrəli yaşayış evinə dair bağlanılmış Yerli X4, Dövlət, Kooperativ və X6 Evlərinin Kirayəsi haqqında “Nümunəvi Müqavilənin” X15 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-86/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-86/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver