Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-860/2022 15.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Nehrəxəlil kəndində özünə məxsus evdə yaşayır. Yaşayış evinin elektrik sayğacı yolda quraşdırılmışdır. Yaşadığı evə quraşdırılmış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəyir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat-bildirişi ona təqdim edilmiş və sayğacda hər hansı nasazlığın olması barədə ona məlumat verilməmişdir. 05 yanvar 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğaca kənar qoşulmadan iştifadə etmiş, ona görə də həmin sayğacı dəyişdirərək yenisi ilə əvəz etmişlər və yox olan sayğaca cərimə yazıblar. Bir müddət əvvəl ona məlum olmuşdur ki, sayğaca müdaxilə nəticəsində 434.39 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun **********00496 saylı abunə koduna vurulmuşdur. Həmin elektrik sayğacına tərəfindən hər hansı formada müdaxilə etməmişdir. Bundan əlavə onun evinə quraşdırılmış elektrik sayğacı həyətinin divarından çöldə, yəni küçə tərəfdə quraşdırıldığından ona nəzarət etmək iqtidarında olmamışdır. Həmin sayğaca bildiyinə görə nəzarəti cavabdeh orqanın təyin etdiyi nəzarətçi həyata keçirməlidir. Ona görə də cavabdeh orqan tərəfindən 434.39 manat itirilmiş enerjinin dəyərinin qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, cavabdeh orqan "xxxx" ASC tərəfindən qanunsuz olmaqla hesablanaraq onun **********00496 saylı abonent koduna vurulmuş 434.39 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən qanunsuz olmaqla onun **********00496 saylı abonent koduna vurulmuş 434.39 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı iddia tələbini bu kimi səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Ağdaş EŞ-nin “Proqram bazası”ında xx.xx.2007-ci il tarixdən **********00496 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış ÜG 68 tipli, zavod nömrəsi 65103169 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2021-ci il tarixinə kimi istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olmuş elektrik sayğacı yeni PAUD MP-106 M580 tipli, zavod nömrəsi **********0 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları balans üzrə Yusifov Laçın, nəzarətçi mühəndis Məmmədov Elnur və elektrik mantyoru X3 EŞ-nin xidməti ərazisinə daxil olan Ləki qəsəbəsində yaşayan elektrik enerjisi istehlakçıları (Məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına da baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar xəttdən istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt RN № 245446 saylı akt tərtib edilmişdir. Aktın “Pozuntu faktının qısa məzmunu” hissəsində “Baxış zamanı məlum oldu ki, abonent sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar qoşulmadan istifadə edir”. Ampermaşa ilə ölçü aparılmışdır. Aktın “Tələb” hissəsində “Sayğacın giriş kabeli dəyişilərək normal sxem bərpa edilsin” qeydiyyatı aparılmışdır. İddiaçı aktın tərtibatında iştirak edilməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktla üzrə Komissiya” tərəfindən İddiaçı elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi üçün sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 488.42 manat təşkil edən 4838 Kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində elektrik enerjisindən istifadəyə görə hesabat aparılarkən Enerjitəchizatı müəssisəsi tərəfindən ona qarşı hər-hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmiş, hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün aparılmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edilməsi onun Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən “Abunə haqqında” məlumatdan aydın görünür. Göstərilənlərə əsasən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında ifadə verərək “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları balans üzrə mühəndis işlədiyini, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları nəzarətçi mühəndis Elnur Məmmədov və elektrik mantyoru Etibar Məmmədov ilə birlikdə Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ləki qəsəbəsində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən elektri enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirdiklərini, baxış zamanı abonentin sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar xətdən istifadə etməsi faktının aşkar edildiyini, aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar tərəflərindən “EEİQ”na uyğun olaraq AKT RN № 245446 saylı akt tərtib edildiyini bildirdi. İş materialları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" ASC-yə qarşı iddia tələbini bu kimi səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda xx.xx.2007-ci il tarixdən **********00496 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış ÜG 68 tipli, zavod nömrəsi 65103169 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2021-ci il tarixinə kimi istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olmuş elektrik sayğacı yeni PAUD MP-106 M580 tipli, zavod nömrəsi **********0 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına da baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar xəttdən istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt RN № 245446 saylı akt tərtib edilmişdir. İddiaçı aktın tərtibatında iştirak edilməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktla üzrə Komissiya” tərəfindən İddiaçı elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi üçün sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 488.42 manat təşkil edən 4838 Kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin təsisi etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X1 əməkdaşları tərəfindən elektrik istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçıya məxsus yaşayış evində elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman abonentin sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar xəttdən istifadə etməsi faktı müəyyən edilərək ona 434.39 manat borc yazılmışdır. Məhkəmə hesab edir ki, aşkar edilmiş abonentin sayğacın giriş kabelini evin divarındakı suvağın altına salaraq kənar xəttdən istifadə etməsi nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir, belə olan halda cavabdeh tərəfindən hesablanmış 434.39 manat borcdan 361.99 manat azaldılaraq tələb edilən borc 72.40 manat müəyyən edilməli, qalan məbləğ silinməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh orqan "xxxx" ASC tərəfindən qanunsuz olmaqla hesablanaraq İddiaçı **********00496 saylı abone koduna vurulmuş 434.39 manat borcdan 361 manat 99 qəpik (üç yüz altmış bir manat doxsan doqquz qəpik) borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-860/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-860/2022
15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver