Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-867/2020 10.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Ə.Mənafovanın iştirakı ilə İddiaçı Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbulu ilə bağlı müddətin bərpa edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbulu ilə bağlı müddətin bərpa edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın kütləsinə daxil olan Ağdaş rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə Hüseynova Nargilə Babaş qızı və X16 verilmiş 0,04 ha sahəsi olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı torpaq sahəsindən ibarət əmlakın qəbulu müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, iddia tələbi ilə məhkəməyə müraciət etməyinin əsas səbəbi vəfat etmiş anası Hüseynova Nargilə Babaş qızı və qardaşı X6 miras qalmış Ağdaş rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə Hüseynova Nargilə Babaş qızı və X16 verilmiş 0,04 ha torpaq sahəsi olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı torpaq sahəsidir. Ağdaş rayonunda yerləşən 0,04 ha hektar torpaq sahəsini Aqrar islahat komissiyası anası Hüseynova Nargilə Babaş qızı və qardaşı X14 mülkiyyətinə vermişdir. Həmin torpaq sahəsində ev olsa da sonradan həmin ev uçmuşdur. Anasının vəfatından sonra onun birinci növbə vərəsələri olaraq X7, X37, X29, X30 və X31 qalmışdır. Lakin həmin vərəsələrdən də X30 və X31 vəfat etmişdir.Qardaşı X30 vəfat etmiş və özündən sonra birinci növbə vərəsələri qalmamışdır. Belə ki, qardaşı evli olmamış və övladları yoxdur. Anası və qardaşının vəfatından sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi onun tərəfindən faktik olaraq qəbul edilmiş və həmin əmlak üzərində o, sahiblik etmişdir. Həmin torpaq sahəsində əkin-biçinlə məğul olmuşdur. Digər vərəsələr qanunla müəyyən edilmiş müddətə mirası qəbul etməmiş və bu barədə hər hansı iddia tələbi ilə çıxış etməmişlər. O, faktik olaraq miras əmlakı qəbul etdiyi, sahiblik etməyə başladığı üçün hesab etmiş ki, notariat konturuna müraciət etmək lazım deyil. Digər vərəsələr onun xeyrinə mirasdan imtina etmişdir. Bu barədə notariat kontoruna müraciət etdikdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq Ağdaş rayonu Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun bacısıdır. Qeyd etmək istəyir ki, vəfat etmiş anası Hüseynova Nargilə Babaş qızı və qardaşı X6 miras qalmış Ağdaş rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə Hüseynova Nargilə Babaş qızı və X16 verilmiş Ağdaş şəhərində yerləşən 0,04 ha torpaq sahəsini qəbul etmiş və miras üzərində o, sahiblik etməyə başlamışdır. Həmçinin qeyd etmək istəyir ki,o,ona çatası miras paydan iddiaçının xeyrinə imtina edir. İş üzrə şahid X37 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun bacısıdır. Qeyd etmək istəyir ki, vəfat etmiş anası Hüseynova Nargilə Babaş qızı və qardaşı X6 miras qalmış Ağdaş rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə Hüseynova Nargilə Babaş qızı və X16 verilmiş Ağdaş şəhərində yerləşən 0,04 ha torpaq sahəsini qəbul etmiş və miras üzərində o, sahiblik etməyə başlamışdır. Həmçinin qeyd etmək istəyir ki, o, ona çatası miras paydan iddiaçının xeyrinə imtina edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon Notariat Kontorunun X40 xx xxx 2020-ci il tarixli notariat əməliyyatı aparılmasından 147 nömrəli imtina qərarından görünür ki, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş Hüseynova Nargilə Babaş qızından miras qalmış Ağdaş şəhərində yerləşən 0,04 ha torpağa dair mirasın qəbulu üçün müddət ötürüldüyündən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş şəhərində yerləşən 0,04 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə Hüseynova Nargilə Babaş qızı və X14 birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X31 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X23 xx xxxxxx 1986-cıil tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1983-cü ildə anadan olmuş X8 valideynləri X31 və X17r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Nuranə Xanlar qızı ilə xx xxxxxx 2007-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş evləndikdən sonra qadın ərinin İsmayılova soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Hicran Xanlar qızı ilə xx xxxxxx 2011-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş evləndikdən sonra qadın ərinin Haxverdiyeva soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X30 xx xxxxxx 2020-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında arayışdan görünür ki, X23 ilə Rasulova Nargilə Babaş qızı xx xxxx 1956-cı ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. Evləndikdən sonra qadına Hüseynova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X14 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, xx xxxxx 1926-cı ildə anadan olmuş Rasulova Nargilə Babaş qızının valideynləri Babayev Babaş Rasul oğlu və X10r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışlardan görünür ki, X30, X26, X18 və X27 X22 İsmayıl oğlu və Hüseynova Nargilə Babaş qızıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında arayışdan görünür ki, X38 ilə X19 xx xxx 1974-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. Evləndikdən sonra qadına Nurəddinova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, Hüseynova Nargilə Babaş qızı xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Hüseynova Nargilə Babaş qızı vəfat etdiyi günədək Ağdaş şəhər 20 Yanvar küçəsi 32 nömrəli evdə yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Hüseynova Nargilə Babaş qızı vəfat etdiyi günədək Ağdaş şəhər 20 Yanvar küçəsi 32 nömrəli evdə tək yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, Babayev Babaş Rasul oğlunun və X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1961-ci ildə anadan olmuş X11 X22 İsmayıl oğlu və Hüseynova Nargilə Babaş qızıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Ağdaş İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Hüseynova Nargilə Babaş qızı xx xxxxxx 2017-ci ildə vəfat etmişdir.Özündən sonra birinci növbə vərəsələri olaraq X7, X37, X29 qalmışdır. X21 Bəylər oğlu və X31 vəfat etmişdir. İkinci növbə vərəsələri olaraq X20, X12 və X36 qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Hüseynova Nargilə Babaş qızının ailə üzvləri bunlardan ibarət olmuşdur. Həyat yoldaşı X23 vəfat etmişdir, oğlu X30 və X31 vəfat etmişdir. Övladları X7, X37, X29. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, X14 ailə üzvləri bunlardan ibarət olmuşdur. X22 İsmayıl oğlu və Hüseynova Nargilə Babaş qızı vəfat etmişdir,qardaşı X31 vəfat etmişdir. Bacı və qardaşları X7, X37, X29. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, X15 ailə üzvləri bunlardan ibarət olmuşdur. Həyat yoldaşı X32, övladları X20, X12 və X36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə icasında araşdırılmış sübutlar,iddiaçının izahatı və dindirilmiş şahid ifadələri nəticəsində məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum Hüseynova Nargilə Babaş qızı və X6 miras olaraq iddiaçının iddia tələbində qeyd etdiyi kimi fərdi yaşayış evi və torpaq sahəsi deyil, yalnız Ağdaş şəhərində yerləşən 0,04 ha torpaq sahəsi qalmışdır. Belə ki, fərdi yaşayış evinin mövcudluğuna dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Hüseynova Nargilə Babaş qızı və X14 vəfatından sonra onlardan miras olaraq ünvan 3 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsini iddiaçı miras olraq qəbul etmiş və üzərində sahiblik etmişdir. Digər vərəsələr isə iddiaçının xeyrinə öz paylarından imtina etmişlər. İddiaçı mirasın qəbulu ilə bağlı üzrlü səbəbdən müddəti buraxmışdır. Hüseynova Nargilə Babaş qızı və X14 vəfatından sonra onlardan miras olaraq ünvan 3 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin miras olaraq qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin xx xxxxxx 2017-ci ildə vəfat etmiş Hüseynova Nargilə Babaş qızı və xx xxxxxx 2020ci ildə vəfat etmiş X14ölümündən sonra ondan miras qalmış ünvan 3 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-867/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-867/2020
10.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver