Məhkəmə qərarları › İş №2(014)-87/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-87/2022

18.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-87/2022 18.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı X7 12.03.2003-cü ildə anadan olmuşdur. Doğulduğu gündən etibarən X8qı iflic xəstəsi olaraq doğulmuş, bu səbəbdən fəaliyyət qabiliyyəti mövcud deyildir. Qızı iflic və nitq pozğunluğu qüsurlarına görə halhazırda öz hərəkətlərinin mənasını ifadə etmək və onları idarə etmək iqtidarında deyil. Ağdaş rayon X5 serebral iflicindən qalıq əlamətləri, Tetraparez, nitq pozğunluğu diaqnozu ilə dispaser qeydiyyatdadır. Onun bu qüsuru birinci qrup əlil kimi qiymətləndirilmiş, aylıq 150 manat təqaüd təyin edilmişdir. İllərdir ki, övladının fəaliyyət qabiliyyəti olmadığı üçün qızı Əzizova Rəqsanəyə o baxır və bütün ehtiyacları onun tərəfindən qarşılanır. Göstərilənlərə əsasən, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edəsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 30.07.2021-ci il tarixli, № **********5 saylı arayışdan görünür ki, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialından İ qrup əlilliyə görə müddətsiz hər ay 150 (yüz əlli) manat və İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 (yüz otuz) manat alır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, AZ-T seriyalı, № 033615 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X4 05.12.2000-ci il tarixdə 126 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əzizova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, AZ-T seriyalı, № 187940 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 12 mart 2003-cü il tarixdə Rusiya Federasiyası Voronej şəhərində anadan olmuş, atası X9, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 18.02.2022-ci il tarixli, 106 saylı rəyindən görünür ki, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla əvvəllər müavinət alması, sonralar ona İ qrup müddətsiz əlillik təyin edilməsi, 2004-cü Ağdaş MRX-nm poliklinikasında “Uşaq serebral iflici, tetraparez, psixi və fiziki inkşafdan geri qalma” diaqnozla qeydiyyata götürülməsi (Ağdaş MRX-dan verilmiş ambulator karta), daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakılarm köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq, yazmaq vərdişlərinin əldə edə bilməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının (ekspertiza zamanı yoxlanılan şəxsin suallara anlaşılmaz səslərlə cavab verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, anadan olduğu ili, ilin fəsillərini söyləyə bilməməsi,əhvalının davamsız olması,onda narahatlıq müşahidə edilməsi, bəzən səbəbsiz qeyri-adekvat gülməyə başlaması, yaddaşında kobud pozuntu,təfəkküründə konkretlik aşkar edilməsi,oxumaq, yazmaq vərdişlərinin olmaması, hesablama əməliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralaraq fizioloji tələblərlə motivləşməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması,intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=42% və s.) aşkar edilməsi, tənqidi funksiyasının olmaması və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, X2 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, 2004-cü ildən Ağdaş MRX-nın poliklinikasında “Uşaq serebral iflici, tetraparez, psixi və fiziki inkşafdan geri qalma” diaqnozla qeydiyyata götürülmüş, (Ağdaş RMX-dən verilmiş ambulator karta), daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı var. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 12 mart 2003-cü il təvəllüdlü X7 qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 12 mart 2003-cü il təvəllüdlü X7 qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar