Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-88/2022 24.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iştirakı ilə Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X4 01.01.1994-cü ildə anadan olmuşdur. Doğulduğu gündən etibarən X4 ruhi xəstə olaraq doğulmuş, bu səbəbdən fəaliyyət qabiliyyəti mövcüd deyildir. Qızı psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Ağdaş rayon X5 dərəcə əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Onun bu qüsuru 1-ci qrup əlil kimi qiymətləndirilmiş, aylıq 150 manat təqaüd təyin edilmişdir. İllərdir ki, övladının fəaliyyət qabiliyyəti olmadığı üçün qızı Mustafayeva Zeynəbə o baxır və bütün ehtiyacları onun tərəfindən qarşılanır. Odur ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, X4 01.01.1994-cü ildə anadan olmuşdur, atası X6, anası Ərizəçidır. X1 RMX-in PHŞ-də “Ağır dərəcəli əqli gerilik, digər davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. X2 müddətsiz İ qrup əlildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2022-ci il tarixli 07 saylı rəyindən görünür ki, X4 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1994-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-88/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-88/2022
24.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver