Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-88/2024 09.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X1 və X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O Ağdaş şəhəri, C.Hacıyev ev-44 ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii su ilə təmin edilmişdir, sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugünədək istifadə etdiyi su sərfiyyatında əlavə heç bir məbləğ tələb olunmamışdır. Bir neçə aydır ki, cavabdeh orqan tərəfindən ona əsassız olaraq 410 manat borc hesablanmışdır. Cavabdeh orqandan borcun səbəbini soruşduqda isə ona 5-10 il bundan əvvəlin borcu olduğunu və borcun var ödəməlisən sözündən başqa heç bir söz deyilmədi. Ancaq mənim 5-10 il əvvəl yaranmış borcuna dair də cavabdeh orqan tərəfindən ona heç bir arayış və akt təqdim edilməmişdir. Ona bugünə qədər də məlum deyil ki, onun 5-10 il bundan əvvəl su borcu nə vaxt və hansı əsasla yaranmışdır. Ağdaş Sukanal TSC rəhbərliyinin əsasız və gülünc cavabı ilə tanış olduqda Ağdaş Sukanal TSC-nin keçmiş əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Ən əsası da odur ki ondan 10 ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Hesab edir ki, cavabdehin iddia etdiyi borc məbləği əsassız hesablanmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, xəstə olduğu üçün təyin edilmiş məhkəmə baxışı iclasının onun iştrakı olmadan keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə hazırlıq iclası zamanı iddiasını müdafiə edərkən, borc yazılan dövrlərdə əri ilə birlikdə həmin ünvanda ikisinin yaşadığını, onların evində ikisindən başqa heç kimin yaşamadığını, ümumiyyətlə bir neçə il onların küçəsinə normal su verilmədiyini, özünün Prezident təqaüdçüsü olduğunu, heç vaxt dövlətə olan borcu ödəməkdən yayınmadığını, ona yazılmış borcun düzgün hesablanmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağdaş Sukanal sahəsinin komputer bazasında xx.xx.2011-ci il tarixdən abonentin borc dinamikası, 01.2011 ci il üzrə 48,15 manat dəyərində su istifadə olunmuş, lakin ödəniş edilməmişdir, 02.2012-ci il üzrə 55,80 manat dəyərində su istifadə olunmuş, lakin ödəniş edilməmişdir, 03.2013-cü il üzrə 55,80 manat dəyərində su istifadə olunmuş, istifadə olunmuş suya görə 37 manat ödəniş edilmiş, 18,80 manat borc qalmışdır. 04.2014-cü il üzrə 57,35 manat dəyərində su istifadə edilmiş, lakin ödəniş olmamışdır, 05.2015-ci il üzrə 74,40 manat dəyərində su istifadə olunmuş, 44 manat ödəniş edilmiş, 30,40 manat borcu qalmışdır. 06.2016-cı il üzrə 71,10 manat dəyərində su istifadə edilmiş lakin ödəniş olmamışdır. 2016-cı ilin sonunadək abonentin toplam olaraq 281.60 manat su pulu borcu yaranmış, 2016-cı ildə X3 keçid zamanı abonentin 281,60 manat borcunun üstünə 12,65 manat dəbbə pulu gəldikdən sonra abonentin borcu 294,25 manat olmuşdur, həmin ildə də ödəniş olmamışdır yekunda 2016-cı ilə 294,25 manat borc qalmışdır. 2016-cı ildən 2021-ci ilədək olan borc dinamikası, 2016-cı ilədək 294.25 manat borc yaranmışdır. 2017-ci il üzrə 54.45 manat dəyərində su istifadə olunmuş, 74 AZN ödəniş olunmuş 19,55 manat artıq ödəniş borcdan silinmişdir və 2011-ci ildən 2017-ci ilin sonuna borc azlaraq 274,70 manat qalmışdır. 2018-ci il üzrə 22,50 manat dəyərində su istifadə olunmuş ödəniş olmamışdır, 2011-ci ildən 2018-ci ilin sonuna borc artaraq 297,20 manat olmuşdur. 2019-cu il üzrə 127,35 manat dəyərində su istifadə olunmuş, 46,70 manat ödəniş edilmiş, 80,65 manat borc qalmışdır. 2011-ci ildən 2019-cu ilin sonuna borc artaraq 377,85 manat olmuşdur. 2020-ci il üzrə 85,95 manat dəyərində su istifadə olunmuş, 88 manat ödəniş edilmiş, 2,05 manat artıq ödəniş borcdan silinmiş və 2011-ci ildən 2020-ci ilin sonuna borc azalaraq 375,80 manat qalmışdır. 2021-ci il üzrə 134,72 manat dəyərində su istifadə olunmuş, 134,80 manat ödəniş edilmiş 0,08 manat artıq ödəniş borcdan silinmiş və 2011-ci ildən 2021-ci ilin sonuna borc azalaraq 375,72 manat qalmışdır. 2022-ci il üzrə 107,10 manat dəyərində su istifadə olunmuş, 90,50 manat ödəniş edilmiş, 16,60 manat borc qalmışdır. 2011-ci ildən 2022-ci ilin sonuna borc artaraq 392,32 manat olmuşdur. 2023-cü il noyabr ayınadək 73,50 manat dəyərində su istifadə olunmuş, 41,20 manat ödəniş edilmiş 32,30 manat borc qalmışdır. 2011-ci ildən 2023-cü ilin sonuna borc artaraq 424,62 manat olmuşdur. xx.xx.2019-cu il tarixdə abonentin həyətində su xəttinə mexaniki su sayğacı quraşdırılmışdır. Yekun olaraq yaranmış 424,62 manat borcun 297,20 manat hissəsi xx.xx.2019-cu il tarixdə abonentin həyətində su xəttinə mexaniki su sayğacı quraşdırılan tarixədək olan borcdur qalan 127,42 manat su sayğacı quraşdırıldıqdan sonra yaranmış borcdur. Məhkəmə iclasında sualları cavablandıran "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X4 bildirdi ki, Hər ilin əvvəlində abonent ailə tərkibi neçə nəfərdən ibarət olması barədə arayış təqdim etməli idi, lakin iddiaçı həmin arayışı təqdim etmədiyindən iddiaçıya 3 nəfər borc hesablanmışdır. Abonent kartı ilə tərəfindən təqdim olunmuş ziddiyyəti izah edə bilmir. Ola bilsin ki Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc silinmiş, bu səbəbdən abonent kartında həmin il öz əksini tapmamışdır, lakin tərəfindən təqdim olunmuş arayəşda həmin il üçün 48 manat 15 qəpik borc hesablanmışdır. Həmçinin, 2014 və 2016-cı illər üzrə hesablanmış borclar bəzən 3 nəfər bəzən də 4 nəfər üçün hesablanmışdır. Lakin hansı meyarla hesablandığını dəqiqi izah edə bilmir. Ailə tərkibi haqqında arayış hər ilin əvvəlində təqdim edilməlidir, ilin sonlarında ailə tərkibində dəyişiklik olmasa həmin borc 4 nəfərlə hesablana bilməzdi, ailə tərkibinin dəyişməsi ilə bağlı isə onlarda hər hansı məlumat yoxdur. 2019-cu ilin fevralın 1-də iddiaçının evinə sayğac quraşdırılmış və iddiaçıya hər ay abonent bildirişi verilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X2 izahatına uyğun izahat verdi. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-nin Ağdaş Sukanal TSCnin xx.xx.2011-ci il tarixli, **********000 saylı abonent kartından və arayışından görünür ki, İddiaçı 2016-cı il üzrə 294,25 manat, 2017-ci il üzrə 54,45 manat, 2018-ci il üzrə 22,50 manat, 2019-cu il üzrə 127,35 manat, 2020-ci il üzrə 85,95 manat, 2021-ci il üzrə 134,72 manat, 2022-ci il üzrə 107 manat, 2023-cü il üzrə 73,50 manat borcu olmaqla, 2023-cü il noyabr ayına qədər su-kanalizasiyadan istifadəyə görə 410,32 manat borc hesablanmışdır. Yekun olaraq həmin borcun 297 manat 20 qəpik hissəsi 01 fevral 2019-cu il tarixdə abonentin həyətində su xəttinə müxaniki su sayğacı quraşdırılan tarixədək olan borcdur, 127 manat 42 qəpik su sayğacı quraşdırıldıqdan sonra olan borcdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 44 İddiaçı mülkiyyətində olmaqla, həmin mənzil "xxxx" ASC tərəfindən su ilə təchiz olunur. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşa təqdim olunmuş abonent kartı ilə məhkəməyə təqdim olunmuş arayış arasında məbləğin hesablanmasında ziddiyyətlər var. Belə ki, abonent kartında 2011-ci il üçün borc hesablanmasa da arayışda həmin il üçün vətəndaşa 48 manat 15 qəpik borc hesablanmışdır. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də 2014 və 2016-cı illər üzrə hesablanmış borcların hansı meyarla hesablandığını məhkəmə iclasında müəyyən edə bilməmişlər. Ümumiyyətlə həmin illərdə, yəni 2012-ci ildən 01 fevral 2019-cu ilədək olan (sayğacsız dövr üçün) borcun qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanıb-hesablanmamasını məhkəmə iclasında müəyyən etmək mümkün olmur. İddiaçı sayğacdan əvvəlki dövrlərdə qeyd olunan ünvanda əri ilə ikisi yaşadıqlarını və bu barədə Azərsu ASC-yə məlumat verdiklərini bildirsə də, cavabdeh həmin arayışın təqdim olunmadığını və bəzən 3 nəfər bəzən də 4 nəfər üçün hesablandığını bildirmişdir. Həmçinin cavabdeh ailə tərkibi haqqında arayışın hər ilin əvvəlində təqdim edilməli olduğunu bildirsə də məhkəmə iclasında müəyyən olundu ki, 2014-cü ilin dekabr ayına kimi suyun dəyəri 3 nəfər üçün, dekabr ayında isə 4 nəfər üçün, 2016-cı ilin sentyabr ayınadək 3 nəfər üçün, sentyabr ayından 4 nəfər üçün hesablanmışdır. Yaranmış ziddiyyətli məqamlar sayğacdan əvvəlki dövr üçün borcun düzgün hesablanmamasına dəlalət edir. Belə ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 7.1-ci maddəsinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********000 saylı abonent kartına sudan istifadəyə görə yazılmış 01 fevral 2019cu il tarixə qədər 297,20 manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən İddiaçı **********000 saylı abonent kartından sudan istifadəyə görə yazılmış 297,20 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-88/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-88/2024
09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver