Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-886/2023 23.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ağayeva (nikaha qədər Məmmədova) Qədəmçə Məmməd qızı xx xxxx 1991-ci il tarixdə X7 ilə Maraqlı şəxs1 ailəsində, onların rəsmi nikahlarından doğulmuşdur. 08 avqust 2010-cu ildə o, X26 ilə rəsmi nikaha daxil olaraq Ağayeva soyadını qəbul etmişdir. “Torpaq slahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə rayonun Pirəzə kəndi ərazisində yerləşən 2,01 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mərhum atası X4, mərhum bacısı X8, onun və iş üzrə maraqlı şəxslər olan anası Maraqlı şəxs1 və bacısı Maraqlı şəxs2 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsi faktı kod nömrəsi 90316018 olan JN-292 nömrəli Dövlət aktı ilə təsdiqlənir. Həmin vaxtdan onlara verilmiş torpaq sahəsi Ağdaş rayon İHB Pirəzə kənd İƏD üzrə nümayəndəliyin şəxsi təsərrüfat kitabında adlarına qeydiyyatda olmaqla, onların istifadəsindədir. Bu yaxınlarda o, qeyd edilən torpaq sahəsi üzərində mülki hüquqlarını həyata keçirmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət etmiş və məlum olmuşdur ki, qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında ailə üzvü kimi, onun adı səhvən Rəfiqə kimi göstərilmişdir. JN-292 nömrəli, kod nömrəsi 90316018 olan Dövlət aktındakı səhvin düzəldilməsi məqsədi ilə o, həmin sənədi vermiş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında Əsasnamələrin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 №-li Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının və Azərbaycan Respublikasının DT və XK ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmiş DTXK hüquqi varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 nömrəli Yevlax Ərazi idarəsinə müraciət etmiş və ona bu ərazi idarəsinin səlahiyyətinə aid deyil deyə xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Eyni zamanda ona onlara məxsus olan daşınmaz əmlakın dövlət reyestri üçün torpağın mülkiyyətə verilməsinə dair kod 90316018, nömrəsi JN: 292 olan Dövlət aktındakı X5 yazılan şəxsin ona, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə müvafiq məhkəmə aktını olması izah edilmişdir. İşin mahiyyət üzrə “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin və maraqlı şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onların adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 da özündən əvvəl ifadə vermiş şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-292 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4 və ailə üzvləri Maraqlı şəxs1, X12, X15 və X8 mülkiyyətinə ünvan 1ində 2,01 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli, № 3- 21-3-35/2-A-0014-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-32 /2-46 / 2023 saylı arayışdan görünür ki, Ağayeva (Məmmədova) Qədəmçə Məmməd qızına və ailəsinə verilmiş JN-292 nömrəli aktda X11 adı Ərizəçi olmalıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöpbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/105368-23 saylı arayışdan görünür ki, xx.xx.1967-ci ildə ünvan 1ində doğulmuş X4 ailə üzvləri – arvadı xx.xx.1971-ci il təvəllüdlü Maraqlı şəxs1, qızları xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1996-ci il təvəllüdlü X13 (ölüb), xx.xx.2001-ci il təvəllüdlü X9 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2013-cü il tarixli, AZ-İ № 634820 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Pirəzə kənd İ/N tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli, AZ-İİ № 297104 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.1999-cu ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti Pirəzə ərazi nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 1996-cı il tarixli, XİX-ЖГ № 381597 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 01 fevral 1996-cı il tarixdə ünvan 1ində anadan olmuş, atası X7, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti Pirəzə ərazi nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 1991-ci il tarixli, XVİ-ЖГ № 277433 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxx 1991-ci il tarixdə ünvan 1ində anadan olmuş, atası X7, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Ağdaş rayon Pirəzə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 1992-ci il tarixli, AZ-İV № 854516 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx xxxx 1992-ci il tarixdə ünvan 1ində anadan olmuş, atası X7, anası isə Maraqlı şəxs1dır. İşin materiallarında olan Pirəzə kənd soveti tərəfindən verilmiş 12 oktyabr 1990-cı il tarixli, V-ЖГ № 354022 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Hürü Həşim qızı ilə 12 oktyabr 1990-cı il tarixdə 23 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Pirəzə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2010-cu il tarixli, AZ-İ № 580457 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Qədəmçə Məməd qızı ilə 08 avqust 2010-cu il tarixdə 04 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2011-ci il tarixli, AZ-İ № 671562 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Türkan Məmməd qızı ilə 27 may 2011-ci il tarixdə 07 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə ünvan 1ində anadan olmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsinin, maraqlı şəxslərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-292 saylı (kod ********) Dövlət Aktında texniki səhv olaraq ərizəçinin adı “Qədəmçə” əvəzinə “Rəfiqə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin ərinin sənəddə göstərilən ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-292 saylı (kod ********) Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-292 saylı (kod ********) Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-886/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-886/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver