Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-890/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyriləri maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi5 mərhum valideynləri X20 ilə X11 xx xxxxxx 1964-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra anaları “Əhmədova” soyadını qəbul etmişdir. Onların birgə nikahlarından ərizəçilər Ərizəçi1 və Ərizəçi5 anadan olmuşlar. X1 vəfat edəndən sonra mərhum anaları onlara məlum olmayan səbəblərdən soyadını dəyişərək öz əvvəlki “İsmayılova” soyadını qəbul etmişdir. Ərizəçi1 1992-ci ildə Ərizəçi4 ilə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından ərizəçilər Ərizəçi2 və Ərizəçi3 anadan olmuşlar. Torpaq islahatı zamanı Ağdaş rayonunun Şordəhnə kəndi ərazisində 3,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X11, X3, X18, X6, X19 və X9 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN-120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin dövlət aktında texniki səhvə yol verilərək ərizəçilərin soyadı “İsmayılova” kimi qeyd olunmuşdur. Halbuki, ərizəçilərin soyadı “Əhmədov” olmuşdur. Yalnız mülkiyyətçilərdən mərhum Yemənin soyadı “İsmayılova” olmuşdur. Ərizəçilər Ərizəçi1 və Ərizəçi5 anası X11 xx xxxxxx 2001-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində vəfat etmişdir. X5 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar tələb olunan sənədləri üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə təqdim edən zaman kənd təsərrüfatı təyinatlı 3,79 hektar torpaq sahəsinə dair adlarına verilmiş mülkiyyət hüququna dair Dövlət aktında soyadları “İsmayılov” kimi yazıldığından vərəsəlik işi açdıra bilməmişlər. Düzəlişin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X24 Komitəsinin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edəndə oradan bildirmişlər ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktı həmin idarə yaranmamışdan əvvəl başqa təşkilat tərəfindən tərtib edildiyindən onlar tərəfindən torpağa mülkiyyət hüququna dair Dövlət aktında buraxılmış yanlışlıqların onlar tərəfindən düzəldilməsi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bütün bunlar məhkəməyə təqdim etdikləri sənədlərlə təsdiq olunur və eləcə də məhkəməyə dəvət edəcəyi şahid ifadələri ilə də təsdiq oluna bilər. Odur ki, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11, X3, X18, X6, X19 və X9 mülkiyyətinə verilməsinə dair JN - 120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X7 və ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt onlara kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mərhum X7 çatası payına ölümündən sonra vərəsəlik işinin açılması üçün lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 izahatlar verərək ərizədə göstərilənləri təsdiq etmişlər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında Ərizəçi5 ərizə təqdim edərək məhkəmə baxışına gələ bilməyəcəyini, buna görə də işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçilərlə eyni kənddə yaşayır. X11, Ərizəçi1, Ərizəçi5, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində onların soyadı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 da özündən əvvəl ifadə vermiş şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan AZ-İİ seriyalı № 098072 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İşin materiallarında olan Qasım İsmayılov rayonunun Safıkürd kənd soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci ildə anadan olmuşdur. X4, anası X14r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 570 saylı arayışdan görünür ki, Ərizəçi5 xx.xx.1965-ci ildə Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. X4, anası X15r. İşin materiallarınada olan Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş xx xxxxxxx 1992-ci il tarixli, V-JQ seriyalı, № 423313 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ilə X10 xx xxxxxxx 1992-ci il tarixdə 21 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-120 saylı (kod ********) Dövlət aktından görünür ki, X11, X3, X18, X6, X19 və X2 təsərrüfatı məhsullarının istehsalı üçün 3,79 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X24 Xidmətinin DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, № **********72 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. Beləliklə, məhkəmədə ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin soyadı Ağdaş rayon Aqrar İslahat Komissiyasının tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-120 saylı (kod ********) Dövlət aktında texniki səhv olaraq “Əhmədov” əvəzinə, “İsmayılov” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadı onların şəxsiyyətini təsdiq edən sənəddəki soyadları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11, X3, X18, X6, X19 və X9 mülkiyyətinə verilməsinə dair JN - 120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X7 və ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən 3,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11, X3, X18, X6, X19 və X9 mülkiyyətinə verilməsinə dair JN - 120 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X7 və ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-890/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-890/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver