Məhkəmə qərarları › İş №2(014)-890/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-890/2023

18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-890/2023 18.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil1, Cavabdeh4, Cavabdeh3 vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 İddiaçı1 əri, digər İddiaçı2yə oğlunun atasıdır. X12 10 oktyabr 2014-cü ii tarixdə Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşadığımı evdə ölmüşdür. İddiaçı1 X12 ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Nikahlarını 07 iyul 2001-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində (keçmiş Ağdaş rayon VVAQD şöbəsi) rəsmiləşdirmişlər. Birgə nikahlarından digər İddiaçı2 doğulmuşdur. X8 İddiaçı1 əvvəl də evli olmuşdur və onun birinci nikahından cavabdehlər doğulmuşdur. İiddiaçılar mərhumla birlikdə o, ölən günədək Ağdaş şəhəri, Məşəd küçəsində ona məxsus fərdi yaşayış evində yaşamışlar. Fərdi yaşayış evinin bir otağından Cavabdeh3 və ailəsi, qalan iki otağından isə iddiaçılar yaşayır. X1 ilə birinci nikahlarından doğulmuş övladları arasında islahat zamanı ümumi birgə mülkiyyətlərinə verilmiş 0,15 hektar həyətyanı və 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən birgə istifadə edə bilmədiklərinə və aralarında mübahisə yarandığından mərhum torpaq sahələrində payların müəyyən edilməsi və naturada ayrılmasına dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(014)-492/2014 saylı qətnaməsi də Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərar və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,15 hektar həyətyanı torpaq sahəsində Cavabdeh2 və Cavabdeh3 hər birinin payı 1/4 hissədə müəyyən edilmiş və həmin hissədə paylarının naturada ayrılıb Cavabdeh2 və Cavabdeh3 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN-134 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 Cavabdeh1 və X2 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,80 hektar torpaq sahəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, eləcə də maraqlı şəxs Cavabdeh4 hər birinin payı 1/6 hissədə müəyyən edilmiş və həmin hissədə paylarının naturada ayrılıb Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 verilməsi qət edilmişdir. X6 ölən günə iddiaçılardan və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhumun ölən günə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsindən ona çatası ¼ hissə, 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/6 hissə torpaq sahələri və 0,15 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 110,5 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. X6 ölümündən sonra ondan miras qalmış əmlakları faktiki olaraq iddiaçılar və Cavabdeh3 qəbul edərək istifadə və idarə etməyə başlamışlar. Digər cavabdehlər isə ərinin ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə və qaydada ərindən miras qalmış əmlakdan onlara çatası payları ilə maraqlanmamış və aidlyyati üzrə müraciət etməmişlər. 2018-ci İlin əvvəlində iddiaçılar mərhumdan miras qalmış əmlaklara vərəsəlik işinin açılması ilə əlaqədar lazımi sənədlərlə Ağdaş rayon Notaiat Ofisinə müraciət etmişlər. Notariat Ofisi tərəfindən məktubla DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilərək Əhmədov Əhmədə məxsus fərdi yaşayış evi və onun yerləşdiyi 0,15 hektar həyətyanı torpaq sahəsi məhkəmənin qeyd olunan qətnaməsindən sonra tam mülkiyyət hüququ əsasında qeydə alınması xahiş olunmuşdur. Həmin daşınmaz əmlaklar DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 22 mart 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq **********-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ağdaş rayon Notariat ofisində vərəsəlik işi açılan zaman cavabdehlərlə aralarında mübahisə olduğundan mirasın qəbulu məsələsini notariat ofisində davam etdirmək mümkün olmamışdır. Ona görə də cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. X1 ölümündən əvvəl vəsiyyətnamə qoymamışdır. Göstərilənlərə əsasən 30 oktyabr 2014-cü il tarixdə Ağdaş şəhərində ölmüş X6 ölümündən sonra Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında miras qalmış fərdi yaşayış evinin ona çatası ½ hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh3, evin yerləşdiyi 0,15 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası ¼ hissəsinin və 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/6 hissəsinin iddiaçılar tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı1 mərhum əri X12 ilə rəsmi nikahda olduğu dövrdə vəfat etdiyindən ondan miras qalmış ona çatası əmlakın ½ hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1, qalan ½ hissəsi isə digər qanun üzrə birinci növbə vərəsələrlə birlikdə iddiaçılara çatır. Ona görə də iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Belə ki, 30 oktyabr 2014-cü il tarixdə Ağdaş şəhərində ölmüş X6 ölümündən sonra Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında miras qalmış fərdi yaşayış evinin ona çatası ½ hissəsinin yarısının, evin yerləşdiyi 0,15 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası ¼ hissəsinin yarısının və 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq torpaq sahəsindən ona çatası 1/6 hissəsinin yarısının mülkiyyət hüququ üzrə ona məxsus olmasını nəzərə almaqla Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında miras qalmış fərdi yaşayış evinin ona çatası ½ hissəsinin yarısının, yəni ¼ hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh3, evin yerləşdiyi 0,15 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası ¼ hissəsinin yarısının, yəni 1/8 hissəsinin və 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq torpaq sahəsindən ona çatası 1/6 hissəsinin yarısının, yəni 1/12 hissəsinin isə iddiaçılar tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, Əhməd və Züleyxa onun valideynləri olmuşlar. Züleyxa 1997-ci ildə, Əhməd isə 2014-cü ildə vəfat etmişdir. 1996- 1999-cu illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra həmin evdə yaşamış, atası ilə Raqibə 2001-ci ildə nikaha daxil olmuş, 2002-ci ildə ailə qurmuş və 2003-cü ildə yaşamaq üçün Qülbəndə kəndində köçmüş, 2019-cu ildə isə yenidən həmin evə qayıtmışdır. Hazırda Əhməddən qalan evdə Raqibə və Elçin yaşayır. Çöl torpağında isə Nizaminin əkib-becərdiyi əkin var. Məhkəmədən atasından qalmış əmlaklardan onun da payının müəyyən olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə digər İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 11 noyabr 2014-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 719588 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 30 oktyabr 2014-cü il tarixdə kəskin ürək çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0134 KOD 90313018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X6 və ailə üzvləri Cavabdeh4, X13, Cavabdeh3, X7 və X9 mülkiyyətinə Ağdaş rayonu, Məşəd kəndi ərazisindən 0,80 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, X6 mülkiyyətində ünvan 1 ünvanında 1 mərtəbəli, ümumi sahəsi 110,5 m2 yaşayış evi vardır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhərində yerləşən 0,7968 hektar torpaq sahəsi Cavabdeh3, X12, Cavabdeh4, Cavabdeh1 və X2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 110,5 hektar torpaq sahəsi X12, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşirilməsinə dair 03/8995 nömrəli arayışın surətindən görünür ki, X6 xx.xx.2023cü il tarixli ********** №-li ərizəsinə və xx.xx.2023-cü il tarixli ********** №-li müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan fərdi yaşayış evində qiymətləndirmə işi aparılmış və 55000 manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 ailə tərkibi ibarətdir:

1. Arvadı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı1;

2. Oğlu xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh4;

3. Qızı xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1;

4. Qızı xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2;

5. Oğlu xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3;

6. Oğlu xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2. İşin materiallarında olan 07 iyul 2001-ci il tarixdə Ağdaş rayon Qeydiyyat (VVAQ) şöbəsi tərəfindən verilmiş Т-КГ № 323812 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 ilə X10 arasında 07 iyul 2001-ci ildə rəsmi nikah bağlanmış, ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşin materiallarında olan 10 may 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 382 saylı doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx xxx 2001ci il tarixdə doğulmuş, atası X12, anası İddiaçı1dır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-492/2014 saylı, 31 iyul 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərar və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh4 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,15 hektar həyətyanı torpaq sahəsində Cavabdeh2 və Cavabdeh3 hər birinin payı 1/4 hissədə müəyyən edilmiş və həmin hissədə paylarının naturada ayrılıb Cavabdeh2 və Cavabdeh3 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN-134 say i (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 Cavabdeh1 və X2 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,80 hektar torpaq sahəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, eləcə də maraqlı şəxs Cavabdeh4 hər birinin payı 1/6 hissədə müəyyən edilmiş və həmin hissədə paylarının naturada ayrılıb Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 verilməsi qət edilmişdir. İşin materiallarında olan xx.xx.2013-cü il tarixdə Ağdaş RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2018-ci il tarixdə Ağdaş RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: - X12 xx.xx.2014-cü ildə vəfat etmişdir. - Onun ölümündən sonra Ağdaş rayonunun Məşəd kəndində yaşayış torpağı (1/4 pay) və onun üzərində evi (tam pay), o cümlədən 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (1/6 pay) miras qalmışdır. - Miras əmlaklar əvəzsiz qaydada dövlət tərəfindən pay olaraq verilmişdir. - Hazırda Ağdaş rayonunun Məşəd kəndində yerləşən evdə İddiaçı1 və İddiaçı2 yaşayır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə Cavabdeh3 əkib-becərir. - Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi X6 xx.xx.1997-ci ildə vəfat etmiş arvadı X4 məxsus olmuş və onun ölümündən sonra əri Əhməd, oğlanları Nizami, Müslüm və qızı Nuriyə həmin torpaqdan istifadə etmişlər. - X12 ilə İddiaçı1 xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2001-ci ildə İddiaçı2 anadan olmuşdur. - Cavabdeh4 anası X7 xx.xx.1997-ci ildə vəfat edərkən hərbi xidmətdə (1996-1999cu illərdə) olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra həmin evdə yaşamış, atası ilə Raqibə 2001-ci ildə nikaha daxil olmuş, 2002-ci ildə Müslüm ailə qurmuş və 2003-cü ildə yaşamaq üçün Qülbəndə kəndində köçmüş, 2019-cu ildə isə yenidən həmin evə qayıtmışdır. - Cavabdeh1 1994-cü ildə faktiki nikaha daxil olmaqla (xx.xx.1997-ci ildə rəsmiləşdirilmişdir) Qaradeyin kəndinə köçmüş və orada yaşamışdır. - Cavabdeh2 1999-cu ildə faktiki nikaha daxil olmaqla (xx.xx.2003-cü ildə rəsmiləşdirilmişdir) Dovudlu kəndinə köçmüş və orada yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 2014-cü ildə onun ölümündən sonra miras qalmış əmlak həmin tarixdən İddiaçı1, İddiaçı2 və Cavabdeh3 faktiki sahibliyində olduğundan, onlar arasında vərəsə kimi miras əmlak bölüşdürülməlidir. Məhkəmə miras əmlakdan payları bölüşdürərkən nəzərə alır ki, X6 ölümündən sonra Ağdaş rayonunun Məşəd kəndində miras qalmış yaşayış torpağında 1/4 payı və onun üzərində olan evdə tam pay olduğundan, mirası qəbul etmiş vərəsələr İddiaçı1, İddiaçı2 və Cavabdeh3 hər birinin müvafiq olaraq yaşayış evi üzərində 1/3 payı, torpaq sahəsindən isə 1/12 payı faktiki qəbul etmələri müəyyən edilir. Həmçinin, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X6 özünün 1/6 və X2 ölümündən sonra ona miras qalmış 1/24 payı olmaqla, cəmi 5/24 payı da hər birinin payı 5/72 olmaqla vərəsələr İddiaçı1, İddiaçı2 və Cavabdeh3 arasında miras əmlak kimi bölüşdürülməlidir. Həmçinin, məhkəmə nəzərə alır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət tərəfindən əvəzsiz qaydada verildiyindən, X12 ilə X2 birgə nikah dövründə əldə etdikləri əmlak kimi həmin əmlak üzərində payları bərabər hesab edilmir və Əhməd həmin torpaq sahəsindən Züleyxanın payının ½ hissəsinin mülkiyyətçisi deyil. Eyni zamanda, məhkəmə nəzərə alır ki, Cavabdeh4 və Cavabdeh2 özlərinin həyətyanı torpaq sahəsində hər birinin ¼ payları olsa da, atasına məxsus hissə ilə onların hissəsi Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(014)-492/2014 saylı qətnaməsi ilə naturada ayrılmış və onların öz torpaq sahələrinə sahiblik etməsi, atasına dair hissəyə də sahiblik kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X5 miras qalmış Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,15 ha yaşayış torpağının onun payına düşən 1/4 hissəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən 110,5 kv.m. yaşayış sahəsinin və Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 5/24 hissəsinin İddiaçı1, İddiaçı2 və Cavabdeh3 tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilməli və onların hər birinin müvafiq olaraq X5 miras qalmış Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,15 ha yaşayış torpağının onun payına düşən 1/4 hissəsində 1/12, həmin torpaq sahəsinin üzərində yerləşən 110,5 kv.m. yaşayış sahəsində 1/3 və Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən hissəsində 5/72 payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. X5 miras qalmış Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,15 ha yaşayış torpağının onun payına düşən 1/4 hissəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən 110,5 kv.m. yaşayış sahəsinin və Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 5/24 hissəsinin İddiaçı1, İddiaçı2 və Cavabdeh3 tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilsin. İddiaçı1, İddiaçı2 və Cavabdeh3 hər birinin müvafiq olaraq X5 miras qalmış Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,15 ha yaşayış torpağının onun payına düşən 1/4 hissəsində 1/12, həmin torpaq sahəsinin üzərində yerləşən 110,5 kv.m. yaşayış sahəsində 1/3 və Ağdaş rayonunun Məşəd kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən hissəsində 5/72 payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar